Zahir məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İslam
Zahir məscidi
malay Masjid Zahir
Din
Statusu Cümə məscidi
Yerləşməsi
Ölkə  Malayziya
Şəhər Alor Setar
Memarlıq
İnşa tarixi 1912
Üslubu islam memarlığı
Ümumi sahəsi 11 558 m²
Vəziyyəti fəaliyyət göstərir
Zahir məscidi xəritədə
Zahir məscidi
Zahir məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zahir məscidiMalayziyanın Kedah ştatında yerləşən məscid. Alor Setar şəhərində yerləşir.[1]

Məscid 1912-ci ildə tikilib. Məscid 1821-ci il Kedah-Siam müharibəsi zamanı şəhərin müdafiəsi uğrunda döyüşərək həlak olmuş döyüşçülərin xatirəsinə inşa olunub.[2][3] Zahir məscidi Malay-İslam memarlığının ən gözəl nümunəsi kimi Kedahın ən fərqli memarlıq abidələrindən biri sayılır. Məscidin rəsmi açılış mərasimi 1915-ci ilin 15 oktyabrı həftənin cümə günü baş tutub. Məscidin açılışında Kedah sultanı Sultan Əbdül-Həmid Halim Şah iştirak edib. Cümə xütbəsini Tunku Mahmud oxuyub. Zahir məscidinin arxa tərəfində şəriət məhkəməsi və uşaqların məktəbəqədər təhsil müəssisəsi yerləşir.[4]

Zahir məscidi təxminən 11,558 m² sahə tutur. Məscidin mərkəzi zalı (ibadət zalı) 5.8 m² sahəyə malikdir və 4 mezonin zonalı 2,4 metr genişliyində eyvanlarla əhatə olunub. Hər bir mezonin zonası günbəzlə örtülüdür. Məscidin əsas günbəzi binanın şimal-şərq hissəsində yerləşir. Bu Malayziyada ən böyük və ən qədim məscidlərindən biridir. Hər il məsciddə Quran hafizlərinin festivalı keçirilir. Bu məscid dünyanın ən yaxşı 10 ən gözəl məscidlərindən biri seçilib.[2]

Xatirə sikkələri

[redaktə | mənbəni redaktə et]
100 təngə nominalında gümüş sikkələr

2008-ci ilin 28 martında Qazaxıstan sikkəxanası "Dünyanın Məşhur Məscidləri" seriyasından Zahir məscidinin təsvir olunduğu gümüş sikkə buraxıb. Sikkənin nominalı 100 təngədir və bu qiymətli metal 925 əyarlı gümüşdən ibarətdir.[5]

Həmin seriyadan olan qızıl sikkə 2012-ci ildə buraxılıb. Sikkənin əks tərəfində mərkəzdə Zahir məscidinin təsviri yerləşdirilib. Aşağı hissəsində isə "ZAHİR" sözü həkk olunub. Sikkənin nominalı 500 təngə, bu qiymətli metal isə 999 əyarlı qızıldan ibarətdir. Sikkənin kütləsi 3,11 q, diametri 16 mm-dir. Cəmi 3000 ədəd belə sikkə buraxılıb.[6][7]

  1. "Zahir Mosque in Kedah - Malaysia". beautifulmosque.com. 25 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2015.
  2. 1 2 "Masjid Zahir to get 100th year makeover". dev.nst.com.my. 22 noyabr, 2014. İstifadə tarixi: 14 may 2015.[ölü keçid]
  3. "Zahir Mosque". www.myfest2015.com.my. 15 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2015.
  4. "Zahir Mosque". www.mykedah2.com. 9 January 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2015.
  5. "Coin from the series "Famous Mosques of the World", "Zahir"". kmd.kz. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2015.
  6. "Мечеть Захир украсила монету Казахстана". www.gold10.ru. 2 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2015.
  7. "Zahir Mosque". ehobbex.com. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2015.