Yedditəpə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yedditəpə kurqanı
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Füzuli
Yerləşir Mirzəcamallı kəndi
Aidiyyatı Tunc dövrü
Tikilmə tarixi IV-VI əsrlər
Üslubu kurqan
Yedditəpə kurqanı (Azərbaycan)
Yedditəpə kurqanı

YedditəpəFüzuli şəhərinin mərkəzindən 6 km şimal-şərqdə, Mirzəcamallı kəndi yaxınlığında yerləşir. Tunc dövrünə aid arxeoloji abidə hesab edilir. Yedditəpə iyirmiyə yaxın kurqandan ibarətdir. 1972-ci ildə arxeoloji qazıntılar zamanı Yedditəpədən erkən orta əsrlərə və daha əvvəlki dövrlərdə (IV–VI əsrlərə aid) daş qutu qəbirlər aşkar edilmişdir. Ölən adamlar bükülü vəziyyətdə bastırılmışdır. Qəbirlərdən gil, şüşə, tunc qablar, mis və gümüş bəzək əşyaları, heykəlciklər, musiqi alətləri, (sinclər), nizə balta, qılınc, xəngər, metal toqqa, zınqırov və s. tapılmışdır. Yedditəpə abidələri yerli tayfalara məxsus olub, onların Iran, RоmaBizansla iqtisadi və mədəni əlaqə saxlandırmağın göstərir.

Yedditəpə oronomi yeddi say bildirən sözdən və təpə oronomik terminindən əmələ gəlib. Belə metafor adlarda relyef formalarının sayını növünü bilmək asan olur. Bu arxeoloji abidə yeddi təpədən ibarət olduğu üçün Yedditəpə adını alıb.

  • ASE, V cild, Bakı, 1981, səh. 102