Valeri Qriqoryan
Valeri Qriqoryan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 yanvar 1952[1] (72 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Ermənistan Silahlı Qüvvələri |
Rütbəsi | general-leytenant |
Təltifləri |
Valeri Nərimani Qriqoryan (erm. Վալերի Նարիմանի Գրիգորյան; 2 yanvar 1952[1], Stepanakert) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Valeri Nərimani Qriqoryan 2 yanvar 1952-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirmişdir. 2001-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirmişdir. 1970–1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrindədir. Alay və briqada komandiri vəzifələrini tutmuşdur. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri olmuşdur.[2]
1994-cü ildə Ermənistan Respublikası müdafiə nazirinin əmri ilə Ermənistan Respublikası Silahlı Qüvvələrinin Əməliyyat İdarəsinin rəis müavini, sonra isə Armavir Təlim Briqadasının komandiri təyin edilmişdir. 1997-ci ildə Ermənistan Respublikası müdafiə nazirinin əmri ilə Ermənistan Respublikası Müdafiə Nazirliyinin Hərbi İnstitutunun rəis müavini təyin edilmişdir. 1999-cu ildə Ermənistan Respublikası müdafiə nazirinin əmri ilə Ermənistan Respublikası Müdafiə Nazirliyinin 5-ci Ordu Korpusunun komandirinin müavini təyin edilmişdir.
2003-cü ildə Ermənistan Respublikası Prezidentinin fərmanı ilə Ermənistan Respublikası Müdafiə Nazirliyinin 5-ci Ordu Korpusunun komandiri təyin edilmişdir. 20 iyul 2007-ci ildə Ermənistan Respublikası Prezidentinin fərmanı ilə Ermənistan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusunun komandiri təyin edilmişdir. Ermənistan Prezidentinin 26 yanvar 2009-cu il tarixli fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilmişdir.
2004-cü ildə Ermənistan Prezidentinin fərmanı ilə ona general-mayor hərbi rütbəsi verilmişdir. 2011-ci ildə Ermənistan Prezidenti prezidentinin 3 sentyabr tarixli fərmanı ilə ona general-leytenant hərbi rütbəsi verilmişdir. 2012 il-ci ildə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Գրիգորյան Վալերի Նարիմանի // http://am.hayazg.info/index.php?curid=15812.
- ↑ "Niyə Xocalı qətliamı üçün 26 fevral seçildi?". Axar.Az. 27 fev 2023. 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
- 2 yanvarda doğulanlar
- 1952-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Xankəndidə doğulanlar
- Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin məzunları
- "Vartan Mamikonyan" ordeni kavalerləri
- Əlifba sırasına görə hərbi xadimlər
- Ermənistan hərbçiləri
- Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- Xocalı soyqırımını törədənlər