Məzmuna keç

Qürur



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aclıq ilə qürur heç vaxt uyğunlaşa bilməz. Conatan Svift
  • Ağıl üçün ən təhlükəli xəstəlik qürurdur. Aristotel
  • Avropa və Afrika artıq buradadır və hindlilər də əvvəllər burada olublar. O, bu gün iki ifrat qara və ağın arasında dayanır, hər ikisi ilə qardaşlıq iddiasında olmaqdan çox qürurlu, lakin hər ikisinin gücünə tab gətirə bilməyəcək qədər zəifdir. İndiyə qədər hökumətimizin siyasəti müdrikliklə deyil, irq qüruru ilə idarə olunurdu. Son vaxtlara qədər nə hindistanlı, nə də zənci siyasi orqanın bir hissəsi kimi qəbul edilməmişdir. Hər iki irqi vətənpərvərlik hissləri ilə ruhlandırmaq üçün heç bir cəhd edilməyib, lakin hər iki irqin ürəyinə təhlükəli narazılıq və nifrət toxumları səpilib. Frederik Duqlas
  • Bəzən hər şeyi unudub, yalnız qucaqlamaq istəyərsən, amma bir şey səni həmişə dayandırar. Adı nədir? Qürur. Can Yücəl
  • Digər insanlar öz səhvlərindən utanırlar. Mənim üçün isə şəxsi səhvlərimi dərk etmək - qürur mənbəyidir. Corc Soros
  • Elmdə qürur olmaz, olarsa, həqiqətlər yox olar. Henri Kaldervud:İsveç filosofu)
  • Qürur qışqıran yerdə məhəbbət susur. F. Jerfo
  • Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, qürur hissi ilə deyərdim: Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm , ana dilim var. Cəlil Məmmədquluzadə
  • Mənə müasir deyil deyirlərmiş. Nə böyük bir qürur! Mən bu əsrin xaricində qalmayım da, içindəmi boğulum? Nəcib Fazil Qısakürək
  • Sevgi haqqında söz olduqda, qadınlar qürur haqqında düşünmürlər. Qürur-qadınların dilindən düşməyən, amma hərəkət və işlərində heç vaxt görsənməyən bir şeydir. Aqata Kristi
  • Təvazökarlıq qürur deməkdir. Qürürlu olanlar təvazökardırlar. Nazim Hikmət