Vikipediya:Bilirsinizmi/26. Həftə 2022
Naviqasiyaya keç
Axtarışa keç
Vikipediya məqalələrindən
- Yer kürəsinin üç ən dərin mağarası (şəkildə) Abxaziyada yerləşir.
- Avstraliyada ən böyük iki şəhərin, Sidney və Melburnun hansının paytaxt olması haqqında yekun qərara gələ bilmədikləri üçün, dövlət tərəfindən paytaxt kimi hər iki şəhərdən eyni məsafədə yerləşən Kanberra şəhəri salınmışdır.
- Nepal dövlət bayrağı düzbucaqlı şəklində olmayan yeganə ölkədir.
- Riyaziyyatda minilliyin məsələləri siyahısına salınan hər bir problemin həllinə Kley Riyaziyyat İnstitutu tərəfindən bir milyon ABŞ dolları həcmində mükafat vəd edilir.
- 1856-cı ildə düzəldilən ilk kompressorlu soyuducu pivələrin sərinləşdirilməsi üçün istifadə edilirdi.
- Nəyin incəsənət adlandırılması cəmiyyətin inkişafı dövründə malik olduğu dəyərləndirmə dərəcəsindən asılıdır.
- Quşların bədən temperaturu insanın bədən temperaturundan 7-8 dərəcə çox olur.