Məzmuna keç

avar

Wiktionary saytından
[1] avar
[2] avar
İsim Tək Cəm
Adlıq halı avar avarlar
Yiyəlik halı avarın avarların
Yönlük halı avara avarlara
Təsirlik halı avarı avarları
Yerlik halı avarda avarlarda
Çıxışlıq halı avardan avarlardan
  • azərbaycanca: avar
  • Əski əlifba: آوار

Mənalar :[1]https://web.archive.org/web/20160314085539/https://azerdict.com/izahli-luget/avar

  1. avar 1:
    1. Qayığı sürmək üçün kürək, qayıqçı kürəyi. Avar çəkmək. – Şamil bütün qüvvəti ilə avar çəkərək, qayığı gölün o biri sahilinə doğru sürürdü. A.Şaiq. Bədən tərbiyəsi hərəkətləri ilə, xüsusən idmanın üzmək, qaçmaq, ayaq xizəyində gəzmək və avar çəkmək kimi növləri ilə uzun müddət məşğul olmaq tənəffüs işini çox yaxşılaşdırır. Babayev.
    avar 2:
    1. (Xalqlar) Əsas kütləsi Dağıstanda yaşayan Qafqaz xalqlarından birinin adı və bu xalqa mənsub adam. Avar dili Qafqaz dillərinin Dağıstan qoluna daxildir.
    2. Qədim türkdilli tayfalardan birinin adı. Bu günki Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Dövlət Avar xaqanı olan Bayan tərəfindən qurulmuşdur. Macarıstan ərazisində avarlara aid xeyli abidə qalmışdır.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]