Məzmuna keç

işarə

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı işarə işarələr
Yiyəlik halı işarənin işarələrin
Yönlük halı işarəyə işarələrə
Təsirlik halı işarəni işarələri
Yerlik halı işarədə işarələrdə
Çıxışlıq halı işarədən işarələrdən
  • azərbaycanca: işarə
  • Əski əlifba: ایشاره

Mənalar :[1]https://web.archive.org/web/20160314083605/https://azerdict.com/izahli-luget/i%C5%9Far%C9%99

    1. [ər.] Əlamət, nişanə, iz, rəmz, emblem. Oraq kəndliyə, çəkic də fəhləyə işarədir. S.Rəhimov.
    2. Bir şeyi qaş-göz, əl, barmaq və s. ilə göstərmə, anlatma, bildirmə, him-cim. Aşıq Cünun işarədən başa düşdü ki, sirri gizlin saxlamaq lazımdı. “Koroğlu”. Arvadın işarəsi ilə nökərləri içəri daxil olub, padşahın qollarını bərk bağlayıb zindana salırlar. (Nağıl). _İşarə etmək (vermək) – bir şeyi əl, qaş-göz və s. ilə bildirmək, göstərmək, anlatmaq. Nəbi özünü karlığa vurub, ona yaxın gəlməsini əli ilə işarə edir. “Qaçaq Nəbi”. Ey ruhi-rəvan, mən edərəm can sənə təslim; Gər guşeyi-əbru ilə etsən sən işarə. S.Ə.Şirvani.
    3. Siqnal, xəbərdarlıq. Şübhəsiz ki, mən Qızıl Arslanın bir işarəsindən asılıyam. M.S.Ordubadi. _ İşarə vermək – siqnal vermək. Münsif heyəti başçısı əlindəki kiçik qırmızı bayraqla işarə verdi. M.Rzaquluzadə. Gəmi harada olursa olsun, radiomayakın verdiyi işarələrlə öz istiqamətini təyin edə bilər. “Radiolokasiya”.
    4. Kinayə, eyham. İşarə ilə bildirmək. _ İşarə vurmaq – sözü, fikri üstüörtülü, eyhamla demək, bildirmək. Tahir bu xüsusda Cəmilə işarə vurmaq istəyirdisə də, usta Ramazanın duyuq düşəcəyindən çəkinir, dinmirdi. M.Hüseyn. Telli arvadın Qaraşa işarə vurduğu aydın idi. M.İbrahimov. O, mənim nəyə işarə vurduğumu duyurdu. İ.Əfəndiyev. ◊ İşarə anlayan – tez başa düşən, arif. Kişi dövlətinə pasiban gərək; İşarə anlayan, söz qanan gərək. Q.Zakir. İşarəyə bənd olmaq – hazır vəziyyətdə gözləmək, əmrə müntəzir olmaq. Üsyançılar işarəyə bənddirlər. – Qoca mürəttib kiçik bir işarəyə bənddi. M.Hüseyn. Durğu işarələri – bax durğu.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]