Xalq bloku

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Xalq bloku (və ya Xalq ittifaqı) (malay dilində: Pakatan Rakyat) — Malayziyada 2008-cü il seçkilərində vahid cəbhədə çıxış edən 3 müxalifət partiya - Demokratik Hərəkat Partiyası, Panmalayziya İslam Partiyası və Xalq Ədalət Partiyası tərəfindən yaradılmış təşkilat. Saravaka Milli Partiyası da Saravak ştatı səviyyəsində bu blokun üzvüdür.

Yaranması və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xalq bloku 2008-ci il seçkilərində parlamentdə olan 222 yerdən 82-ni əldə edərək parlamentdə iqtidarda olan Milli Cəbhəninin mövqelərini əhəmiyyətli surətdə sıxışdırdı. (Əvvəli seçkilərdə müxalifətin cəmi 21 yer var idi) və Kedah, Kelantan, SelanqorPinanq ştatlarında yeni hokumətlər təşkil etdilər.

İlk dövrdə blok hökuməti Perakda təşkil olunmuşdur, lakin federal hökumətin və Perak sultanının təzyiqi nəticəsində blok ştat üzərində nəzarəti itirdi. Xalq bloku Kuala-Lumpurda da ustünlük qazansa da, mövcud olan qanunvericiliyə əsasən mer də daxil olmaqla, paytaxtın inzibati orqanlarının rəhbərləri federal hökumət tərəfindən təyin olunurdu [1]. 5 may 2013-cü ildə keçirilən seçkilərdə blok parlamentdə 89 yer aldı və Kelantan, PinanqSelanqor ştatları üzərində öz nəzarətini saxladı [2][3].

Müxalifətdə olan 3 partiyanın koalisiyasının yaranması Malayziyada ikipartiyalı sistemin meydana çıxmasına səbəb oldu. Bir tərəfdən blok təşkilatı kimi Malayziyanın milli təşkilatlarının aparıcı qüvvələrini təmsil edən və 13 partiyanı əhatə edən Milli Cəbhə, digər tərəfdən Xalq bloku Malayziyada hakimiyyət uğrunda mübarizənin fəal iştirakçılarına cevrilmişlər. Partiyalardan təşkil olunan Milli Cəbhədən fərqli olaraq milli prinsiplər əsasında təşkil olunan Xalq bloku formal olaraq çoxmillətli partiyalar (sol, liberal və islam istiqamətli) və Malayziyanın bütün vətəndaşları üçün açıq idi [4].

Xalq blokunun seçkilərdə qələbə qazanması əvvəllər onlarının maraqlarının yalnız milli əlamətlərə görə təşkil olunan təşkilatlar tərəfindən müdafiə oluna biləciyinə dair inamlarında ciddi dəyişikliklərin baş verməsinin nəticəsi idi.

  1. Погадаев, В. Малайский мир (Бруней, Индонезия, Малайзия, Сингапур). Лингвострановедческий словарь. М.:"Восточная книга", 2012, с. 467
  2. "BN menang PRU13 — Malaysiakini". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
  3. В. А. Погадаев. Всеобщие выборы в Малайзии: новый мандат Национального фронта. — «Азия и Африка сегодня», № 7, 2013, с. 26
  4. Погадаев, В. А. «Новые тенденции в политической жизни Малайзии» — Тихоокеанское обозрение 2008—2009. Под редакцией В. М. Мазырина, Н. П. Малетина, О. В. Новаковой. М.: Издательство «Университетская книга», 2010, с. 143