Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
Gunel Mustafayeva (müzakirə | töhfələr) (→‎VP:L) tərəfindən edilmiş 07:02, 1 dekabr 2023 tarixli redaktə

Ən son rəy:10 ay öncə, Samral tərəfindən "VP:L" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


RSGVS

Salam. YBot adlı bot hansı istifadəçi tərəfindən idarə olunur? Ümumiyyətlə RSGVS-yə baxan bu botun işi necə qurulub bilmirəm, amma səhvdir. İndilərdə siyahıdan 100K red. sahibi olan istifadəçini silib, əvəzinə daha az red. olanı siyahıya əlavə edib. Ümumiyyətlə siyahı özü səhvdir. Top-100 istifadəçi siyahısı əvəzinə 5000K red. sahiblərinin hamısının adı olsun. Əvvəl mən idarə edəndə siyahını belə idi. Daha qısa və sadə. Grenzsoldat 21:04, 6 noyabr 2023 (UTC)Cavabla

Salam. İstifadəçi aktivlik göstərməyənə qədər hər hansı problem yox idi. Yəqin ki bug olub.— Bikar müzakirə 21:16, 6 noyabr 2023 (UTC)Cavabla
Botun sahibi kimi göstərilənə yazdım. 5000K məsələsini isə başa düşə bilmədim.— Bikar müzakirə 21:20, 6 noyabr 2023 (UTC)Cavabla
Problemin həll olunduğunu yazdı. Yenə də bir müddət nəzarətdə saxlayaq.— Bikar müzakirə 20:45, 7 noyabr 2023 (UTC)Cavabla

Qaydaların qəbulu və dəyişiklik

Neçə vaxtdır bu barədə düşünürəm. Fikir verirsizsə, 1 qayda qəbulu və ya dəyişikliyi üçün təxminən 1 ay vaxt gedir. 1 həftə - 10 gün müzakirə, 15 gün də şablon səsvermə. Mən təklif edirəm ki, eynilə SNS və BNS-dəki kimi qaydaların qəbulu və dəyişikliyini minimum 1 həftəlik müzakirə ilə edək. Əgər narahatıqsa ki, hər yoldan keçən müzakirədə iştirak edəcək filan. Əvvəla hal-hazırdakı qayda müzakirələri göstərir ki, belə bir hal baş vermir. İkincisi də eynilə SNS və BNS-dəki kimi iştirak hüququ tələbi qoyarıq ki, hər yoldan keçən rəy bildirə bilməsin. Əsas məsələ odur ki, 1 aylıq bu yersiz vaxt itkisindən qurtulaq. Yekunlaşdırmanı da eynilə SNS və BNS-dəki kimi inzibatçılar konsensusa uyğun edər. samral müzakirə 19:39, 10 noyabr 2023 (UTC)Cavabla

vikidə bəzi prosedurların gec getdiyini qəbul edirəm. hətta dərhal olunmalı şeylər də bəzən gecikir. amma sırf qaydalar ilə bağlı təklifinizi dəstəkləmirəm. çünki, bütün hallarda qaydadır. qoy hamı görsün, ehtiyac olarsa qatılsın. elə belə yaxşıdır. həm də 1 həftə olduqca qısa müddətdir. düşünün önəmli qərar qəbul edilir, amma vikidə önəmli şəxslərin (aktivlik və töhfə baxımından) nəsə işi çıxıb 1 həftə girə bilməyib. və qayda qəbulunda iştirak etməyib. heç xəbəri də olmayıb. Atakhanli (müzakirə) 01:31, 13 noyabr 2023 (UTC)Cavabla
@Atakhanli, yaxşı olsun, 2 həftə müzakirə. Amma sadəcə müzakirə. Müzakirə və qərar. SNS və BNS kimi. Tay 1-2 həftə müzakirə, 2 həftə də səsvermə, gəlir çıxır 1 ay. samral müzakirə 00:55, 14 noyabr 2023 (UTC)Cavabla

Qalstuk və onun sinonimi.

