Məzmuna keç

fərd

Wiktionary saytından

azərbaycanca: fərd

Mənalar :

  1. Ayrıca adam, şəxsiyyət. Qəm yemə, xəstə Vidadi, görüb ədanı kəsir; Haqqa ixlas ilə meydanə girən fərd olmaz. M.V.Vidadi.
  2. Müstəqil halda mövcud olan orqanizm; varlıq. Saf (təmiz) halda çoxaltma üsulunda cütləşdirilən fərdlər (inək, yaxud camış və törədici dölçülər) eyni cinsdən olurlar.
  3. klas. Yalqız, tək. Derdim ki, bəla yolunda fərdəm; Eşq içrə sənə şəriki-dərdəm. Füzuli. Ey tifli-sadə, gəzmə soqaqlarda böylə fərd; Alicənab əmulərini bilmə çox da mərd. M.Ə.Sabir. _ Fərd qalmaq klas. – yalqız olmaq, tək qalmaq. Qəm mərhələsində qalmışam fərd; Nə yar, nə həmnişin, nə həmdərd. Füzuli. Dağıldı yarü ənsarım başımdan, fərd qaldım mən. S.Ə.Şirvani. // klas. Tayıbərabəri olmayan; tək. Əgər pəhləvanlıqda sən fərdsən; Həqiqət söylə gər cəvanmərdsən? M.Ə.Sabir.
  4. Klassik Şərq (o cümlədən Azərbaycan) ədəbiyyatında bir beytdən ibarət şeir forması. [Mirzə Bəylər:] Aşiqəm mən sənin ixtilatına; Nəzminə, fərdinə, xoş əbyatına. Aşıq Ələsgər. Qatar yola düşdü və mən də məbhut gözdən itənədək dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü. Ə.Haqverdiyev.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]