Vikipediya:Bərpa üçün namizəd səhifələr

Vikipediya, azad ensiklopediya
(Vikipediya:BNS səhifəsindən yönləndirilmişdir)
Ən son rəy:19 gün öncə, Əvəz Orucov tərəfindən "Azər Xudiyev (politoloq)" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin
Qısa keçid yönləndirmə

Bu səhifə Vikipediyadakı səhifələrin barədə barədə müzakirələr aparmaq üçündür. Burdakı müzakirələr VP:SNSMÜZAKİRƏSİ qaydasına əsasən aparmalıdır.

Müzakirəyə qoşulmazdan əvvəl istifadəçilərdən şəxslərin ensiklopedik əhəmiyyəti, etibarlı mənbələr və digər qaydalarla tanış olmaları tələb olunur. Fikir bildirərkən silmə müzakirələrində istifadə etməkdən çəkinməli arqumentlərlə tanış olmağınız tövsiyə olunur.

Arxivləşdirilmiş müzakirələrə buradan baxa bilərsiniz. Arxivdə axtarış etmək üçün aşağıdakı axtarış formasını istifadə edə bilərsiniz.


Səlvi Kılıçdaroğlu

[mənbəni redaktə et]

Qaralama:Səlvi Kılıçdaroğlu  • ( müzakirə | qeydlər | tarixçə | keçidlər | izlə | SNS-də axtar)  • [versiyalar]

Məqalə bir il öncə buradakı qərar ilə silinib. İki dildə (entr) məqaləsi var, təbii ki, bu, bərpası üçün arqument deyil. Şəxsin jurnalist fəaliyyəti var və mətbuatda yetəri qədər əhatə olunub. Məqalə də normal vəziyyətdədir. Əslində birmənalı ensiklopedik hesab edirəm, VP:AİLƏ də ödənilir (sırf qohumluq əlaqəsinə sahibdir deyə ensiklopedik sayılmır, əhatə olunub), amma SNS ilə silindiyi üçün bura təqdim etmədən yaratmanın xoş olmayacağını və önəmli olduğunu bilirəm. Bərpasını təklif edirəm. Hörmətlə, Gadirmüzakirə 23:51, 11 iyun 2024 (UTC)Cavabla