Salam, mən Qalstuk məqaləsinə boyunbağı sözünü sinonimi əlavə etmişdim. Lakin mənbəni nəzərə almayaraq bu sinonim geri qaytarıldı. Başqa nəzarətçilərin fikrini öyrənmək istəyirdim və bunu həll etməsini rica etmək istəyirdim:

Boyunbağı sözü Azərbaycan Dilinin İzahlı Lüğətinə görə (ikinci mənada) qalstuk deməkdir[1] buna əlavə olaraq Azərbaycan Dilinin Sinonimlər Lüğətində (Bakı 2007) 218-ci səhifədə qalstukun sinonimi boyunbağı kimi göstərilib. 1944-cü ilin "Rusca-Farsca-Azərbaycanca müxtəsər lüğət" kitabında rusca "галстук" sözünün tərcüməsi Azərbaycan dilində "qalstuk, boyunbağı" kimi verilib[2]. 1909-cu ilin Sultan-Məcid Qənizadənin Rusca-Azərbaycanca Lüğət (Русско-татарский словарь, Баку, 1909) 77-ci səhifədə rusca "галстук" sözünün tərcüməsi "boyunbağı" kimi verilib. Bu mənbələr mən ancaq 10-15 dəqiqə içində tapdığım mənbələrdir, amma məncə bunlar yetər ki boyunbağı sözü qalstuk məqaləsinə sinonim söz kimi əlavə olunsun və mənim dəyişiyim geri qaytarılmasın. İdarəçilərdən xahiş edirəm bu barədə mənə kömək olsunlar. Sebirkhan (müzakirə) 18:37, 11 noyabr 2023 (UTC)Cavabla

@Sebirkhan, siz bu cür əlavələri məqalələrin Adlandırma və ya Etimologiya bölmələrinə əlavə edə bilərsiz. İlk cümlədə ümumişlək olan sözlər verilir. Hamı da bilir ki, Azərbaycanda "boyunbağı" deyəndə ümumişlək olaraq "sep" nəzərdə tutulur. samral müzakirə 23:20, 12 noyabr 2023 (UTC)Cavabla
Salam, məncə çox adam "qalstuk" sözünü sadəcə "klassik qalstuk" (kostüm qalstuku) kimi düşünür. Amma bu elə deyil. Dediyiniz "sep" tipli aksessuarlar da əslində "qalstukun" (boyunbağının) bir növüdür (misal üçün Osmanlı tarixində Əbdülhəmid Sultan dəbə salmış "qalstuk" (boyunbağı) dediyiniz tip qalstukdur, və tarixdə bunu çox qeyd edirlər – şəkil, və eyni cür kütləvi mədəniyyətdə də işlənən zərgərlik tipli qalstuklar çox işlənilir – şəkil-2 ).
Qalstukun bir neçə növünü saymaq olar:
  • klassik qalstuk (qalstuk dediyində bir çox insanın ağlına gələn klassik geyim aksessuarı)
  • pipion ("qalstuk-baboçka", kəpənək şəklində)
  • pioner qalstuku (xüsusi şəkildə boğaza bağlanan qırmızı yaylıq)
  • xorvat (kravat) qalstuku (yaxaya bağlanan şal) və bir sıra başqa qalstuklar həmçinin "sep"/"zərgərlik" tipli qalstuklar (boyunbağılar) Sebirkhan (müzakirə) 08:33, 13 noyabr 2023 (UTC)Cavabla
istifadəçi hesab edirəm ki, xoş niyyətlidir. istifadəçinin ümumi fəaliyyətinə nəzər yetimişəm. istifadəçi səhifəsindəki qeydlərdən də xəbərim var. amma, bu cür fəaliyyət xoş qəbul edilmir və qəbul edilmiş VP:BURADADEYİL prinsipi ilə bloklana və ya fəaliyyəti məhdudlaşdırıla bilər. əlavələrinizi Samral bəyin də qeyd elədiyi kimi həmin məqalənin Etimologiya bölməsində (yoxdursa məqalə daxilində yarada bilərsiniz) qeyd etməyiniz daha məqsədəuyğundur. amma təbii ki, mötəbər mənbələr ilə işlənəcəksə. çünki çox vaxt görürəm ki, etimologiya, toponimlər ilə bağlı mənbələrimiz heç ürəkaçan olmur. ordan gələn redaktələr də heç üzəçıxacaq halda olmur. sadəcə iddia toplusu. Atakhanli (müzakirə) 01:38, 13 noyabr 2023 (UTC)Cavabla

Sebirkhan, elə adları əlavə edən zaman ayrıca etimologiya başlığı açın və ora əlavə edin. Köhnəlmiş adlar preambulada ola bilməz. Ensiklopediya məqaləsinə XX əsrin əvvələrinə aid sözü qoymuşdunuz. Bu, düzgün deyil. --► Hörmətlə: SolaVirum 11:45, 13 noyabr 2023 (UTC)Cavabla

