Vikipediya:Ana Səhifə:Xəbərlər/41. Həftə 2015
Naviqasiyaya keç
Axtarışa keç
- Türkiyənin Ankara şəhərində baş vermiş iki partlayışın nəticəsində 97 nəfər ölüb, 400 nəfərdən çox adam isə yaralanıb.
- Belorusiya yazıçısı Svetlana Aleksiyeviç (şəkildə) Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
- Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham nəticəsində həlak olan zəvvarların sayı 1235-ə, yaralananların sayı isə 900 nəfərə çatıb.
- Rusiya kosmonavtı Gennadi Padalka açıq kosmosda keçirdiyi günlərin sayına görə (878 gün) birinci pillədə qərarlaşıb.
- Məkkədə kran aşması nəticəsində Məscidül-Həramda 100-dən çox insan vəfat edib, ətrafda olan müxtəlif binalara zədə dəyib.
- Alimlər ibtidai insanın Homo naledi adlı yeni növünün kəşf edildiyini elan ediblər.
- Kraliça II Elizabet ulu nənəsi Kraliça I Viktoriyanın hakimiyyət müddətini geridə qoyaraq Britaniya tarixində ən uzun hakimiyyət sürmüş monarx olub.
- Bakı Asiya Universitetinin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərar qəbul edilmişdir.
- ABŞ Prezidenti Barak Obama Şimali Amerikanın ən hündür nöqtəsinin adını dəyişdirib.
Son ölümlər:
Qalib Ağayev, Məmməd Aslan, Davud Əhmədov, Ziya Yusifzadə, Nadir Seyidov, Tomris İncer, Nuriyyə Əhmədova