Həmfikirəm. Türk və Azərbaycan siyasətində nadir hallarda xanımlar ensiklopedik olur. Səlvi xanım xüsusi ilə 2023-cü ildə "birinci leydi" olaraq dəyərləndirildiyi üçün fəaliyyəti mediada geniş işıqlandırılmışdı. Bərpa edilsin. Dr.Wiki54 (müzakirə) 08:54, 5 avqust 2024 (UTC)Cavabla
Hə Bərpa olunsun: Siyasi mövzuda yetəri qədər kriteryalara cavab verən məqalə olduğu üçün. Redivy (müzakirə) 12:12, 10 avqust 2024 (UTC)Cavabla
Hə Bərpa olunsun: Silinməyə namizəd olanda da bildirmişdim ki, bu şəxs haqqında türk mediyasında jurnalist kimi kifayət qədər mənbə var. --Patriot Kor (müzakirə) 18:32, 21 avqust 2024 (UTC)Cavabla
Hə Bərpa olunsun: digər dillərdə var deyə ensiklopedikdir. --Araz Yaquboglu (müzakirə) 10:25, 1 sentyabr 2024 (UTC)Cavabla
  • X Bərpa olunmasın: Heç bir ensiklopedik əhəmiyyətli fakt görmədim. Ehtimal ki, Türkiyə mediasında müəyyən qədər məşhur biri olmasına görə türk icması saxlayıb məqaləni. Başqa vaxt deyirik ki, məqalənin digər dillərdə olmasının bura aidiyyatı yoxdur. İndi niyə türk və ingilis icmasının qərarına görə dəyərləndirək? Jurnalist kimi ensiklopedik fəaliyyəti yoxdur. (Varsa belə bu etibarlı mənbələrlə məqaləyə əlavə edilməlidir ki, bilək) indiki halda hansı səbəbdən bərpa edirik? Siyasətçi kimi dəyərləndirsək heç bir ciddi fəaliyyti yoxdur. Sadəcə Kamal Kılıçdaroğlunun həyat yoldaşıdır. Nə əlaqə? Jurnalist kimi də yanaşsaq heç bir ciddi karyera fəaliyyətini görmədim. Jurnalist haqqında mediada müəyyən mənbələr olur onsuz. Əsas onun fəaliyyətidir. --Sura Shukurlu (müzakirə) 12:42, 1 sentyabr 2024 (UTC)Cavabla
    "Digər dillərdə varsa qalmalıdır" arqumenti ilə ən qatı şəkildə mübarizə aparanlardan biri mən özüm olmuşam. Amma burada məsələ o deyil axı. Ümumiyyətlə sizin mövqeyiniz yanlışdır. Bir şəxs tutaq ki, nazirdir və barəsində düz-əməlli mənbə yoxdur (tutaq ki), bu halda onu vəzifəsi ensiklopedik edəcək birbaşa? Əsas olan mənbələrdi. Mən sadə adamam, məsəlçün, durub mənbələr məndən yazsa, vəzifəm, mükafatım yoxdu deyə qeyri-ensiklopedik olacam? :) Lap ərinə görə olsun e, fakt mənbələr bu xanımdan ciddi şəkildə yazıb, mətbuat yer verib də. Daha nə lazımdır? Bu arada, bir sual (əleyhinə olan digər istifadəçilər də cavab verə bilər), eyni məntiqlə Əminə Ərdoğan-ı da silək? Ensiklopedik fəaliyyəti yoxdur, ya "first lady" olduğu üçün birbaşa ensiklopedikdir? :) Hörmətlə, Qədir (müzakirə) 19:06, 1 sentyabr 2024 (UTC)Cavabla
    Hə Bərpa olunsun: Haqqında mənbələr coxluq təşkil edir. @Gadir məqaləyə şəxsin fəaliyyəti barədə məlumat əlavə etsəniz cox əla olardı. - Aylanabi (müzakirə) 06:56, 2 sentyabr 2024 (UTC)Cavabla
  • X Bərpa olunmasın: Bu şəxsi heç kim jurnalist olaraq tanımır, Kılıçdaroğlunun yoldaşı kimi tanıyır. VP:AİLƏ qaydasına əsasən bərpa edilməməlidir. Nemoralis (müzakirə) 09:14, 2 sentyabr 2024 (UTC)Cavabla
    Qohumluq əlaqəsinə görə yox, mənbələrin əhatəsində olduğu üçün ensiklopedikdir. Necə tanınmasının ensiklopedikliyə təsiri yoxdur. Hörmətlə, Qədir (müzakirə) 20:24, 8 sentyabr 2024 (UTC)Cavabla
    Haqqında kifayət qədər mənbə mövcudur - Hersoq01 (müzakirə) 11:58, 15 oktyabr 2024 (UTC)Cavabla

Qəhrəman Süleymanlı

[mənbəni redaktə et]

Qaralama:Qəhrəman Süleymanlı  • ( müzakirə | qeydlər | tarixçə | keçidlər | izlə | SNS-də axtar)  • [versiyalar]

Bir il öncə məqalə buradakı qərarla silinib. Məqaləni təkmilləşdirib 1 ay öncə yenidən yaratdım (Müzakirə nəticəsində silinən məqalənin müzakirə nəticəsinə əsasən bərpa edildiyini bilmirdim). Və yenidən müzakirənizi təklif edirəm. Zəhmət olmazsa fikir bildirin. Rufet-87 (müzakirə) 06:20, 18 iyun 2024 (UTC)Cavabla

İstifadəçi:Aslanmurad0v/Qaralama

[mənbəni redaktə et]

İstifadəçi:Aslanmurad0v/Qaralama  • ( müzakirə | qeydlər | tarixçə | keçidlər | izlə | SNS-də axtar)  • [versiyalar]