Salam. Amma bu köhnəlmiş ad deyil. Bu sözü ən yeni Azərbaycan dilinin İzahlı Lüğətində (B hərfi üçün ən yeni nəşr 2006-ci ilə aiddir, və orada qalstuk anlamı üçün "köhnəlmiş" deyə bir qeyd yoxdur) və Azərbaycan Dilinin Sinonimlər Lüğətində tapmaq mümkündür Sebirkhan (müzakirə) 12:11, 13 noyabr 2023 (UTC)Cavabla
@Sebirkhan, siz də qeyd etdiyiniz kimi, qalstuk da boyunbağının bir növü olduğu üçün sinonim kimi verilib. Məlum məsələdir ki, qalstuk da boyuna bağlanan bir bağ olduğu üçün boyunbağı da hesab edilə bilər, boyunbağının bir növü də. Lakin bu o demək deyil ki, biz qalstuk məqaləsinin ilk cümləsində qalın hərflərlə boyunbağı yazmalıyıq. Bir şeyi də nəzərinizə çatıdırım ki, İzahlı Lüğət 2006-da nəşr edilsə də 1960-ların təkrar nəşridir və bu nəşr də əsasən yazıçıların əsərlərindən sitatlar əsasında tərtib edilib ki, o yazıçılar arasında Osmanlı-fason yazmış, öz şeirlərində filan arxaik sözlərdən istifadə etmiş şair və yazıçılar da var. "Səyyarə" filan kimi. samral müzakirə 00:50, 14 noyabr 2023 (UTC)Cavabla
tamam, təklif edirəm bu bunu müzakirəni səhifənin öz müzakirə səhifəsinə yazdırmaq (indi ora atıram) və və belə danışdıqda boyunbağı sözünü onu etilogiya bölməsində yazım Sebirkhan (müzakirə) 08:00, 14 noyabr 2023 (UTC)Cavabla

İstinadlar

  1. https://www.azleks.az/online-dictionary/boyunba%C4%9F%C4%B1?s=my (#bare_url_missing_title).
  2. https://vk.com/doc18066328_442702903 (#bare_url_missing_title).

Müraciət

Salam dostlar. Azərbaycan dilli Vikipediyada on ilə yaxındır fəaliyyət göstərirəm. Müəyyən zaman aralıqlarında istər məndən asılı olan, istərsə də məndən asılı olmayan səbəblərdən tam fəaliyyət göstərə bilməsəm də yenə də şərtlər uyğun olduqca gəlib burada töhfə vermişəm və buna görə şadam. Daim yaxşı və məzmunlu məqalələrin yaradılması üçün çalışmışam. Necə alınıb buna yəqin oxucular qərar verər və zaman göstərər. Bu müddət ərzində mənə bilmədiyimizi öyrədənlərə, səhvlərimi düzəldənlərə minnətdarlığmı bildirirəm. Müəyyən şəxsi səbəblərə görə bu gündən sonra qeyri-müəyyən müddətə fəal fəaliyyətimi dayandırıram. Bundan sonra əvvəl olduğu qədər fəal olmayacam. Ayda 1-2 dəfə burada olacam. Bu müddət ərzində mənə dəstəyini göstərən hamıya bir daha minnətdarlığımı bildirirəm. Özünüzdən muğayat ol. Bir gün qayıdacam :) Grenzsoldat 20:35, 20 noyabr 2023 (UTC)Cavabla

Fəaliyyətinizdə uğurlar. --► Hörmətlə: SolaVirum 12:39, 21 noyabr 2023 (UTC)Cavabla
İşlərinizdə uğurlar! Eminn (müzakirə) 13:04, 21 noyabr 2023 (UTC)Cavabla
Uğurlar! Turkmen müzakirə 13:21, 21 noyabr 2023 (UTC)Cavabla
Bir gün yenə görüşənə qədər.— Baskervill ☼ - De Gəlsin ! 21:59, 21 noyabr 2023 (UTC)Cavabla
Uğurlar. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:57, 22 noyabr 2023 (UTC)Cavabla
əsl vikiçi vikidən çox uzaq qala bilməz 😏😏 bir az hava almağa çıxmısan yəqin 😅 alan kimi qayıt. uğurlar! Atakhanli (müzakirə) 18:17, 23 noyabr 2023 (UTC)Cavabla
Uğurlar!— Patriot (müzakirə) 20:54, 24 noyabr 2023 (UTC)Cavabla
Uğurlar — Xeyal (müzakirə) 14:17, 26 noyabr 2023 (UTC)Cavabla

