Vikipediya:Bilirsinizmi/43. Həftə 2015
Naviqasiyaya keç
Axtarışa keç
Vikipediya məqalələrindən
- İsrafil Aşurlu keçmiş SSRİ-nin beş ən hündür zirvəsinin hamısını fəth edib və Qar bəbiri mükafatını (şəkildə) qazanan ilk azərbaycanlıdır.
- Versal sülh müqaviləsi Fransanın paytaxtı Parisdə yerləşən Versal sarayında imzalanmışdır.
- Dünyanın ən iri muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var
- Pioner proqramına daxil olan Pioner 10 və Pioner 11 zondları bəlkə bir gün yadplanetlilər tərəfindən tapılacağı ümidi ilə üzərində kişi və qadın təsviri və kosmik zondların mənşəyi və yaradıcıları haqqında informasiya olan qızıl lövhə daşıyırlar.
- Peşəkar İT mühəndislərdən biri olan Devid Bredli kompüteri yenidən yükləmək üçün istifadə edilən "Control+Alt+Delete" düymələr kombinasiyasının yaradıcısı kimi tanınır.
- Reqressiya analizinin məqsədi bir asılı olan, və bir və ya bir neçə asılı olmayan dəyişənlər arasındakı münasibəti araşdırmaqdır.