Ülvi Məmmədov haqqında daha öncə məqalə əlavə edilib və silinib. Səbəbini bilmirəm. Yenidən onun haqqında məqalə yazmaq istəyəndə əvvəlcədən silindiyi üçün yenə silinir. Qaralamamda istədiyim məqaləni yazdım. Qaralamadan çıxıb aktiv olaraq yayımlanmasını istəyirəm. İstifadəçi:Aslanmurad0v/Qaralama Aslanmurad0v (müzakirə) 11:21, 19 avqust 2024 (UTC)Cavabla

Şərh Şərh: Məqaləni ensiklopedik saymaq olar, müxtəlif böyük turnerlərdə uğurları var. Mənbələr azlıq təşkil edir bundan əlavə olaraq məqalə Stil kitabçasına uyğun deyil məqalə üzərində işlər aparılmalıdır. Ancaq bəzi məlumatlarda mənbə yoxdurş - Aylanabi (müzakirə) 09:20, 31 avqust 2024 (UTC)Cavabla
VP:SK Uyğun düzəliş edin və daha sonra ensklopedik meyyarlara cavab verən istinad ilə mənbələr əlavə edin zəhmət olmazsa. @Aslanmurad0v Redivy (müzakirə) 11:36, 8 sentyabr 2024 (UTC)Cavabla

Əvəz Əlibəyov

[mənbəni redaktə et]

Qaralama:Əvəz Əlibəyov  • ( müzakirə | qeydlər | tarixçə | keçidlər | izlə | SNS-də axtar)  • [versiyalar]

Haqqında ruviki və gürcü dilindəki vikipediyada məqalə var. Həmçinin uyğun düzəlişləri etdim, şablonu düzgünü ilə əvəz etdim, aldığı mükafatlar haqqında azvikidə məqalə və şablon yox idi, onları yaradaraq bu məqalədə də istifadə etdim, cümlə quruluşlarını vikiləşdirdim, bəzi yeni məlumatları əlavə etdim, istinadlar əlavə etdim. Əvəz Əlibəyov Çar Rusiyası və SSRİ-nin bir çox əhəmiyyətli medal və ordenləri təltif olunmuş, uzun döyüş yolu keçmiş, müxtəlif ordularda komandanlıq etmiş hərbçidir və düşünürəm ki, ensiklopedikdir. Bunu Azərbaycan Sovet Ensiklopediyasında haqqında məqalə olması da bir daha təsdiqləyir. -- Rüfət Həsənli 19:25, 21 avqust 2024 (UTC)Cavabla

