Yeyərsən qaz ətini, görərsən ləzzətini
Yeyərsən qaz ətini, görərsən ləzzətini — səhnə əsəri, 1892-ci ildə Peterburqda qələmə alınmışdır. Əsərin ilk çap olunma tarixi haqqında dəqiq bir məlumat yoxdur.
Azərbaycanın tarixinin mühüm bir dövrünü Ə. Haqverdiyev öz əsərlərində əks etdirmişdir. Onun ədəbi yaradıcılığının inkişaf yolu xalq həyatı ilə, cəmiyyətin keçdiyi ziddiyyətli yollarla bağlı olmuşdur. Ədib yaradıcılığının birinci dövründə (1892–1905) "Yeyərsən qaz ətini, görəsən ləzzətini" (1892), "Dağılan tifaq" (1896), "Bəxtsiz cavan" (1900) pyeslərini yazmış və istedadlı bir dramaturq kimi tanınmışdır.
Məzmunu
[redaktə | mənbəni redaktə et]"Yeyərsən qaz ətini, görərsən ləzzətini" pyesinin mövzusu tacir həyatından alınmışdır. Komediya ailədə fəlakətə səbəb olan qadınların şərəf və hüququnu ayaqlayan çoxarvadlılıq məsələsinin tənqidinə həsr edilmişdir. Pyes gənc müəllifin ilk qələm təcrübəsi kimi qiymətlidir[1].
Obrazlar
[redaktə | mənbəni redaktə et]- HacıMehdi – Osmanlı davasında bir qədər qazanıb, 50 yaşında
- Ələsgər – onun qardaşı, 45 yaşında
- Sənəm – Hacı Mehdinin əvvəlinci arvadı, 30 yaşında
- Güllü – Hacı Mehdinin ikinci arvadı, 25 yaşında
- Nəbi – qəssab, Güllünün atası, 50 yaşında
- Mirzə Heydər – cadugər, 40 yaşında
- Məşədiİman – sövdəgər, 40 yaşında
- Gülpəri – qoca arvad, elçi, 50 yaşında
- Qiyas – Hacı Mehdinin ev nökəri, 18 yaşında
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV SЕÇİLMİŞ ƏSƏRLƏRİ" (PDF). 2022-05-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-03-11.