Yavuz Bülənd Bakilər
Yavuz Bülənd Bakilər | |
---|---|
Doğum tarixi | 1936 |
Doğum yeri | |
Fəaliyyəti | müəllif, vəkil |
Yavuz Bülənd Bakilər (1936, Sivas) — Türk şair və yazıçı. Jurnalistika və vəkillik ilə məşğul olub.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əslən azərbaycanlı mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilər Sivasda anadan olub. İlk və orta təhsilini Sivas, Qaziantep və Malatyada alıb. 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsindən məzun olduqdan sonra qısa bir müddət Yeni İstanbul qəzetində çalışıb. TRT Ankara Radiosu Mərkəz Proqram Dairəsi başqanlığında reportyor çalışarkən müxtəlif mədəni proqramlar hazırlayıb və onlara aparıcılıq edib. 1969–1975-ci illər arasında Sivasda vəkilliklə məşğul olub. İl Başqanlığı vəzifəsində olduğu Ədalət Partiyasından bələdiyə başçısı və millətvəkili namizədi göstərildi. 1975–1976-cı illər arasında Başbakanlık Torpaq və Tarım Reformu Müsteşarlığında hüquq müşavirliyi ilə məşğul olan və 1976–1979-cu illər arasında Ankara Televiziyasında çalışdıqdan sonra 1979–1980-ci illər arasında Türkiyə respublikası Mədəniyyət və Turizm nazirliyində müstəşar yardımçısı olaraq işlədi. 12 sentyabr çevrilişinin ardından müşavir kadrlığına təyin olundu və 1992-ci ilə qədər bu nazirlikdəki xidmətini davam etdirdi. İki il da Başbakanlık müşaviri olaraq vəzifə apardıqdan sonra 1994-cü ildə əməkli oldu.
Litseydən məzun olduğu 1953-cü ildə Türk Sənəti dərgisində çıxan ilk şeirinin ardından şeirleri məhəlli dərgi və qəzetlərdə çap olundu. Hisar dərgisi şairleri arasında yer aldı. Uzun müddət Tərcüman və Türkiyə qəzetlərində köşə yazıları yazdı. 24 mart 2013-cü ildə Türkiyə qəzetndəki vəzifəsindən öz istəyiylə ayrıldı.
Əsərləri
[redaktə | mənbəni redaktə et]Şeir kitabları
[redaktə | mənbəni redaktə et]- Yalnızlık, (1962)
- Duvak, (1971)
- Seninle, (1986)
- Harman, (2003)
- Bir Gün Baksam Ki Gelmişsin
Səfər qeydləri
[redaktə | mənbəni redaktə et]- Üsküp’ten Kosova’ya (1979)
- Türkistan Türkistan (1986)
İncələmələri
[redaktə | mənbəni redaktə et]- Şiirimizde Ana (1976)
- Tabuları Yıkmak
- Sivas'a Şiir (1973)
- Âşık Veysel (1986)
- Elçibey
- Mehmet Akif'te Çağdaş Türkiye İdeali (1990)
- Sözün Doğrusu 1–2 (2002)
- Sevgi Mektupları
- Gidenlerin Ardından
- Arif Nihat Asya İhtişamı
Xatirələri
- Unutamadıklarım
- Gönlümdekiler və Ötekiler
- Hatırladıklarım