Məzmuna keç

batırmaq

Wiktionary saytından

azərbaycanca: batırmaq

Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən batırmışdım batırdım batırıram batıracağam batıraram batırım batıram batırmalıyam batırasıyam batırsam Adlıq batırmaq
Sən batırmışdın batırdın batırırsan batıracaqsan batırarsan batır batırasan batırmalısan batırasısan batırsan Yiyəlik batırmağın
O batırmışdı batırdı batırır batıracaq batırar batırsın batıra batırmalıdır batırasıdır batırsa Yönlük batırmağa
Biz batırmışdıq batırdıq batırırıq batıracağıq batırarıq batıraq batıraq batırmalıyıq batırasıyıq batırsaq Təsirlik batırmağı
Siz batırmışdınız batırdınız batırırsınız batıracaqsınız batırarsınız batırasınız batırasınız batırmalısınız batırasısınız batırsanız Yerlik batırmaqda
Onlar batırmışdılar batırdılar batırırlar batıracaqlar batırarlar batırsınlar batıralar batırmalıdırlar batırasıdır batırsalar Çıxışlıq batırmaqdan


Mənalar :[1]https://web.archive.org/web/20160314085810/https://azerdict.com/izahli-luget/bat%C4%B1rmaq

    1. Sancmaq, girdirmək, soxmaq, keçirmək, daxil etmək (ucu iti şeyi). İynə batırmaq. Sancaq batırmaq.
    2. Qərq etmək, suyun dibinə çökdürmək, cumdurmaq. Qayığı az qala çevirib batırmışdı.
    3. Məhv etmək, yox etmək, zay etmək, puç etmək, itirmək. Var-yoxunu batırmaq. – [Ərbab:] Qorxuram ki, mayanı batırasan. Mir Cəlal. // məc. Ölməsinə, qırılmasına, tələf olmasına səbəb olmaq. Bütün mal-qaranı batırdı. Düşmən bu döyüşdə bütün qalan qoşunlarını batırdı.
    4. Mayenin içərisinə soxmaq, islatmaq, yaş etmək, hopdurmaq. Çörəyi bala batırıb yemək.
    5. Bulamaq, bulaşdırmaq, ləkələmək, çirkləndirmək. Üst-başını batırmaq. Ayaqqabılarını palçığa batırmaq.
    6. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: ad batırmaq, başını batırma

Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]