Məzmuna keç

hadisə

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı hadisə hadisələr
Yiyəlik halı hadisənin hadisələrin
Yönlük halı hadisəyə hadisələrə
Təsirlik halı hadisəni hadisələri
Yerlik halı hadisədə hadisələrdə
Çıxışlıq halı hadisədən hadisələrdən
  • azərbaycanca: hadisə

Mənalar :[1]https://web.archive.org/web/20140326082550/http://azerdict.com/izahli-luget/hadis%C9%99

    1. İctimai və ya şəxsi həyatda vaqe olan, baş verən hal; əhvalat, vaqiə, vəqə. Bütün bu hadisələr yanaşı oturan adamların təsəvvürlərində canlanır.. S.Rəhimov. Kənddə olmuş hər bir hadisənin, salınan hər bağın, əkilən hər ağacın, tikilən hər evin tarixçəsini [Xoşqədəm nənədən] soruşardılar. S.M.Qədirzadə.
    2. Həyatın adi qaydasını, normal gedişini pozan iş, qəziyyə. Beynəlxalq hadisə. – Bu altı ilin içərisində bir çox hadisələr baş vermişdi. S.Hüseyn. [İdris] dərhal polk komandiri qarşısında hərbi salama durub, hadisə haqqında qısa raport verdi. Ə.Məmmədxanlı.
    3. Əhvalat, vaqiə, macəra. Başıma belə bir hadisə gəlib. – Danabaşlar kəndinin xarakter hadisə və tipləri seçilmiş, ümumiləşdirilmişdir. M.İbrahimov. Mehman .. maraqlı hadisələr söylər, gülməli nağıllar danışar, ötübkeçənlərdən söhbət salar, kənddəki bəzi arvadların qoçaqlığından ürəkdolusu deyərdi. Ə.Vəliyev.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]