Xanlıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Xanlıq və ya xaqanlıqxan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik.[1][2] Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqoltatar cəmiyyətləri idi.[3][4][5]

Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular.[6]

Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır. Monqol, Avar, Hun, Türk xaqanlıqları məşhur olmuşlar.[7] Xanlıq ilə müqayisədə xaqanlıq çoxsaylı kiçik xanlıqların ona tabe olduğu böyük köçəri dövlət idi.[8] "Xanların xanı" kimi tərcümə olunan xaqan titulu,status baxımından təxminən imperatorun tituluna uyğun gəlir.[2][4]

  1. "Definition of KHANATE". www.merriam-webster.com (ingilis). 2023-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-21.
  2. 1 2 "khagan in Old Turkish - English-Old Turkish Dictionary | Glosbe". glosbe.com (ingilis). İstifadə tarixi: 2023-04-21.
  3. "khanate". Oxford Reference (ingilis). 2023-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-21.
  4. 1 2 "What Is a Khan?". ThoughtCo (ingilis). 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-21.
  5. "The Mongol Khans". education.nationalgeographic.org (ingilis). 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-21.
  6. Ханлыг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 51.
  7. Хаганлыг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 21.
  8. Królikowska-Jedlińska, Natalia. Law and Division of Power in the Crimean Khanate (1532-1774).