Vüsal Şahkərimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Topçu Vüsal
Vüsal Şahkərimov
Şəxsi məlumatlar
Doğum tarixi (23 yaş)
Doğum yeri Xaçmaz rayonu, Qusarçay kəndi
Vətəndaşlığı Azərbaycan Respublikası
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Döyüşlər İkinci Qarabağ Müharibəsi
Təltifləri "Füzulinin azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı

Vüsal Şahkərimov

[redaktə | mənbəni redaktə et]

Azərbaycanlı hərbçi, İkinci Qarabağ Müharibəsinin simvollarından biridir. Müharibənin gedişində Müdafiə Nazirliyinin mütəmadi olaraq paylaşdığı videodan Sosial Media istifadəçiləri onun şəklini kəsib paylaşdıqdan sonra məşhurlaşmışdı. O Müharibə dövründə və sonrakı dövrlərdə sosial şəbəkələrin Azərbaycan seqmentinin gündəmində qalmışdı. Bu səhnə təsadüfi epizoddan yaranıb. Kadrlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb[1].

Vüsal Şahkərimov 29 iyun 2001-ci il tarixində Xaçmaz rayonunun Qusarçay kəndində dünyaya gəlib. Ailəsi Quba rayonunun Cimi kəndindəndir. O, İkinci Qarabağ Müharibəsi başlamazdan 17 ay əvvəl, 29 iyun, 2019-cu il tarixində hərbi xidmətə yola düşüb. Döyüşlərə ilk olaraq Fizuli rayonunda başlayıb. Sonradan onun xidmət etdiyi hərbi hissə Şuşaya köçürülüb. 1 iyul 2021-ci ildə ordu sıralarından təxris olunub. Hazırda Xaçmaz rayonunda yaşayır.[2] 2024-cü ildə Rusiyanın Şimali Qafqaz Federal Universitetinə qəbul olub.[3]

Maraqlı Faktlar

[redaktə | mənbəni redaktə et]

2023-cü ildə Fransada rejissor Kristofer Raylat tərəfindən "Ermənistan Təhlükədədir" adlı təbliğat filminin çəkilməsi üçün vəsait yığımı kampaniyasına start verilmişdi. Həmin kampaniyanın posterində Topçu Vüsalın məşhur fotosu erməni hərbçinin fotosu kimi təqdim olunmuşdu.[4]

Vüsal Şahkərimovun məşhur şəkli Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9-cu siniflər üçün dərs vəsaiti olan "Zəfər Tarixi" kitabının 44-cü səhifəsində, "Vətən müharibəsi" bölməsinin ilk səhifəsində yerləşdirilib.[5]

Vüsaş Şahkərimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə"Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə[6]", "Qubadlının azad olunmasına görə[7]" medalları ilə təltif olunub.

[8]

  1. "Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTO".
  2. "Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTO". Oxu.az.
  3. "Topçu Vüsal tələbə adını qazandı". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-01.
  4. "Французы запустили кампанию помощи Армении, а на постере разместили фото азербайджанского бойца - ФОТО". 1News.az.
  5. Ağalarov, Pərviz; Quliyev, Niyaməddin; Cabbarov, Hafiz; Talıb, Talıblı; Ramil, Tanrıverdi. Zəfər Tarixi (az.). Bakı: Şərq-qərb. 2021. 44. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
  6. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azərbaycan Respublikasının Prezidenti. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
  7. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Az'rbaycan Respublikasının Prezidenti. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
  8. "Мать артиллериста: все солдаты на фронте - мои Вусалы, и я молюсь за каждого из них". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.