Zodiak (seriyalı qatil)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zodiak
ing. Zodiac Killer
Şahidlərin ifadələri əsasında hazırlanmış foto robot rəsmi.
Şahidlərin ifadələri əsasında hazırlanmış foto robot rəsmi.
Ləqəbi Zodiak
Doğum tarixi məlum deyil
Doğum yeri məlum deyil
Vəfat tarixi ?
Vəfat yeri məlum deyil
Vətəndaşlığı
Qətllər
Qurbanların sayı 5 - 7 +
Qətllərin dövrü 1968 - 1969
Qətllərin yeri San-Fransisko körfəz sahəsi
Cəzası həbs edilməmişdir
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Zodiakın göndərdiyi məktubların sonunda istifadə etdiyi imzası. İşarə sonralar Zodiak qatilinin simvolu kimi qəbul olunmuşdur.

Zodiak (ing. Zodiac Killer) — 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının şimal bölgəsində (ing. North California; azərb. Şimali Kaliforniya‎) fəaliyyət göstərmiş seriyalı qatil. Zodiak Amerika cinayətkarlıq tarixinin ən məşhur qatillərindən biri hesab olunur. Onun məşhurlaşmasının səbəblərindən biri bu günə qədərdə kimliyinin müəyyənləşdirilə bilməməsi və mətbuata göndərdiyi şifrəli-zəhərli məktublar olmuşdur.

Zodiak tərəfindən törədildiyinə inanılan ilk cinayət hadisəsi 1968-ci ilin dekabr ayında baş vermişdir. Ümumən Kaliforniya ştatının Benikia, Vallexo və San-Fransisko şəhərlərində cinayətlər baş vermişdir. 1968-ci ilin dekabr ayından 1969-cu ilin oktyabr ayına qədər davam edən silsilə cinayətlər zamanı 16-29 yaş arası dörd kişi və üç qadın hədəf alınmışdır. Qatil Zodiak adını cinayətlətləri törətdiyi zaman San-Fransisko körfəz sahəsinin qəzetlərinə göndərdiyi şifrəli məktublar əsnasında əldə etmişdir. Məktublar şifrələnmiş olmaqla yanaşı eyni zamanda zəhərli idi. Bu günə qədər Zodiak tərəfindən göndərildiyinə inanılan məktublardan sadəcə birinin şifrəsi açılmışdır.[1]

Bir çox şübhəlinin adı polis tərəfindən aparılan istintaq zamanı səsləndirilsədə, konkret bir dəlil tapılmamışdır. 2004-cü ildə San-Fransisko Polis Departamenti cinayət işinə xitam vermişdir. Ancaq iş 2007-ci ilin mart ayında yenidən açılmışdır. Cinayət işi istər Vallexo şəhərində istərsədə Napa və Solano ərazilərində hələ də davam edir. Kaliforniya Ədalət Departamenti 1969-cu ildən bəri açıq qalan prosesə hələ də davam etməkdədir.[2][3]

60 - cı illərdə Kaliforniya

[redaktə | mənbəni redaktə et]

Cinayətlərin zaman xətti

[redaktə | mənbəni redaktə et]

Lake Herman Road hücumu

[redaktə | mənbəni redaktə et]

Zodiak qatili ilk cinayətini 1968-ci ilin 20 dekabr tarixində Benikia şəhərində təhsil alan məktəblilər Betti Lou Yensen və Devid Faradayə qarşı həyata keçirdi. Çütlük yaxınlaşmaqda olan milad bayramını qeyd etmək üçün Hogan Ali Məktəbindən 3 blok məsafəsində yerləşən Betti Yensenin evinə getmişdilər.

Xilas olmağı bacaranlar

[redaktə | mənbəni redaktə et]

Zodiakdan gələn məktublar

[redaktə | mənbəni redaktə et]

Məşhur ədəbiyyatda

[redaktə | mənbəni redaktə et]
  1. "Between 1966 and 1974, the Zodiac killer provided more than 20 written communications to police officials, some including ciphers that have not been cracked to this day". 2017-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-31.
  2. SFPD News Release, March 2007
  3. "Zodiac: The killer who will not die". 2011-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-24.