39°45′07″ şm. e. 26°09′31″ ş. u.HGYO

Troada Aleksandriya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Troada Aleksandriya

39°45′07″ şm. e. 26°09′31″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Troada Aleksandriya (yunanca: Αλεξάνδρεια Τρωάς); Türkiyənin qərb sahilinin şimalına yaxın, Bozcaadanın cənubunda olan Antik Yunan şəhəridir. Çanaqqala vilayətinin Ezine bölgəsində Dalyan kəndinin cənub-şərqində yerləşir. Qədim şəhər təxminən 400 hektar (4 km²) ərazini əhatə edir. Bu gün qalan binalardan bəzilərinə Termlər, Odeon, qədim yunan teatrı, gimnaziya kompleksi[1] və yeni kəşf edilmiş stadion daxildir.[2] Şəhərin köhnə divarları hələ də görünə biləcək vəziyyətdədir.

Strabonun sözlərinə görə, bu bölgə əvvəlcə Siqeya adlanırdı, E.ə 306-cı ildə Böyük İsgəndərin komandirlərindən biri olan I Antigonus Monophtalmos keçmişdə çox nüfuzlu bir şəhər olan Neandreya da daxil olmaqla beş yaşayış məntəqəsinin sakinlərini Siqeriyaya yerləşdirərək şəhəri genişləndirib yenidən qurdu.[3] E.ə 301-ci ildə Lisimaxos tərəfindən Makedoniyalı İskəndərin xatirəsinə şəhərin adı "Troada Aleksandriya" olaraq dəyişdirildi. (Böyük Plini adın Antigoniadan Aleksandriaya dəyişdirildiyini yazıb). Şimal-qərb Anadolunun əsas limanı olan şəhər Roma dövründə xeyli inkişaf etmiş və bu gün tapılan qalıqlar bölgənin tarixdəki əhəmiyyətini sübut edir. Qızıl dövrdə şəhərin 100.000-ə yaxın bir əhaliyə çatdığı düşünülür. Strabonun qeyd etdiyi kimi Oktavian Avqustun dövründə bölgədə "Kolonya Aleksandriya Avqusta Troaada" adlı bir Roma koloniyası quruldu. (O dövrdə qısaca Troada olaraq adlanırdı). Avqust, Adrian və Heredos Attikus şəhərinin inkişafına əhəmiyyətli töhfələr vermişlər. I Konstantin Troadanı Roma İmperiyasının paytaxtı etməyi düşünürdü.

Roma dövründə şəhər Anadolu ilə Avropanı birləşdirən əhəmiyyətli bir idi. Həvari Pavel Avropaya getmək üçün Troada Aleksandriyadan dəniz səyahətinə çıxmışdı və Avropaya yenə buraya geri dönmüşdür. Həvari Yuhənnanın tələbəsi Antakyalı yepiskop Iqnatius da Romada şəhid olmamışdan bir müddət əvvəl bu şəhərdə qalmışdı.

XIV əsrdə Troad bölgəsində (Biqa yarımadası) Karəsi bəyliyi yerləşmişdi. Bəylikləri 1336-cı ildə Osmanlılar tərəfindən fəth edilmişdir. Troada Aleksandriya xarabalıqları türklər tərəfindən "Qədim Stambul" kimi də tanınır. Bölgədəki tarixi bina daşlarının əksəriyyəti zamanla tikinti materialları kimi istifadə edildi. (Məsələn, IV Mehmed yeni Validə Məscidinin inşası üçün buradan sütunlar götürmüşdür). XVIII əsrin ortalarında bölgə quldur dəstələrin gizlənmələləri üçün yerə çevrildi.

Hazırkı vəziyyəti

[redaktə | mənbəni redaktə et]

1911-ci ildə ərazi palıd ağacları ilə örtülmüş və talan edilmişdir; lakin köhnə divarların qalıqları qalmaqda idi, hətta bəzi ərazilərdə daha yaxşı qorunur. Şəhər divarlarının perimetri təxminən on kilometrə yaxın idi və divarlar nizamlı şəkildə qüllələrlə möhkəmləndirilmişdir. Bu gün də ərazidə qədim hamam və gimnaziyanın xarabalıqlarına rast gəlmək olar; bu tikili "Bal saray" olaraq tanınır və b.e.ə 135-ci ildə Herodes Attikus tərəfindən inşa edilmişdir. Trayanın inşa etdiyi akvedukun qalıqları hələ də qalmaqdadır. Alman arxeoloqlarının XXI əsrin əvvəllərində apardıqları qazıntı işləri nəticəsində e.ə 100-cü ilə aid böyük bir stadionun qalıqlarını tapılmışdır.

  1. Freely, John. The Aegean Coast of Turkey. Istanbul: Redhouse Press. 2003. səh. 3-8.
  2. Jacobs, Gina. Remnants of Glory: A "found" stadium conjures Olympic history. 2010. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
  3. Jewett, Robert. The Troas Project: Investigating Maritime and Land Routes to Clarify the Role of Alexandria Troas in Commerce and Religion (PDF). 2005. 2012-02-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.