Vladimir Kurasov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vladimir Kurasov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sankt Peterburq, Rusiya imperiyası
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Dəfn yeri
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti rus
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1915 - 1917 (Rusiya İmperiyası)
1918 - 1973 (SSRİ)
Rütbəsi Ordu generalı
Komandanlıq edib
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d]
Döyüşlər Birinci dünya müharibəsi
Rusiya vətəndaş müharibəsi
İkinci dünya müharibəsi
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Suvorov" ordeni 1-ci dərəcəli "Kutuzov" ordeni "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Köniqsberqin alınmasına görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı Czechoslovak War Cross 1939–1945 Order of Merit of Hungarian Freedom
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladimir Vasilyeviç Kurasov (rus. Владимир Васильевич Курасов; 19 iyul 1897 – 30 noyabr 1973) Ordu generalı, Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsi ərzində Kalinin cəbhəsi (digər adı ilə 1-ci Baltik cəbhəsi) komandanı vəzifəsində xidmət etmişdir.

Erkən yaşları və Birinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Kurasov 19 iyul 1897-ci ildə Sankt Peterburq şəhərində anadan olmuş və burada yerləşən 8 illik texniki məktəbi bitirmişdir. 1915-ci ildə rus ordusuna daxil olana qədər bir fabrikdə işləmişdir. 1916-cı ildə Telavi Gizir Məktəbində təhsilini başa vurduqdan sonra cəbhəyə yollanmışdır. Birinci dünya müharibəsi ərzində Qərb cəbhəsində gizir rütbəsində xidmət etmişdir.

Vətəndaş müharibəsi və qarşıdurma dövrü

[redaktə | mənbəni redaktə et]

Rusiya vətəndaş müharibəsi ərzində general Nikolay Yudeniçin rəhbərliyi altında olan "Ağ Ordu"ya qarşı Petroqrad şəhərinin müdafiəsini təşkil etmişdir.

1921-ci ildə Hərbi Pedaqoji İnstitutundan məzun olmuş, 1928-ci ildən etibarən Sovet Kommunist Partiyasının üzvü olmuşdur.

1932-ci ildə Mixail Frunze adına Hərbi Akademiyadan məzun olduqdan sonra, Belarus Hərbi Dairəsinin baş qərargahında xidmət etmişdir. 1935-ci ildə 16-cı Atıcı Korpusa komandir təyin olunmuşdur.

1936–1938-ci illərdə General heyəti üçün Hərbi Akademiyada təhsil aldıqdan sonra burada qalmış və taktika üzrə baş təlimçi vəzifəsində xidmət etmişdir.

Böyük Vətən müharibəsi

[redaktə | mənbəni redaktə et]

Polkovnik Kurasov Böyük Vətən müharibəsinin ilk aylarında General heyətində xidmətini davam etdirirdi. 28 oktyabr 1941-ci ildə general-mayor rütbəsi almışdır. 25 dekabr 1941-ci ildə Şimal-qərb cəbhəsinə aid olan 4-cü Zərbə Ordusuna baş qərargah rəisi təyin olunmuş, 22 yanvar 1942-ci ildə isə Kalinin cəbhəsinə göndərilmişdir. 1942-ci ilin yanvar-fevral aylarında Toropets-Holm hücumu zamanı onun rəhbərliyi altında olan qoşunlar 300 kilometr məsafəni bir aydan da az bir müddət ərzində keçmişdir. 1942-ci ilin martından etibarən Kalinin cəbhəsinin nisbətən sakit sektorunda yerləşən 4-cü Zərbə Ordusunda komandan vəzifəsini icra etmişdir. 21 may 1942-ci ildə general-leytenant rütbəsinə layiq görülmüşdür.

1943-cü ilin aprelindən etibarən Kalinin cəbhəsinin baş qərargah rəisi təyin olunmuş, Smolensk, NevelQorodok istiqamətlərində baş tutan əməliyyatlarda iştirak etmişdir. 1944-cü ildə Baqratiyon əməliyyatı zamanı Kalinin cəbhəsində Vitebsk-Orşa və Polotsk əməliyyatlarında iştirak etmiş, 28 iyun 1944-cü ildə general-polkovnik rütbəsini əldə etmişdir. Elə həmin ildə baş tutan Baltik hücumu ərzində RiqaKlaypeda istiqamətlərində uğurlu əməliyyatlarda iştirak etmişdir.

1945-ci ilin əvvəllərində Kurasovun rəhbərlik etdiyi qoşunlar Şərqi Prussiya istiqamətində hücum əməliyyatına cəlb olunmuş və Klaypeda şəhərini azad etmişdir. 1945-ci ilin fevralında 1-ci Baltik cəbhəsinin uzunluğunun azalması səbəbindən Baltik cəbhəsi ləğv olunmuş və 3-cü Belarus cəbhəsinə məxsus olan Sambiya qruplaşması yaradılmışdır. Kurasov bu qruplaşmanın baş qərargah rəisi təyin olunmuşdur. 1945-ci ilin aprelində Sambiya əməliyyatında almanların məğlub edilməsi nəticəsində Baltik Flotilliyası ilə Sambiya qruplaşması birləşmiş və Baltik dilinə qoşun çıxarılmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]