Salam. Mənbələri artırma imkanınız var? ASE təkcə özü-özlüyündə birbaşa ensiklopediklik üçün yetərli mənbə deyil. Hörmətlə, Qədir (müzakirə) 19:37, 21 avqust 2024 (UTC)Cavabla
Rusların elektron kitabxanalarından tapdım indi bir neçə mənbə. Mükafatlarına dair etibarlı mənbədir. İndi əlavə edərəm. -- Rüfət Həsənli 20:48, 21 avqust 2024 (UTC)Cavabla
Təşəkkürlər, mümkündürsə ASE-nin mənbələrini də {{Cite encyclopedia}} şablonu ilə uyğunlaşdırın. Hörmətlə, Qədir (müzakirə) 20:58, 21 avqust 2024 (UTC)Cavabla
Hə Bərpa olunsun: Məqalə indiki vəziyyətdə ensiklopedik olduğunu düşünürəm məqalə üzərində işlər aparıldığı və qaydalara uyğun tərtib olunduğu görsənir - Rosh060 (müzakirə) 05:40, 23 avqust 2024 (UTC)Cavabla
X Bərpa olunmasın: ensiklopedik heç bir fakta rast gəlmədim. mənbələr tapmaq şəxsi ensiklopedik etmir axı Atakhanli (müzakirə) 09:57, 23 avqust 2024 (UTC)Cavabla
@Atakhanli şəxsin aldığı mükafatların coxluğuna nəzər yetirin düşünürəm ki həmin dövürdə say seçmə döyüşcülər alıb o mükafatları - Rosh060 (müzakirə) 10:25, 23 avqust 2024 (UTC)Cavabla
Bu halı ilə, yəni sırf bu mükafatlara görə mən də bərpasına isti baxa bilmirəm, fəaliyyəti ilə əlaqəli geniş mənbələr əlavə olunarsa fikrimi təkrar nəzərdən keçirə bilərəm. Hörmətlə, Qədir (müzakirə) 10:32, 23 avqust 2024 (UTC)Cavabla
@Atakhanli, @Gadir, rusların mənbələrindən tapdığım məlumatları da əlavə etdim. O qədər orden və medalı heç nədən vermirlər axı :)
"Georgi" orden və medalları kiçik rütbəli zabitlər üçün ən yüksək dövlət mükafatlarındandır. Həm, deyə bilərsiniz ki, ümumi sovet və çar Rusiyası dövründə çox nəfərə verilmiş mükafatlardır, fəqət azsaylı azərbaycanlıya verilib. Həmçinin hər iki imperiyanın yüz milyonlarla əhalisi olduğunu da nəzərə almalı. -- Rüfət Həsənli 18:52, 23 avqust 2024 (UTC)Cavabla
Şərh Şərh: bəli cox saylı Azərbaycanlı hənin dövürdə bu qədər mükafat alıb sadəcə məalədə mənbə və məlumat azlığı var - Rosh060 (müzakirə) 07:25, 24 avqust 2024 (UTC)Cavabla
  • X Bərpa olunmasın: Şəxs ayrılıqda heç bir mənbənin diqqətində olmayıb və əhatə edilməyib. Ensiklopedikliyi ödəyən bir şəxs haqqında hər hansı faktın təsdiqlənməsi üçün ASE yaxşı mənbə ola bilər, amma ASE-də məqaləsi var deyə şəxs birmənalı ensiklopedikdir deyə bir şey yoxdur. Mükafata isə gəldikdə, birbaşa ensiklopedik edə biləcək mükafat deyil, yəni sırf bu mükafata görə heç bir şəxs birmənalı ensiklopedik hesab edilmir. Mükafat alıb, və ya çox mükafat alıb deyə şəxsin fəaliyyətini əhəmiyyətli hesab etmək isə tamamilə subyektiv fikirdir. Ensiklopedikliyə isə öz fikir və dəyərləndirmələrimiz ilə qərar vermirik. Ensiklopedik olmaq üçün ya ümumi meyarlar ödənməli, şəxsin mənbələrin diqqətində olduğu sübut edilməli, ya da şəxs xüsusi şərtləri ödəyən, onu birbaşa ensiklopedik edə bilən mükafat, vəzifə, və s. sahib olmalıdır. Bu şəxs üçün heç biri ödənilmir. --Sura Shukurlu (müzakirə) 20:21, 24 avqust 2024 (UTC)Cavabla
    Sıravi əsgərlərdən fərqli olaraq süvari diviziyanın komandiri olmuş, uzun döyüş yolu keçmiş, bu döyüşlərdəki iştirakına görə həm Çar Rusiyası, həm SSRİ dövründə dəfələrlə mükafat, medal və ordenlə təltif olunmuşdur. Vəzifəsi ilə yanaşı, rütbəsi də kifayət qədər yüksək olmuşdur. Haqqında birçox mənbələrdə ətraflı məlumatlar da var. -- Rüfət Həsənli 18:12, 9 sentyabr 2024 (UTC)Cavabla
Şərh Şərh: - Mənbələri artırdım, yeri gəlmişkən, RF və SSRİ arxivlərində onunla bağlı sənədlər qeyd olunduğu üçün etibarlı mənbələrdir. Üslub olaraq təkmilləşdirdim, ensiklopedik əhəmiyyətə malik bir neçə cümləni əlavə etdim. -- Rüfət Həsənli 21:23, 1 sentyabr 2024 (UTC)Cavabla
konkret olaraq hansı cümlələr? Atakhanli (müzakirə) 23:59, 1 sentyabr 2024 (UTC)Cavabla
Xarkov əməliyyatı ilə bağlı hissə. Mayın 17-si olan döyüşdəki rəşadətinə görə, hətta medalla da təltif olunub. Həmçinin digər məlumat və mənbələri də nəzərdən keçirməyiniz, Vəhşi diviziya və Birinci Süvari Ordu barədə araşdırmağınızı tövsiyə edərdim. -- Rüfət Həsənli 18:08, 9 sentyabr 2024 (UTC)Cavabla
Mükafatları cədvəldə verməyə gərək yoxdur, məqalənin əsas hissəsini o cədvəl tutur, diqqət ona yönəlir daha çox. Sadə şəkildə verin. Mükafat vərəqini də yerləşdirməyə ehtiyac yoxdur, çünki fayl kimi əhəmiyyəti yoxdur. Vikianbara şəxslə bağlı fayllar əlavə olunub və keçid edilib onlara baxıla bilər. Məqaləyə uyğun fayl var, uyğun olmayan var, yeri var, hamısı necə gəldi əlavə olunmalı deyil. Hələ iş gedir şablonu da olsa məqalədə, bunları da bildirim dedim. Hörmətlə, Qədir (müzakirə) 00:29, 2 sentyabr 2024 (UTC)Cavabla
Şəkil kateqoriyası ilə bağlı dediklərinizi edə bilmirəm, təəssüf ki. Yardım etsəniz, çox məmnun olaram. Amma qalan şeyləri düzəltdim. -- Rüfət Həsənli 18:01, 9 sentyabr 2024 (UTC)Cavabla
@Turkmen, @Nemoralis, @Araz Yaquboglu, @Əhməd Qurbanov, zəhmət olmasa, fikir və tövsiyələrinizi bildirə bilərsiniz? Öncədən təşəkkürlər. -- Rüfət Həsənli 15:03, 14 sentyabr 2024 (UTC)Cavabla
@Rüfət Həsənli ensiklopedik deyil, niyə dirəşirsiz?) Atakhanli (müzakirə) 16:14, 14 sentyabr 2024 (UTC)Cavabla
Hə Bərpa olunsun: ensiklopedikliyini təmin edən bir şeylərlə qarşılaşmadım - Hersoq01 (müzakirə) 11:59, 15 oktyabr 2024 (UTC)Cavabla
@Hersoq01 deyəsən texniki səhv etmisiz şablon istifadəsində Atakhanli (müzakirə) 16:47, 15 oktyabr 2024 (UTC)Cavabla
Salam @Dəyərli Qardaş şablonda səhv etdim diqqət göstərib məlumat verdiz mənə mən də düzəldəcəm - Hersoq01 (müzakirə) 10:16, 1 noyabr 2024 (UTC)Cavabla

