Vikipediya:Həftənin yaxşı məqaləsi/38. Həftə 2023
Naviqasiyaya keç
Axtarışa keç
Rayt qardaşları — dünyanın əksər ölkələrində dünyanın ilk mühərrikli, ilk idarə olunan, uçuş qabiliyyətinə malik təyyarəsinin layihələndirilməsi və qurulmasında prioritet kimi tanınan amerikalılar. Bəlkə də qardaşlar eksperimental təyyarəni ilk uçuranlar deyildilər, lakin ilk olaraq təyyarənin uçuşunu idarə edənlər idilər. Onların işi dünyada təyyarə yaratmaq üçün bütün sonrakı cəhdlərə, bütün aparıcı ölkələrin aviasiya sənayesinə birbaşa təsir etdi.
Rayt qardaşlarının əsas nailiyyəti, təyyarəni effektiv idarə etmək və uçuş zamanı tarazlığını qorumaq üçün təyyarənin üç fırlanma oxu boyunca praktiki idarəetmə və sabitlik sistemləridir. Onların yanaşması təyyarələrin dizaynı və qurulması üçün əsas oldu. Rayt qardaşları, digər eksperimentçilər kimi daha güclü mühərriklər quraşdırmaq imkanı tapmaq əvəzinə, daha çox uçuşun idarə edilməsi məsələlərinin öyrənilməsinə diqqət yetirdilər. |