Vədə (film, 2016)
Vədə | |
---|---|
The Promise | |
Janr | dram filmi[1] |
Rejissor | Terri Corc |
Prodüserlər |
Erik Esrailyan Uilyam Horberq Mayk Medavoy Ralf Uinter |
Ssenari müəllifləri |
Terri Corc Robin Svaykord |
Baş rollarda |
Kristian Beyl Oskar Ayzek Şarlotta Le Bon Ceyms Kromvell Jan Reno |
Operator | Xavyer Aqqiresarobe |
Bəstəkar | Qabriel Yared |
Distribütor | Open Road Films[d] |
İlk baxış tarixi | 2016, 17 avqust 2017[2] |
Müddət | 132 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
İl | 2016 |
Rəng | rəngli |
IMDb | ID4776998 |
Vədə (ing. The Promise) — Terri Corcun rejissorluğu ilə çəkilmiş, əsas rollarını Kristian Beyl və Oskar Ayzekin oynadığı, erməni soyqırımından bəhs edən, təqdim edilməsi gözlənilən tarixi dram filmidir.
Məzmunu
[redaktə | mənbəni redaktə et]Maykl (Oskar Ayzek) Osmanlı imperiyasının şərqində, Ermənistan ərazisində, kiçik erməni kəndində yaşayır və bu kənddən olan zəngin qıza 400 qızıl sikkə başlıq pulu vəd edir. Vədini yerinə yetirmək üçün o, həmin dövrdə ermənilər arasında tarixi adı ilə Konstantinopol kimi tanınan böyük şəhərə üz tutur. Şəhərdə tibb təhsili alan Maykl nüfuzlu generalın oğlu ilə dostlaşır. "Associated Press" müxbiri olan Kristofer (Kristian Beyl) Konstantinopola gələrkən özü ilə Parisdə böyümüş erməni mənşəli xanım Ananı da bu şəhərə gətirir. Maykl Konstantinopolda Ana ilə görüşür və ona aşiq olur. Osmanlı imperiyasında ermənilərin köçürülməsinə başlanılır. Mayklın bu işlərdən uzaqlaşmaq şansı olsa da, o tələbə yoldaşına kömək etmək üçün müharibəyə gedir. Lakin, zəngin dayısını müdafiə etdiyinə görə sonradan həbsə salınır. Həbs düşərgəsindən qaçan Maykl, illər əvvəl tərk etdiyi kəndlərinə geri qayıdır.
Maykl həyat yoldaşı ilə birlikdə dağlı ərazidə daxmada sığınacaq tapır və tezliklə qadın hamilə qalır. Lakin, ağır hamiləlik keçirdiyinə görə qadın kəndə qayıtmalı olur. Maykl eşidir ki, Ana və Kristofer (AP müxbiri) yaxınlıqdakı kənddə sığınacaq tapıblar, buna görə də ailəsinə kömək etmək üçün ora gedir. Kəndə gəldiyi zaman görür ki, Osmanlı ordusu onun ailəsi də daxil olmaqla kənddəki bütün ailələri məhv edib. Maykl yalnız anasını xilas edə bilir. Ana və Maykl böyük qaçqınlar dəstəsi ilə birlikdə dağlarda Osmanlı ordusuna qarşı döyüşürlər və mübarizəni Fransız Hərbi Birləşmələri onları xilas etmək üçün gələnə kimi davam etdirirlər. Maykl, Kristofer və Ana qaçqınlara fransız gəmiləri ilə xilas olmaqda xilas edirlər. Ana Maykla onu sevdiyini desə də qayıqda bataraq həlak olur. Maykl xilas olaraq bəzi qaçqınlarla birlikdə Amerikada məskunlaşır. Sonradan qeyd edilir ki, Kristofer İspaniya Vətəndaş Müharibəsinin işıqlandırılması zamanı həlak olur. Bu hadisənin baş verməsinə kimi isə Maykl və digr qaçqınlara ABŞ vizası almağa kömək edir.
Rollarda
[redaktə | mənbəni redaktə et]- Oskar Ayzek — Maykl, tibb tələbəsi[3]
- Şarlotta Le Bon — Ana[4]
- Kristian Beyl — Kris, amerikan jurnalist[3]
- Daniel Ximenez-Çaço[4]
- Şöhrə Ağdaşlı [4]
- Rade Şərbətziya
- Jan Reno — Fransız admiralı[4]
- Jan Klod Rikeburq — Fransız kapitanı
- Osman Soykut — Məzhər qubernatorunun köməkçisi
- Ceyms Kromvel — ABŞ-nin Osmanlıdakı səfiri [4]
- Maylı Stal-Devid — Bred
İstehsal
[redaktə | mənbəni redaktə et]Filmin çəkilişlərinə 2015-ci ilin payızında Portuqaliya və Kanar adalarında başlanılmış[3], dekabra kimi çəkilişlərin tamamlanması planlaşdırılmışdır.[4] 2016-cı ilin may və iyun aylarında Nyu-Yorkda yenidən çəkilişlər aparılmış və iyun ayında başa çatdırılmışdır.
Çıxarılması
[redaktə | mənbəni redaktə et]Filmin premyerası 11 sentyabr 2016-cı ildə Toronto Beynəlxalq Film festivalında baş tutmuşdur.[5]
Tənqidçilərin mövqeyi
[redaktə | mənbəni redaktə et]"Rotten Tomatoes" rəy aqqreqatorunda 7 tənqidçinin rəyinə əsasən film, 43% müsbət göstərici ilə 5.1/10 bala layiq görülmüşdür.[6] "Metacritic"də 6 tənqidçinin "qarışıq və ya müsbət" kimi qiymətləndirilən rəyləri əsasında film 100 ballıq sistemlə 40 balla qiymətləndirilmişdir.[7]
"Türkiye" qəzetində nəşr edilmiş məqaləsində Əli Hacızadə filmi "erməni lobbisinin tarix və tarixi faktlar üzərində qlobal miqyaslı manipulyasiya"sının bir hissəsi kimi dəyərləndirir.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.imdb.com/title/tt4776998/.
- ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- ↑ 1 2 3 McNary, Dave. "Christian Bale, Oscar Isaac to Star in Romance 'The Promise'". Variety (jurnal). 15 June 2015. 8 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2016.
- ↑ 1 2 3 4 5 6 McNary, Dave. "James Cromwell, Jean Reno Join Christian Bale's 'The Promise'". Variety (jurnal). 30 September 2015. 24 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2016.
- ↑ "'Hotel Rwanda' Director Revisits Historic Tragedy in 'The Promise'". Voice of America. 12 September 2016. 14 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2016.
- ↑ "The Promise (2016)". Rotten Tomatoes. November 27, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 20, 2016.
- ↑ "The Promise (2016) reviews". Metacritic. CBS Interactive. November 4, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 20, 2016.
- ↑ Hacızadə, Əli. "'The Promise' – Armenian propaganda explores new frontiers". Türkiye qazetesi. Sep. 21,2016. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2016.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vədə — Internet Movie Database saytında