Sədaqət Hüseynova

[mənbəni redaktə et]

Qaralama:Sədaqət Hüseynova  • ( müzakirə | qeydlər | tarixçə | keçidlər | izlə | SNS-də axtar)  • [versiyalar]

Məqalə 3 ay əvvəl SNS-ə təqdim olunub. Əvvəl təqdim olunanda Cv formatında olduğu və PR məqaləsi tipində hazır olunduğu və yalan məlumatların olduğu qeyd olunub. Məqalə üzərində işlər apardım yenilədim əvvəlki versiyada olan problemləri aradan qaldırdım. Şəxs professor (tibb elmləri doktorudur), Tərəqqi medalı ilə təltif olunub. Fəaliyyət barədə kifayət qədər mənbələr mövcuddur. Həmçinin şəxsin kifayət qədər elmi əsərləri var. Azərbaycan üzrə tanınan həkimlər sırasındadır. -- ☞QRAF☜   (✉ → ♕) 07:06, 23 avqust 2024 (UTC)Cavabla

Hə Bərpa olunsun: Bu şəxs haqqında kiçik araşdırma etdim . Şəxsə pezident tərəfindən tərəqqi medalı verilib düzdür bu ensklopedik etmi yalnız şəxsin rəhbəri olduğu yerlər elmi işləri və ümümi fəaliyyəti şəxsin ensklopedik olmasına zəmn yaradır. Mənbələr də coxluq təşkil edir. Tibb elmləri doktorudur. bu bu bu bu bu bubu kimi Tibb elmləri doktorından hansı səbəb ayırır? Faəliyyətinə nəzər salsaq bir coxundan cox işlər görüb - Rosh060 (müzakirə) 07:41, 24 avqust 2024 (UTC)Cavabla