Sosial şəbəkələrdə yazılanlar

Hörmətli yoldaşlar! Son həftələrdə Vikipediya barədə sosial şəbəkə istifadəçilərinin Vikipediya haqda yazdıqları barədə burada fikir bildirmək istəyirəm. O yazılar arasında birbaşa mənə ünvanlanan statuslar da var. Ümumiyyətlə, Vikipediya məqalələrinin və digər məsələlərin Vikipediyada müzakirə edilməsinin tərəfdarıyam. Ona görə digər platformalarda əlavə rəy bildirmək niyyətim yoxdur. Mənə hər hansı təzyiq edilməyib. Kənarda deyilənlərə görə Vikipediyadakı mövqeyimi də dəyişmək niyyətim yoxdur. Mövcud şərtlərdə silinmiş məqalələr şərtlər dəyişməmiş, yəni şəxsin, təşkilatın fəaliyyətində ciddi dəyişikliklər olmamış bərpa edilə bilməz. Vikipediya mövzusu ilə digər şəxslərin gündəmdə qalmaq, məşhurlaşmaq niyyətini də normal qəbul edirəm. Azərbaycan dilində məzmunun artırılması işində bütün vikipediyaçıların vacib rolu var və bu yolda davam etməliyik. Azərbaycan dilində Vikipediyaya (həmçinin digər Vikimedia layihələrinə) alternativ resurs yoxdur. Hər birinizə uğurlar arzulayıram. Eminn (müzakirə) 11:57, 25 noyabr 2023 (UTC)Cavabla

AzVikidə fəaliyyət göstərənlərin şəxsi kimliyinin ifşalanması qəbuledilməzdir, hər birimizi təhlükə altına salır. Azad ensiklopediya adına uyğun fəaliyyətə təkan verməsi üçün buna riayət olunmalıdır. Dindirilmək, hədələnmək, bölmədə saxlanılmaq – bunlar vikipediyaçıların başına gəlməli olan şeylər deyil. --► Hörmətlə: SolaVirum 20:27, 26 noyabr 2023 (UTC)Cavabla

MediaWiki:Sitenotice mesajlarının mobildə görünməsi

Salam hərkəsə. Yəqin ki saytın ən yuxarısındakı elanları hərkəs görür. Bu elan mühüm layihələrin (vikidüşərgə, məqalə müsabiqəsi) elan olunmasında böyük əhəmiyyətə malikdir. Amma bizdə bu elan mobil cihazlarda görünmür. Bizdə isə oxucu kütləsinin böyük əksəriyyəti mobildəndir. Mobil versiya təxminən 4-5 dəfə daha çox istifadə olunur. Buna görə də təklif edirəm ki bizdə də bu elanların mobildə görünməsi ($wgMinervaEnableSiteNotice parametri) aktivləşdirilsin. İrəlidə bunun faydasının böyük olacağını (mobil istifadəçilərinin müxtəlif layihələrdən xəbər tutması) düşünürəm. Nemoralis (müzakirə) 20:22, 26 noyabr 2023 (UTC)Cavabla

