Təcrübə-Sənaye Zavodu (Azərbaycan)
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | elmi-tədqiqat institutu |
Yaradılıb | 1974-cü il |
Digər məlumatlar | |
Direktor | Vasif Bilal oğlu Abbasov |
Ünvan | AZ1032, Bakı ş., Xətai rayonu, Əhmədli şossesi, 622-ci küçə, ev 9 |
Telefon | (+994 12) 3709634 |
Sayt | amea-tsz.az |
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat təşkilatı.
Tarixi
[redaktə | mənbəni redaktə et]AMEA Təcrübə-sənaye zavodu 1974-cü ildə Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental bazası əsasında yaradılmışdır.
AMEA Təcrübə-sənaye zavodu ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir.
TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması və eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir.[1]
AMEA Rəyasət Heyətinin 06 noyabr 2013-cü il tarixli 22/3 №-li Qərarı ilə Neft Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye zavodu bilavasitə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeliyinə verilmişdir və bu qərarın icrası Təcrübə-Sənaye Zavodunun respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələri ilə daha geniş elmi-texniki əlaqələr yaratmasına imkan vermişdir.[1]
Fəaliyyət istiqamətləri
[redaktə | mənbəni redaktə et]Elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni innovasiyalı texnoloji proseslərin cəlb edilməsi, mənimsənilməsi, və bu texnoloji proseslər əsasında neft-kimya və digər texniki təyinatlı məhsulların, təcrübə partiyalarının geniş istehsalı və satışıdır.
AMEA İnstitutları və Azərbaycanın digər elm və təhsil müəssisələrindən daxil olmuş sifarişlər əsasında birgə elmi-tədqiqat və elmi-təcrübə işlərinin aparılması, alınmış nəticələr əsasında yeni texniki təyinatlı məhsulların təcrübə partiyalarının istehsalının və satışının təşkilidir.[2]
Elmi nəticələr
[redaktə | mənbəni redaktə et]Azərbaycan və MDB-nin 20-dən çox elm və təhsil müəssisələri ilə geniş elmi texniki əlaqələr qurulmuş, əməkdaşlıq müqavilələri bağlanmış, çoxlu sayda pilot, təcrübə, təcrübə-sənaye qurğuları və sahələri yaradılmış, onlarla yeni texnologiyalar təcrübə-sənaye miqyasında mənimsənilərək Respublikanın iri sənaye müəssisələrində tətbiq olunmuşdur. Elmi nəticələr barədə çoxlu sayda elmi məqalələr yazılmış və patentlər alınmışdır. Zavodda elmi-təcrübə işləri ilə yanaşı Azərbaycanda profil müəssisələr tərəfindən istehsal olunmayan, lakin böyük təlabat duyulan yağların (M-16B2, M-14B2, M-10Г2, niqrol, ox yağları, KS-19 və s.) istehsalının texnoloji prosesləri zavodda mövcuddur. Son illərdə TSZ-də aparılmış elmi-tədqiqat işlərinin nəticəsində sulfolaşdırılmışmış bitki yağları əsasında dünyada analoqu olmayan texnologiya üzrə yeni nəsil universal kompleks sürtkü materialı alınmışdır.Əsas texniki göstəricilərinə görə bu sürtkü növü öz analoqlarını (solidol, litol-24, ЛЗ-ЦНИИ,ЦИАТИМ-201 və s.) üstələyir.[2]
Zavodda elmi-təcrübə işləri ilə yanaşı müxtəlif mühərrik, transmissiya, kompressor, hidravlika yağları, ox yağı, plastik sürtkü materialları, superplastifikatorlar, inhibitorlar, deemulqatorlar, lak-boya maddələri, hidrogen qazı, azot qazı və maye azot, karbon dioksidi qaz şəkilli və bərk halda (quru buz), ferromaqnit əsaslı polimer nanokompozit, müxtəlif ölçülü polietilen borular və s. neft kimya profilli məhsullar istehsal edilir.[1]
- İşçilərinin ümumi sayı
AMEA TSZ-nun işçilərinin ümumi sayı 83 nəfərdir.[2]
Struktur bölmələri
[redaktə | mənbəni redaktə et]- İqtisadiyyat şöbəsi
- İstehsalat-texnoloji şöbə
- Kadrlar və dəftərxana-təsərrüfat şöbəsi
- Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və mülki-müdafiə şöbəsi
- 1 saylı texnoloji sex
- 2 saylı texnoloji sex
- 3 saylı texnoloji sex
- 4 saylı texnoloji sex
- Eksperimental-mexaniki sex
- Elektrik təchizatı sexi
- Zavod elmi-tədqiqat sınaq laboratoriyası
- Marketinq qrupu[1]
Tərəfdaşları
[redaktə | mənbəni redaktə et]- Suraxanı Maşınqayırma Zavodu[2]
- "ACTİON GROUP" MMC
- "HOLCİM AZƏRBAYCAN" QSC
- "AZƏRAVTOYOL" ASC
- "EL OİL" MMC
Elmi-tədqiqat sınaq laboratoriyası
[redaktə | mənbəni redaktə et]Zavodunun Elmi-tədqiqat sınaq laboratoriyası zavodda istehsal olunan məhsulun keyfiyyətinə nəzarət, istehsal olunan məhsula vaxtında texniki sənədlərə müvafiq olan pasportların verilməsi, texniki sənədlərə uyğun olaraq xammalların və yarımfabrikatların keyfiyyətinə analiz və nəzarəti həyata keçirir. Bununla yanaşı laboratoriyada elmi-tədqiqat işləri də aparılır. Belə ki, yeni məhsulların istehsalından əvvəl sənaye-sınaq partiyalarının alınması üçün laboratoriya pilot qurğusunda nümunələr alınır, ressept dəqiqləşdirilir və texnoloji reqlament tərtib olunur. Daha sonra məhsulun istehsalına başlanılır.[2]
Laboratoriyaya daxil olan nümunələr aşağıdakı cihazlar vasitəsilə analiz olunur:
Cihazlar | Sınağın adı | Metod |
---|---|---|
EVAPORATİON GREASES BATH 2050 | Sürtkülərin və sürtkü yağlarının buxarlanmasının təyini | ASTM D972 ASTM D2878 |
AUTOMATED CLEVELAND OPEN CUP FLASH POİNT TESTER / ACO-8 | Neft məhsullarının açıq putada alışma temperaturunun təyini | ASTM D92 |
PETROLEUM CENTRİFUGE ROTOFİX 46H | Sürtkü materiallarında mexaniki qarışıqların və suyun ekspress üsulla təyini | ASTM D2273 ASTM D96 ISO 9001 |
TOTAL SEDİMENT 1150 | Sürtkü yağlarında mexaniki qarışıqların təyini | ASTM D4870 IP 375 IP 390-A |
SEMİ- AUTOMATİC VİSCOSİTY BATH- KOEHLER KV4000 K23792 | Mayelərin kinematik özlülüyünün təyin | ASTM 445 ISO 3104 IP 71 |
COPPER/SİLVER CORROSİON BATH | Mis və gümüş lövhələrdə korroziyanın təyini | ASTM D130 |
GMATHERM MT1110 ASH DETERMİNATİON | Kül qalığının təyini | ASTM D482 |
POUR POİNT NEW LAB 300/2 | Mayelərin donma temperaturunun təyini | ASTM D97 ISO 3016 IP 15 |
ЛИНТЕЛ СК-20 | Sürtklərin möhkəmlik həddinin təyini | ГОСТ-7143 |
ЛИНТЕЛ ПН-10С | Sürtkülərin penetrasiyasının təyini | ASTM-D217 ГОСТ 1440–78 |
LOVIBOND | Yağların rənginin təyin olunması | ASTM D1500 |
SI ANALYTICS TITROLINE 7000 | Yağların qələvi ədədinin təyini | ASTM D2896 |
S.D.M. model 21–40 | Sürtkülərin damcıdüşmə temperaturunun təyini | ASTM D2265 ISO 6299 DIN 51825 |
GREASES SEPARATION APPARATUS | Sürtkülərdən yağ ayrılması testi (kolloid stabilliyi) | ASTM D6184 |
SI ANALITICS GmbH TITROLINE 7500 KF TRACE | Yağlarda suyun miqdarının təyini | ASTM D6304 |
REFRACTOMETER ABBEMAT 300 | Mayelərin şüa sındırma əmsalının təyini | ASTM D1218 |
REFRACTOMETER ABBEMAT 300 | Mayelərin şüa sındırma əmsalının təyini | ASTM D1218 |
STABINGER VISCOMETER SVM 3001 | Yağların kinematik özlülüyün avtomatik təyini Özlülük indeksinin avtomatik təyini Sıxlığın avtomatik təyini Mayelərin dinamik özlülüyünün avtomatik təyini |
ASTM D7042 ASTM D2270 ASTM D4052 ASTM D7042 |
Areometr | Mayelərin sıxlığının təyini | ГОСТ 18481 |
LUBRICATING GREASES WATER SPRAY APPARATTUS SH/TO643 | Sürtkülərin suya davamlılığının püskürmə üsulu ilə yoxlamaq üçün olan test | ASTM D4049 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 "AMEA Təcrübə Sənaye Zavodu" (az.). Archived from the original on 2021-12-24. İstifadə tarixi: 2021-01-04.
- ↑ 1 2 3 4 5 6 "Təcrübə-Sənaye zavodu" (az.). 2020-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.