  • X Bərpa olunmasın: Heç bir ikincidərəcəli müstəqil mənbə şəxsin fəaliyyətini araşdırıb əhəmiyyətli dərəcədə əhatə etməyib. Yalnız məqalədəki kimi bəzi faktların yoxlanila biləcəyi və başqa mövzu haqda yazılaraq şəxsin adının keçdiyi xəbərlər var. Məqalənin özündən də göründüyü kimi, şəxsin həyat və fəaliyyətinin əhəmiyyətli bir hissəsi mənbəsizdir. Məqalədəki faktlar arasında da şəxsi birbasa ensiklopedik edə biləcək əhəmiyyətdə iddia yoxdur. Tərəqqi medalı şəxsləri təkbaşına ensiklopedik edə bilmir. Elmi dərəcə və ad da şəxsləri ancaq xüsusi əhəmiyyətli və mənbələrdə əhatə edilmiş elmi fəaliyyət ilə dəstəkləndikdə ensiklopedik edə bilir. Ensiklopediklik cəmiyyət tərəfindən yox, ikincidərəcəli mənbələr tərəfindən tanınmaya əsaslanır, o da göründüyü kimi mənbələr tərəfindən tanınmayıb. --Sura Shukurlu (müzakirə) 11:02, 1 oktyabr 2024 (UTC)Cavabla
    Hə Bərpa olunsun: @Sura Shukurlu ümümiyyətlə sizin yazdıqlarınıza baxıram, heç bir əsaslı göstərici yoxdur. Yada məqaləni qeyriensiklopedik edəcək əsaslı qaydaya uyğun bir yazıya da rast gəlmədim. Ümumiyyətlə mənim aşağıdakı məqaləyə fikr bildirdikdən sonra mənim təqdim etdiyim məqaləyə fikr bildirməyiniz bir az qəribə gəldi ümümi qərəz qoxusu gəlir. səs ovu fikri həm də qaydalara uyğun Elmlər Doktoru məqaləsinə heç bir qaydadan əsas olmayaraq əksinə yazılar bir az qəribədir mənə qarşı bu qərəz haradandır? hələ də təəccüblü qalıb məndə -- ☞QRAF☜   (✉ → ♕) 10:06, 2 oktyabr 2024 (UTC)Cavabla
    Heç bir əsaslı göstərici yoxdur dediyiniz şey birbaşa qaydalarda yazılıb: VP:EƏ, VP:ŞEƏ. Zəhmət olmasa xoşniyyətli davranın. Nemoralis (müzakirə) 10:31, 2 oktyabr 2024 (UTC)Cavabla
    Bu qaydaları başa düşdüm bir Elmlər doktorunun ensiklopedikliyini təmin etməyən nə var şəxsdə ? Elmi əsərlər desən var, ixtiralar desən var, təsiscilik desən var, mükafatı desən o da var. Başqa nə olması lazımdır ? Kifayət qədər beynəlxalq kongreslərdə ön planda olan bir Elmlər doktorudur @Rosh060-un da qeyd etdiyi kimi fərq nədədir, digərlərindən fərqi nədir ki bu Şəxsin? Bir daha qeyd edirəm burada sadəcə və sadəcə qərəz var. Hörmətlə: ☞QRAF☜   (✉ → ♕) 17:31, 2 oktyabr 2024 (UTC)Cavabla
    Hə Bərpa olunsun: şəxsin fəaliyyət yolu onu ensiklopedik edir - Hersoq01 (müzakirə) 12:00, 15 oktyabr 2024 (UTC)Cavabla
Hə Bərpa olunsun: Tibb elmləri doktoru, professor Sədaqət Hüseynova tanımış tibb işçisidir. Öz sahəsində uğurlu kadrdı. Düzdü Tərəqqi medalı ilə təltif olunub amma gələcəkdə daha yaxşı medal, fəxri adlara layiq görüləcək. Təkcə tərəqqi medalına görə ensiklopedik deməyək. Və Fəaliyyətinə baxanda onun əsil ensiklopedik olmasını görmək olar Turan Etibaroğlu müzakirə 21:35, 28 oktyabr 2024 (UTC)Cavabla

