Məzmuna keç

bina

Wiktionary saytından
[1] bina
İsim Tək Cəm
Adlıq halı bina binalar
Yiyəlik halı binanın binaların
Yönlük halı binaya binalara
Təsirlik halı binanı binaları
Yerlik halı binada binalarda
Çıxışlıq halı binadan binalardan
  • azərbaycanca: bina
  • Əski əlifba:

Mənalar :[1]https://web.archive.org/web/20131010094234/http://azerdict.com/izahli-luget/bina

    1. Tikili, mülk, ev. Gözəl və yüksək bina. Məktəb binası. Daş bina. Yeni teatr binası. – [Mədəd] vağzalın böyük binasından keçib, relslərin üstündən adlayaraq, depoya tərəf getdi. M.İbrahimov. Ferma müdiri .. məni binaya apardı. İ.Əfəndiyev. Oynamaq üçün teatr binası yox idi. S.Rəhman. // Məc. mənada. Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun
    2. dan. Bünövrə, özül, təməl, əsas. Evin binası. Dəmir-beton bina. Anbarın binası daşdandır. // Məc. mənada. Azərbaycan(lıların) danışdığı dilin şivəsi çox isə də, binası və kökü birdir. F.Köçərli. _ Bina edilmək – bax bina olunmaq. Bina etmək –
    3. təsis etmək, əsasını qoymaq. ..Bu qəzetənin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun .. yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. C.Məmmədquluzadə;
    4. məc. düzəltmək, təşkil etmək, qurmaq. Oldu siçanlarda əyan macəra; Eylədilər təziyə bəzmin bina. S.Ə.Şirvani. Bina ol(un)maq – tikilmək, qurulmaq, təsis edilmək, əsası qoyulmaq. Bu əski imarətin tarixini bilirsinizmi? Kim tərəfdən bina olmuş? S.S.Axundov. [İsgəndərzadə:] Bu kənd bina olandan məktəb görməyibdir. Ə.Haqverdiyev; // Məc. mənada. Bu qəzet kim, olub cahanda bina; Bunu kim ixtira edib, aya? S.Ə.Şirvani.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]
İsim Tək Cəm
Adlıq halı bina binalar
Təsirlik halı binayı binaları
Yönlük halı binaya binalara
Yerlik halı binada binalarda
Çıxışlıq halı binadan binalardan
Yiyəlik halı binanın binaların
  • türkcə: bina - azərbaycanca: bina
  • türkməncə: bina - azərbaycanca: bina