Məzmuna keç

çağırış

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı çağırış çağırışlar
Yiyəlik halı çağırışın çağırışların
Yönlük halı çağırışa çağırışlara
Təsirlik halı çağırışı çağırışları
Yerlik halı çağırışda çağırışlarda
Çıxışlıq halı çağırışdan çağırışlardan

azərbaycanca: çağırış

Mənalar :[1]https://web.archive.org/web/20150807183924/http://azerdict.com/izahli-luget/%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9F

    1. Çağırma, səsləmə; çağırma səsi. [Qəhrəman] dayanıb bu çağırış səsini dinləyirdi. S.Rəhimov. Şahpəri altdanüstdən geyinib Daşdəmirin çağırışına getdi. B.Bayramov.
    2. Bir rəhbər ideyanı, siyasi tələbi qısa şəkildə ifadə edən müraciət; şüar. [Nizami:] ..Qızıl Arslanın çağırışına birinci növbədə mən səs verirəm. M.S.Ordubadi.
    3. Bir iş görmək, vəzifəsini yerinə yetirmək üçün tələb və ya xahişlə bir yerə gəlmə. [Həsən ağanın] oğlu anasının çağırışını dərhal başa düşdü və yapıncılı-çuxalı eyvana çıxdı. İ.Şıxlı.
    4. Bax çağırış vərəqəsi. Ağabala hələ indiyə qədər çağırış almamışdı. Mir Cəlal. _ Çağırış vərəqəsi – bir yerə çağırılmaq haqqında qısa yazılı məlumat, çağırış. Məhkəmədən çağırış vərəqəsi almaq. – Birdən Gəray çağırış vərəqəsini masanın üstə qoyub dilləndi. Ə.Əbülhəsən.

Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]