Rüfət Elçiyev

[mənbəni redaktə et]

Qaralama:Rüfət Elçiyev  • ( müzakirə | qeydlər | tarixçə | keçidlər | izlə | SNS-də axtar)  • [versiyalar]

Həmkarlar, bu səhifəni təqribən 1 il əvvəl silinməyə təqdim etmişdim. Düşünürəm ki, səhifənin bərpa edilib-edilməməsi ilə bağlı yenidən müzakirə aparmaq olar. Birmənalı şəkildə hansısa bəndə əsaslanmasaq da, ensiklopediklik üçün müəyyən göstəricilərin olduğunu düşünürəm. Məsələn, rəhbərlik etdiyi "ABAD" PHŞ birbaşa dövlət başçısı tərəfindən yaradılıb və ölkənin, demək olar, bütün regionlarını əhatə edir. Tərkibində hotel fəaliyyət göstərir və məhsulları xarici bazara çıxarılır. Bundan əlavə, tərkibində çoxsaylı etnobutiklər, eləcə də istehsal müəssisəsi var ki, onların açılışda Azərbaycan və Türkiyənin dövlət başçıları, birinci xanımları iştirak ediblər: [1] [2] [3].

Bu göstəricilərin təkcə "ABAD"a deyil, həm də yaradıldığı gündən indiyədək ona rəhbərlik edən Rüfət Elçiyevin də fəaliyyətinə şamil olunduğunu düşünürəm. Bu baxımdan səhifəni müzakirəyə təqdim edirəm.

PS: Səhifənin silinib-qalmasında xüsusi marağım yoxdur, yekun qərar fikir bildirən icmanındır. Toghrul R (m) 10:24, 25 avqust 2024 (UTC)Cavabla

Hə Bərpa olunsun: ABAD və mükafatları şəxsi ensiklopedik edir. Fəaliyyətininə də baxsaq bərpa olunmsı uyğundur ~ Aylanabi (müzakirə) 11:40, 25 avqust 2024 (UTC)Cavabla
Hə Bərpa olunsun: ABAD qlobala da çıxan çox böyük və özünü doğruldan Azərbaycan məhsuludur. mən də eyni fikirdəyəm. bu arada qurumun Şəkidəki Keramika və Tətbiqi Sənət Mərkəzi də ayrıca ensiklopedik mövzudur. Şəkinin Avropa Keramika Marşrutuna daxil edilməsində xüsusi rolu olub. Cənubi Qafqazda ilk Keramika Mərkəziymiş. binası da tarixidir. (indi axtaranda gördüm ABAD-ın Nardaranda da Keramika və Tətbiqi Sənət Mərkəzi varıymış) Atakhanli (müzakirə) 13:27, 25 avqust 2024 (UTC)Cavabla
Şərh Şərh: Şəxsin medlları *Abad üçün verilməyib və fəaliyyətində yalnız gömrük ilə bağlı olan işlə əlaqəli təltiflər yer alır. Belə olan halda tək *Abad məqaləsinə görə şəxs ensklopedikdir ? Redivy (müzakirə) 10:11, 27 avqust 2024 (UTC)Cavabla
@Redivy əslində haqlısız. fəaliyyəti bölməsində ABAD başlığı yaradıb oraya fəaliyyətlərini əlavə etdim. düşünürəm ki, indi məqalə CV formasından çıxdı. @Toghrul R gələcəyinə dekorativ-tətbiqi xalq sənətkarlığı ilə bağlı layihələri də əlavə olunsa daha yaxşı olar. Atakhanli (müzakirə) 22:16, 28 avqust 2024 (UTC)Cavabla
Mükafatlar ensiklopedik deyil Dr.Wiki54 (müzakirə) 12:14, 5 sentyabr 2024 (UTC)Cavabla
Redivy, ümumiyyətlə dövlət xadiminin ensiklopedikliyini mükafatları ilə dəyərləndirmək doğru deyil. Bu cür şəxslər uzağı tərəqqi medalı almış ola bilər, bu da ensiklopedik yükdə deyil, ya da dövlətə xidmətə görə ordeni, hansı ki, bu da ensiklopedik əhəmiyyətə malik deyil. Şəxs Milli Qəhrəman, Vətən Müharibəsi Qəhrəmanı və s. deyilsə mükafatlarına baxmaq doğru yanaşma deyil. Ən yaxşı halda Şöhrət ordeni ala bilər, bu da şəxsi birbaşa ensiklopedik etmir. Bütün hallarda fəaliyyətinə nəzər yetirmək lazımdır, təltiflərinə yox. --Sura Shukurlu (müzakirə) 16:43, 7 sentyabr 2024 (UTC)Cavabla
@Sura Shukurlu Fikirləriniz ilə razıyam sadəcə məqalədə şəxsi fəaliyyət gömrük orqanları ilə olduğundan və başqa fəaliyyət olmadığından müzakirəni oradan yürütdüm. Redivy (müzakirə) 11:32, 8 sentyabr 2024 (UTC)Cavabla
Hə Bərpa olunsun: ABAD-ın direktorudur, fəaliyyəti və təltifləri var. Belə məqalələrin öncədən sns edilçəsi doğru deyil. Yenə də gec deyil, bərpa olunsun. --Araz Yaquboglu (müzakirə) 14:25, 29 sentyabr 2024 (UTC)Cavabla
Hə Bərpa olunsun: həm təltifləri həm də fəaliyyəti şəxsi ensiklopedik edir - Hersoq01 (müzakirə) 12:01, 15 oktyabr 2024 (UTC)Cavabla
Hə Bərpa olunsun: ensiklopedik şəxs hesab olunur Orucov Əvəz 11:17, 16 noyabr 2024 (UTC)Cavabla