Dəstəkləyirəm bu təşəbbüsü. --► Hörmətlə: SolaVirum 20:25, 26 noyabr 2023 (UTC)Cavabla
Geniş müzakirəyə ehtiyac olmadığını düşünürəm. Aktivləşdirilsin. — Bikar müzakirə 20:31, 26 noyabr 2023 (UTC)Cavabla
Axırıncı cümləyə özümü nümunə göstərə bilərəm. 2018-ci ildə sadəcə bir neçə min redaktəsi olan, vikiyə o qədər də marağı olmayan biri idim. Kompüterlə vikiyə girdiyim üçün 2018 Bahar Vikidüşərgəsinin elanını görə bilmiş və iştirak edə bilmişdim :). Həmin düşərgədən sonra vikiyə marağım xeyli artmışdı. Xtoolsdan bunun qrafikinə baxa bilərsiniz. Nemoralis (müzakirə) 20:42, 26 noyabr 2023 (UTC)Cavabla
Məndə görünür mobildə, əvvəl də görünürdü. Hamıda belə deyilsə bu parametrlə görünəcəksə dəstəkləyirəm. Bir də bu elanın hərfləri nə üçün bu qədər böyüdülüb? Məncə bu doğru deyil və kobud görünür. Həmişə paylaşdığımız kimi paylaşılmalıdır. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 20:48, 26 noyabr 2023 (UTC)Cavabla
Mobildə iş masası rejimini istifadə edirsinizsə görünməsi normaldır. Normal mobil rejim Minerva skinini istifadə edir. O da yuxarıda qeyd etdiyim parametrin aktivləşdirilməsini tələb edir. Elanın fontunu mobil versiyanı yoxlamaq üçün böyütmüşdüm, geri qaytardım indi. Nemoralis (müzakirə) 20:57, 26 noyabr 2023 (UTC)Cavabla
Bu arada elan istifadəçi qrupumuzun rəsmi saytında də yerləşdirilib. Saytımızı ziyarət etmək istəsəniz: az.wikimedia.org və ya wikimedia.az ünvanlarından birinə daxil ola bilərsiniz. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:07, 26 noyabr 2023 (UTC)Cavabla
+ Lehinə: Şiroi Akuma 22:08, 26 noyabr 2023 (UTC)Cavabla
+ Lehinə: əlbəttə ki, aktivləşdirilsin inşallah. @Nemoralis, çox gözəl təşəbbüsdür, təşəkkürlər. Məndə redaktə pənəcərəsində "ə" hərfi kvadrat formasında görünür. Bu da düzəlsə əla olar. samral müzakirə 23:31, 26 noyabr 2023 (UTC)Cavabla
+ Lehinə: Turkmen müzakirə 06:36, 27 noyabr 2023 (UTC)Cavabla
+ Lehinə: Toghrul R (m) 08:28, 27 noyabr 2023 (UTC)Cavabla
Şərh Şərh: Vaxtınız xeyir, mobil dizaynda kateqoriyaların görünməsi mümkündürmü? MinervaNeue-da belə bir xüsusiyyətin olub-olmadığından əmin deyiləm, amma burada $wgMinervaShowCategoriesButton = [ 'base' => true ]; parametri qeyd edilib, "sandbox" tipli bir bölmədə yoxlanılmağı mümkündürmü? Həmişə kateqoriyaların olmamasına görə telefonda "desktop" rejiminə keçməli oluram. Hörmətlə, --IBAnk (müzakirə) 15:43, 27 noyabr 2023 (UTC)Cavabla
@IBAnk, HotCat qadcetini aktivləşdirin, onla görünür bildiyim qədərilə Nemoralis (müzakirə) 19:11, 27 noyabr 2023 (UTC)Cavabla
+ Lehinə: Dəstəkləyirəm — Patriot (müzakirə) 18:22, 27 noyabr 2023 (UTC)Cavabla
+ Lehinə:Baskervill ☼ - De Gəlsin ! 00:22, 28 noyabr 2023 (UTC)Cavabla
+ Lehinə: Futurolog21 (müzakirə) 16:23, 29 noyabr 2023 (UTC)Cavabla
+ Lehinə: Atakhanli (müzakirə) 06:55, 30 noyabr 2023 (UTC)Cavabla

VP:BNS

Salam. Hər kəsi VP:BNS-dəki müzakirələrdə aktiv iştiraka dəvət edirəm. Baxın, səs verməyə demirəm, sadəcə "bərpa olunsun, olunmasın, yuxarıdakı fikirlərlə, arqumentlərlə razıyam" yazmağa yox, məhz müzakirəyə dəvət edirəm. VP:SNS-dən fərqli olaraq BNS-də passivlik müşahidə olunur. samral müzakirə 19:14, 30 noyabr 2023 (UTC)Cavabla

VP:L

Təklif edirəm ki, seçilmiş məqalə/siyahı, yaxşı məqalə statuslarının verilməsini, alınmasını əvvəla tam şəkildə müzakirə ilə edək (yəni səsverməni tamam ləğv edək bu mövzuda), 2-cisi də hamısını 1 bölmədə (məsələn Vikipediya:Laboratoriya) edək ki, həm aktivlik olsun, həm də qarışıqlıq, mürəkkəblik aradan getsin, bu proses daha sadə və rahat olsun. samral müzakirə 19:28, 30 noyabr 2023 (UTC) Salam. Mən razıyam. İstifadəçi müzakirəsi:GunelCavabla