Həsəd
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Acıma, başqasının bədbəxtliyinə, həsəd isə başqasının xoşbəxtliyinə kədərlənməkdir. Mark Tulli Siseron
- Acıma- özgəsinin bədbəxtliyinə, həsəd aparma isə özgəsinin xoşbəxtliyinə kədərlənməkdir. Platon
- Acıma predmeti olmaqdansa, həsəd aparılma predmeti olmaq daha yaxşıdır. Herodot
- Adətən, layiq olmayanlara yaxşılıq və pislik edənlərə hiddətlənirlər. Belə hallarda hər hansı bir fayda götürənə isə həsəd aparırlar. Rene Dekart
- Azad insan həsəd aparmır, amma böyük və ülvi həvəslə tanıyır və olduğu üçün sevinir. Georq Vilhelm Fridrix Hegel
B
[redaktə]- Başqalarına qibtə etmə, çoxları var ki sənin həyatına həsəd aparırlar. Mövlana Cəlaləddin Rumi
- Başqasına həsəd aparmayın, əksinə başqalarının uğurlarına sevinin. Qautama Budda
- Başqasının var-dövlətinə həsəd aparmaq yalnız eqoistə xasdır. Çanakya
- Bəzən dirilər ölülərə həsəd aparır. Azərbaycan atalar sözləri/B
- Bir çox hökmdarlar altı düşmənin qurbanı olmuşlar: şəhvətin, qəzəbin, tamahkarlığın, vasvasılığın, təkəbbürün və həsəd aparmanın. Güclü bir xarakterə sahib olanlar, onların izi ilə getməməli, ancaq salehliyi və zənginliyi qorumalıdırlar. Çanakya
C
[redaktə]- Cəhənnəmdəki şeytanlar insanların bir-birlərini yezuit çevikliyi ilə ləkələyə bilmələrinə həsəd aparır. Maksim Qorki
D
[redaktə]- Dilənçi heç vaxt milyonçuya həsəd aparmır. O, həmişə ondan daha çox pay alan dilənçiyə paxıllıq edir. Mark Tven
Ə
[redaktə]- Əgər alnımıza yazılmış hər bir daxili problemi oxuya bilsələr, nə qədər həsəd apardılarsa, o qədər də bizə acıyacaqlar! Petro Metastasio
H
[redaktə]- Heç kim özünü alçaldan insanlar qədər həsəd aparmağa meyilli olmur. Benedikt Spinoza
- Həsəd aparma nifrətdən başqa bir şey deyildir. Çünki, özgəsinin bədbəxtliyi həzz gətirir, xoşbəxtliyi isə narazılıq. Benedikt Spinoza
- Həsəd dilləri açır, heyranlıq bağlayır. Onore de Balzak
- Həsəd qədər insanların xoşbəxtliyinə zərər verəcək qüsurdan başqa bir qüsur yoxdur. Çünki, ona yoluxanlar nəinki özlərini məyus edir, eləcə də başqalarının sevincini korlayırlar. Rene Dekart
- Həsəd insanı alçaldan və kiçildən duyğudur. Lev Tolstoy
- Həsəd, qısqanclıq, ehtiras, hər növ aclıq, bunların hamısı ehtirasdır. Sevmə isə məcbur etmə olmadan yalnız azad olunduğunda yaşana bilən, insani bir hərəkətdir. Erix Fromm
- Həsəd özü-özünü gəmirər. Alman atalar sözləri
- Həsəd ruhun xəstəliyidir. Con Drayden
- Həyatda cəsur insanlara həsəd aparırlar, ölülərə isə həsəd aparmır, hörmət edirlər. Fukidid
- Hörmətə layiq olmayan insanların axmaq vəziyyəti təəssüf doğurmamalıdır. Bil ki, nifrət edilən adama heç vaxt pislik arzulamırlar. Pisliyi nifrət etməyə haqqı çatana arzulayırlar. İnsanlar yalnız zənginliyə, şöhrətə həsəd aparmırlar. Fəzilətin də öz həsəd aparanları var. Denis Fonvizin
X
[redaktə]- Xoş o insanın halına ki, yoldaşı həsəd deyil. Mövlana Cəlaləddin Rumi
İ
[redaktə]- İndi elm misi elə şeylərə çevirir ki, qızıl ona həsəd aparır. Tur Xander
- İstəsən güzgütək saf olsun ürək,
Sinəndən on şeyi atasan gərək:
Haram, qeybət, kin, paxıllıq, tamah,
Kibr, riya, həsəd, ədavət, kələk. Xaqani Şirvani
Q
[redaktə]- Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar. Nəsirəddin Tusi
- Qibtə, həsəd, paxıllıq: dərin psixoloji əsaslara malik olmayan toplumlar bunları fərqləndirə bilmir. Rahid Ulusel
M
[redaktə]- Mən xalqın arasında gözlü açıq gəzirəm. İnsanlar onların fəzilətlərimə həsəd aparmadığımı mənə bağışlamırlar. Fridrix Nitsşe
- Mənə həsəd aparır hər tərəfdə min düşmən
Çuğullayır məni hər yanda min rəzil, ədna.
Mənim tək arif olanlar həsəddən olmaz iraq,
Mənim tək alim olanlar çəkir həmişə cəfa. Əbül-üla Gəncəvi
- Mümkün olmayan şeylərə həsəd aparmayın. Xilon
- Müvəffəqiyətin sadə termometri narazıların həsəd aparması ola bilər. Salvador Dali
- Müvəffəqiyyətin ölçüsü narazıların həsədidir. Salvador Dali
S
[redaktə]- Sonra, palçıqları kin və həsəd suyu ilə yoğrulmuş olan Cavanşir və Otuziki əhalisinin ürəklərində ədalət alovu şölələndi və beyinlərinə kin havası hücum etdi. Onlar bu xanlığın yox olması uğrunda son dərəcə səy göstərirdilər. Onlar xəmsə məlikliklərini də özlərinə həmməslək və müttəfiq etmişdilər. Əbədi ixtiyar sahibi Hacı Çələbiyə ərizələr yazmışdılar. Ona bildirdilər ki, Pənah xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfində bir qədər təxir edilsə, sonra onun qarşısını almaq mümkün olmayacaqdır. .[1]Mirzə Adıgözəl bəy
Ü
[redaktə]- Üç dərdə çarə yoxdur: tənbəllikdən doğan yoxsulluğa, həsəddən doğan düşmənçiliyə, qocalıqdan doğan xəstəliyə. Ərəb atalar sözləri
Y
[redaktə]- Yaltaqlıq və həsəd aparmaq möminlərə yaraşan hal deyildir, lakin bilik əldə etmək üçün birisi başqasına yaranırsa, başqasına həsəd aparırsa, bu başqa məsələdir. Məhəmməd
- Yuxarıda olursan - həsəd aparırlar, aşağıda olursan - ayaqlayırlar. Monqol atalar sözləri
Z
[redaktə]- Zəngin və güclü olana həsəd aparma, sübhdən sonra həmişə qürub yetişər. Ömər Xəyyam
- Zülm, həsəd, hiylə ilə bu dünyada iş aşmaz. Abbasqulu ağa Bakıxanov
İstinadlar
[redaktə]- ↑ Ənvər Çingizoğlu, Mais Əmrahov, Habil Həsənov. Qarabağ xanlığı. Bakı, "Mütərcim", 2008.