Verdicanan Qadınəfəndi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Verdicanan Qadınəfəndi
امرأة فيردي السماوية
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Suxumi, Rusiya imperiyası
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Kaytuk bəy Açba
Anası Yelizaveta xanım
Həyat yoldaşı I Əbdülməcid
Uşaqları Münirə Sultan
Əhməd Kəmaləddin Əfəndi
Dini islam

Verdicanan Qadınəfəndi (d. 18 oktyabr 1825[1] — ö. 9 noyabr 1889) — 31. Osmanlı sultanı Əbdülməcidin yeddinci xanımı.

Verdicanan xanım 1825-ci ildə Suxumidə abxaz əsilli ailədə dünyaya gəldi. Əsl adı Saliha idi. Atası Kaytuk bəy Açba, anası isə Yelizaveta idi. Özündən başqa İslam və Əhməd adlı 2 qardaşı, Pərəmrüz və Əmbruvaz adlı 2 bacısı vardı. Sultan Əbdülhəmidin xanımlarından Fatma Pəsənd xanımın böyük bibisi idi. Siyasi məqsədlərlə 17 dekabr 1840-cı ildə keçmiş Çırağan sarayında Sultan Əbdülməcidlə evləndirildi.[1] Padşahın beşinci qadınəfəndisi olaraq sarayda nüfuz qazanan Verdicanan xanım dərhal bütün ailəsini saraya aldırdı. Qardaşı İslam bəyin oğlu Rasim bəyi yanında böyüdərək saray həkimliyinə, digər qardaşı Əhməd bəyin oğlu Osman bəyi isə Sultan Əbdüləzizin yavərliyinə təyin etdirmişdir.

1844-cü ildə ilk övladı Münirə Sultanı Topqapı sarayında dünyaya gətirdi. İkinci övladı Şahzadə Əhməd Kəmaləddin Əfəndini isə 1848-ci ildə Çırağan sarayında dünyaya gətirdi. 1849-cu ildə dördüncü, 1853-cü ildə isə üçüncü qadınəfəndi oldu. 1861-ci ildə əri Sultan Əbdülməcidin vəfatının ardından övladlarıyla birlikdə Fəriyə sarayına göndərildi. Padşahın digər xanımı Gülüstü xanımın 1865-ci ildə vəfat etməsindən sonra qızı Mədiha Sultanı da himayəsinə götürmüşdür. Mədiha Sultanın 1879-cu ildə Samipaşazadə Nəcib bəylə evlənməsində mühüm rol oynadı. Sultan Əbdülhəmidin bu nigaha qarşı çıxdığı, Verdicanan xanımın isə sultana məktub yazaraq onu razı saldığı bilinir. Ləl-cəvahirə və göstərişə meyilli olduğu bilinir.[1]

Verdicanan xanım 9 noyabr 1889-cu ildə Fəriyə sarayında vəfat etdi və Yeni məsciddə dəfn olundu.

  • https://archive.org/details/sicilliosmani01sruoft
  • Osman Selaheddin Osmanoğlu, Ertuğrul Osman (1999). Osmanli Devleti'nin Kuruluşunun 700. Yılında Osmanlı Hanedanı. Islâm Tarih, Sanat ve Kültür Araştırma Vakfı. ISBN 978-9-757-87408-9.
  • Ali Vâsıb (2004). Bir Şehzadenin hâtırâtı: vatan ve menfâda gördüklerim ve işittiklerim. YKY. ISBN 978-9-750-80878-4.
  1. 1 2 3 Açba, Harun. Kadın efendiler: 1839–1924 Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1