Vikipediya:Dərinlik
Vikipediyada dərinlik — dil bölməsinin inkişaf səviyyəsini xarakterizə edən təxmini dəyər. Hər bir səhifədə edilən ortalama redaktə sayı, məqalə sayının məqalələrə nisbətinin kvadratına vurulur.
Azərbaycanca Vikipediyanın dərinliyi: 48,902
Dərinlik bu düsturla hesablanır:
- D — dərinlik
- R — redaktələrin sayı
- M — məqalələrin sayı
- Q — qeyri-məqalələrin sayı
- C — məqalələrin və qeyri-məqalələrin cəmi ()
Düsturu sadələşdirmək də olar:
Qeyri-məqalələr – istifadəçi səhifələri, istiqamətləndirmələr, şəkillər, "layihə" səhifələri, kateqoriyalar, şablonlar və bütün müzakirə səhifələridir.
Haqqında
[mənbəni redaktə et]Bu o deməkdir ki, redaktorlar yalnız mövcud məqalələri və digər səhifələri redaktə etsələr də, dərinlik arta bilər. Məqalələrin sayının aktiv olaraq artması, Q-nin M nisbətinin artması səbəbiylə "dərinliyi" də artıracaq (məqalələrdə düzəlişlər etmək şərti ilə). R, Q, M və C mənfi ola bilmədiyi üçün dərinlik də mənfi ola bilməz.
Məqalələrin kütləvi şəkildə yaradılması halında bölmənin "dərinliyi" azalmağa başlayır. Üstəlik, azalma kütləvi yaradılmadan daha əhəmiyyətlidir. Bunun səbəbi botun müntəzəm redaktorlara nisbətən daha az redaktə ilə məqalələr yaratmasıdır. Bundan əlavə, məqalələrin kütləvi şəkildə yaradılması məqalə olmayan səhifələrin sayının (məsələn müzakirə səhifələrinin) artması ilə müşayiət olunmur. Belə bir hadisənin canlı nümunəsi, 2013-cü ilin sonundan 2016-cı ilə qədər yaşayış məntəqələri haqqında məqalələrin kütləvi şəkildə yaradıldığı Çeçencə Vikipediyadır. Nəticədə, bölmənin digər redaktorlarının fəallığının aşağı olması ilə "dərinlik" göstəricisi 1-dən aşağı düşdü. Aşağı dərinlik göstəricisi və işlənməmiş botostat kütləsi olan oxşar bölmələr "Botpediya" adını alırlar.
Digər tərəfdən, botların aktiv fəaliyyəti dərinliyi nəinki azalda, həm də artıra bilər. Bu, botlardan məqalələr yaratmaq üçün deyil, mövcud məqalələr üzərində işləmək, habelə məqalələri redaktə etmək üçün istifadə edildikdə baş verir. Botların yüksək fəallığı sayəsində ingilis dilli bölmənin dərinlik göstəricisi 1.278,3 olub. Ən az dərinliyə malik dil bölməsi 0 ilə ladincə Vikipediyadır.