Tünzalə Əliyeva
Tünzalə Əliyeva | |
---|---|
Doğum tarixi | 15 fevral 1973 |
Doğum yeri | |
Vəfat tarixi | 22 yanvar 2023[1] (49 yaşında) |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Fəaliyyəti | aktrisa |
Mükafatları |
Tünzalə Məcid qızı Əliyeva (15 fevral 1973, Kirovabad – 22 yanvar 2023[1]) — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti. Toppuş bacı kimi tanınırdı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olmuşdur.
1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olmuşdur. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışmışdır. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Oradan çıxıb Bakıya gəlmiş və C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləmişdir.
İrəvan Teatrının səhnəsində Qəmər (Ə. Əmirli, "Müqəddəs Valentin günü"), Almaz (M. Haqverdiyev, "Məhəbbət əzabları"), Natella (M. Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A. Rəhimov "Pul hərisləri"), Qadın (H. Mirələmov, "Ləyaqət"), Mehriban (Ə. Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü. Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə"), Səkinə (Hidayət, "Bu dünyanın adamları"), Səməni (İ. Məlikzadə, "Subaylarınızdan görəsiniz"), Mələk (Ağarəhim Rəhimovun, "Əsgər anası"), Alverçi qadın (T. Vəliyeva, "Analar neyləsin"), Mədinə (Anar, "Təhminə və Zaur"), Xatuba (Ramiz Abdullayev, "Biznesmen"), Xəzangül (Ə. Hacızadə, "Məhəbbət ölmür"), Əsir qadın (S. Şaxtaxtı, "Ölüm həsrəti"), Səkinə (Elçin, "Akvariuma xüsusi sifariş") rollarını uğurla ifa etmişdir.
Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olmuşdur. ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısıdır. ATV kanalında "Gülmək qadağandır" şou proqramının aparıcısı idi.
2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.[3]
22 yanvar 2023-cü il tarixində uzun sürən xərçəng xəstəliyindən sonra ölüb.[4] Ümumşəhər qəbiristanlığında dəfn olunub.[5][6]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Tünzalə Əliyeva ailəli idi. 1 qız övladı var idi.[7]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Kişiləri qoruyun (film, 2006)
- Yoxlama (film, 2006)
- Qocalar (film, 2008)
- Bir ovuc torpaq (film, 2009)
- İstanbul reysi (film, 2010)
- Qayınana (film, 2011)
- 3 bacı (film, 2012–2014) (bədii serial) (rol: Xoşbəxt)
- Qız atası (film, 2017–2021) (bədii serial) (rol:Həqiqət)
- Qardaşlar (film, 2017–2019) (bədii serial)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://oxu.az/society/687039.
- ↑ https://oxu.az/culture/687247.
- ↑ "Nazirlik: "Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib"". 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-22.
- ↑ "Əməkdar artist Tünzalə Əliyeva vəfat edib". 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-22.
- ↑ Tünzalə Əliyeva dəfn edilir | CANLI
- ↑ "Tünzalə Əliyeva dəfn olundu". 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
- ↑ "- Həyat yoldaşı Tünzalənin ölümündən yazdı — Foto". 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-22.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [1] Arxivləşdirilib 2011-06-06 at the Wayback Machine
- 15 fevralda doğulanlar
- 1973-cü ildə doğulanlar
- Gəncədə doğulanlar
- 22 yanvarda vəfat edənlər
- 2023-cü ildə vəfat edənlər
- 49 yaşında vəfat edənlər
- Ümumşəhər qəbiristanlığında dəfn olunanlar
- Azərbaycan Respublikasının əməkdar artistləri
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan aktrisaları
- Azərbaycanda xərçəng xəstəliyindən ölənlər