Toktar Əubəkirov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Toktar Əubəkirov
qaz. Тоқтар Оңғарбайұлы Әубәкіров
Ölkə
Hərbi rütbəsi general-mayor
Doğum tarixi 27 iyul 1946(1946-07-27) (78 yaş)
Doğum yeri
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Şərəf nişanı" ordeni "Kosmosun öyrənilməsində xidmətlərinə görə" medalı Honour in Gold for Services to the Republic of Austria "Vətən" ordeni
Qazaxıstanın Xalq Qəhrəmanı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toktar Əubəkirov (qaz. Тоқтар Оңғарбайұлы Әубәкіров; rus. Токтар Онгарбаевич Аубакиров; 27 iyul 1946, Karkarali rayonu[d], Karağandı vilayəti) — təqaüdçü Hava Qüvvələri zabiti və keçmiş kosmonavt. Sovet İttifaqı Qəhrəmanı (1988).

Toktar Əubəkirov 1946-cı ilin 27 iyulunda Qazaxıstan SSR-nin Karağandı oblastında anadan olmuşdur. 8 illik orta məktəbi bitirdikdən sonra Temirtau tökməxanasında işləməyə başlamışdır. 1965-ci ildə Armavir Hərbi Aviasiya İnstitutuna qoşulmuşdur. 1975-ci ildə M. Qromov Test Pilot Məktəbinə qəbul olunana qədər SSRİ Hava Qüvvələrində Uzaq Şərq sərhədlərində döyüş pilotu kimi xidmət vermişdir.

Test pilot karyerası

[redaktə | mənbəni redaktə et]

1976–1991-ci illərdə test pilotu kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində 50-dən çox təyyarə tipini sınaqdan keçirmişdir. SSRİ-də şimal qütbünü keçən ilk pilot olmuşdur.

1991-ci ildə SSRİQazaxıstan SSR arasındakı müqaviləyə əsasən Qaqarin Kosmonavtika Təlim Mərkəzində məşq etməyə başlamışdır. 2 oktyabr 1991-ci ildə rus kosmonavtı Aleksandr Volkov və avstriya kosmonavtı Frans Fibeklə Baykonur aerodromundan qalxan Soyuz TM-13 gəmisi ilə kosmosda 7 gün 22 saat 12 dəqiqə vaxt keçirmişdir.

Qazax markasında

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]