Yeni Qvineya Ərazisi
Yeni Qvineya Ərazisi | |||||
---|---|---|---|---|---|
| |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Rabaul[d], Lae (Papua Yeni Qvineya) | ||||
İdarəetmə forması | konstitusiyalı monarxiya |
Yeni Qvineya Ərazisi[1] (ing. Territory of New Guinea) — Birinci Dünya müharibəsində Almaniya İmperiyasının məğlubiyyətindən sonra Millətlər liqasının qərarı ilə Avstraliyanın idarə edilməsinə verilmiş mandat ərazisi.
Ona Almaniyanın Alman Yeni Qvineyası — Yeni Qvineya adasının şimal-şərqi hissəsi, Bismark arxipelağı, Admiralteyst adası, Solomon adaları (arxipelaq), Buka adası və bir neçə kiçik ada daxildir.
Ərazi 1914-cü ildə Avstraliya tərəfindən zəbt edilib. 17 sentyabr 1914-cü ildə Alman Yeni Qvineyasının qubernatoru vəzifəsini icra edən şəxs kapitulyasiya haqqında akta imza atır. 9 may 1921-ci ilədək ərazi hərbi komendant tərəfindən idarə edilir. Həmin tarixdə isə mülki idarəçilik tətbiq edilir. Millətlər Liqası 17 dekabr 1920-ci ildə ərazi üzərində Avstraliyanın mandatı barəsəndə şərtlər hazırlayır və aprel 1921-ci ildə ərazi rəsmi surətdə ona verilir. İkinci dünya müharibəsi dövründə ərazi Yaponiya tərəfindən işğal edilir və ciddi döyüşlər gedir. 13 dekabr 1946-cı ildə ərazi Avstraliyanın idarəçiliyinə verilən BMT mandatlı torpaq statusu alır.
1949-cu iləd qəbul edilmiş Papua və Yeni Qvineya həqqında Akta görə Yeni Qvineya Ərazisi və Avstraliya Pauası Papua və Yeni Qvineya Ərazisi vahidinə çevrilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ New Guinea Act, 1920 to 1945; Papua and New Guinea Act, 1949 (as to its official and commonly used name being Territory of New Guinea and not Trust Territory of New Guinea