Vikipediya:Həftənin yaxşı məqaləsi/avqust 2017

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Həftənin yaxşı məqaləsi arxivi


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 16 noyabr 2024, Şənbə (İlin 46. həftəsi); bu an saat 09:54 (UTC)
(yenilə)
Keşi təmizlə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

31. Həftə
Biri var idi, biri yox idi (III mövsüm)ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın üçüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2013-cü ildə elan edilmişdi. İcraçı prodüsserlər Adam Horovitz və Edvard Kitsis bildirmişdilər ki, üçüncü mövsüm iki hissəyə bölünərək, birinci mövsüm 29 sentyabr-15 dekabr 2013-cü ildə, ikinci hissə isə 9 mart-11 may 2014-cü ildə efirə veriləcək.

Birinci hissədə qəhrəmanların Yoxlandiyada Piter Penlə mübarizəsi və Storibruka qayıtmaları, ikinci hissədə isə qəhrəmanların şəhərə yol tapmış Qərbin Qəddar Cadugəri Zelena ilə mübarizələri göstərilir. İki hissənin əsas antoqonistləri olan Qərbin Qəddar Cadugəri və Piter Pendən başqa üçüncü mövsümdə Din-din, Ariel, Şahzadə Erik, Ursula, Meduza, Rapunzel, Oz cadugəri, Xeyirxah Cadugər Qlinda, Şimalın Xeyirxah Cadugəri, Cənubun Cadugəri, Doroti Geyl, Qarasaqqal və Elza obrazları da debüt edir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


32. Həftə
İmitasiya oyunu2014-cü ildə rejissor Morten Tildumun Qrehem Murun Endryu Hudcsun “Alan Türinq:Eniqma” bioqrafik əsəri (əsər daha əvvəl BBC tərəfindən “Kodun sındırılması” tamaşası üçün adaptasiya edilmişdir) əsasında yazdığı ssenariyə uyğun olaraq çəkdiyi tarixi triller janrında olan ABŞ filmidir.

Filmdə aktyor Benedikt Kamberbetç İkinci Dünya müharibəsi zamanı alman hökümət və ordu başçılarının gizli yazışmalarını anlamaq üçün Eniqma maşınını sındırmağa çalışan Britaniya kriptoanalitiki Alan Türinq obrazını canlandırmışdır.

Filmin ssenarisi 2011-ci ildə ekranlaşdırılmamış ən yaxşı Hollivud ssenarilərinin ənənəvi Qara siyahısına salınmışdır. “The Weinstein Company” 2014-cü ilin fevralında Avropa Film Bazarında filmi əldə etmək üçün $7 milyon ödəmişdir ki, bu da ABŞ distribyutorluğu üçün ödənən ən böyük məbləğdir. Film Birləşmiş Krallıq kinoteatrlarında 14 noyabr, ABŞ-da isə 28 noyabrda təqdim edilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


33. Həftə
Vəfa QuluzadəAzərbaycanın görkəmli dövlət xadimi, politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti. Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri (1990-1999).

Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda ən kasıb ailələrindən birində anadan olmuşdur. Onun atası ədəbiyyatşünas, filologiya elmləri doktoru və professor Mirzəağa Quluzadə idi. Anası Yaqut Dilbazi şairə Mirvarid Dilbazinin bacısıdır. O, Qazaxın Dilboz bəylərindən olan ruhani şair olan Seyid Nigarinin nəslindəndir.

İkinci dünya müharibəsi illərində Qazaxın Aslanbəyli kəndində böyümüşdür. Uşaqlıqda tərbiyəsi ilə əsasən nənəsi Cəvahir Dilbazi məşğul olub.

Bakıda öz sözlərinə görə, "beynəlmiləl bir həyətdə" böyümüş və rus dilini yaşadığı həyətdə "mükəmməl öyrənmişdir". Evləri zəbt olduğundan, 1946–cı ilə kimi ailəsi ilə Bakının Şors küçəsində (indi ki, Bəşir Səfəroğlu küçəsində) kommunal evlərdə yaşamışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


34. Həftə
Özgə ömür1987-ci ildə yazıçı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, rejissor Rasim Ocaqov tərəfindən C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Aleksandr Kalyagin, Fəxrəddin Manafov, İrina Kupçenko və başqaları ifa edirlər. Film institut rektorunun ikili həyat yaşamasından bəhs edir. Çəkilişlər BakıdaMoskvada aparılmışdır. 1987-ci ildə aktrisa İrina Kupçenko ən yaxşı epizodik rola görə SSRİ Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Nika" prizinə layiq görülmüşdür.

Film Fariz Əmiroviç Rzayevin (Aleksandr Kalyagin) ömrünün son gününü əhatə edir. O, ölkənin ən böyük institutlarından birinin rektorudur. Bu vəzifədə artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Məsuliyyətli, savadlı və işini mükəmməl bilən bir adamdır. Lakin vəzifəyə və işə-gücə başı o qədər qarışmışdır ki, o ətrafındakı ən yaxınlarını belə unutmuşdur. Biganə və ikili həyat yaşayan Fariz Əmiroviç öz doğma evində də rahatlıq tapa bilmir. Yalnız o qonşusu və məşuqəsi olan Lilyanın (İrina Kupçenko) evində olarkən rahatdır və bütün problemlərini onunla bölüşür.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


35. Həftə
Azərbaycanda neft sənayesiAzərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib.

Ölkədə əsil neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə RotşildNobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində ölkə müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.

Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.

XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə