Yelizabet Armstronq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yelizabet Armstronq
Şəxsi məlumatlar
Tam adı Yelizabet Armstronq
Vətəndaşlığı ABŞ ABŞ
Doğum tarixi (41 yaş)
Boyu 188 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2008—2012ABŞ ABŞ

Yelizabet Armstronq (31 yanvar 1983, Ann-Arbor, Miçiqan) — Birləşmiş Ştatları təmsil edən su poloçusu.[1]

Yelizabet Armstronq, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.

Daha sonra Yelizabet Armstronq, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.

  1. "Yelizabet Armstronqun tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.