Vüsal Abdullazadə

[mənbəni redaktə et]

Qaralama:Vüsal Abdullazadə  • ( müzakirə | qeydlər | tarixçə | keçidlər | izlə | SNS-də axtar)  • [versiyalar]

Salam əziz dostlar. Azərbaycan Karate Federasiyası olaraq,  nəzərinizə çatdırmaq istəyirik ki, böyük uğur və naliyyəti olan (federasiyamızın rəsmi üzvlərinin) vikipediyada yer alması və ya silinmiş səhifələrin bərpası üçün müraciətlərimiz olacaq. Bildirmək istəyirik ki, Dünyada bir çox karate növləri vardır. O cümlədən də Azərbaycanda bir çox karate federasiyaları mövcud olub. Hal-hazırda həmin federasiyaların statusları ləğv edildikdən sonra, bir çoxu (tanınmış üslub və stillər) İctimai Birlik olaraq Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərməkdədir. Yəni nəzdimizdə olan bir çox növlər dünyada məşhurdur və hər birinin ayrılıqda dünya və avropa çempionatları keçirilir. Odur ki, bayrağımızı dünya arenalarında dalğalandıran, himnimizi səsləndirən idmançılarımızın hesablarının  yaradılması zamanı qarşılıqlı müzakirələr edərək aktiv edilməsinə köməklik göstərməyinizi xahiş edirik.

Hər hansı bir çatışmayan məlumat, ensiklopedik sayılmayan məlumatlar olduqda müzakirə edək və dərhal məlumatlar silinməsin.

Eyni zamanda " Vüsal Abdullazadə " adlı səhifənin (https://azkf.az/?page_id=7952) bərpasının nəzərə alınmasını xahiş edirik.

Hər hansı bir sual və təklif olarsa, office@azkf.az rəsmi e-mail poçtumuza yaza bilər və ya rəsmi saytımızda göstərilmiş ofis nömrələrimizlə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik. AzerbaijanKarate (müzakirə) 23:49, 27 avqust 2024 (UTC)Cavabla

@Gadir qaralamaya sal zəhmət olmasa. @AzerbaijanKarate salam. İstifdaəçi adınız dəyişib, amma imzanız dəyişilməyib, nizamlamalardan onu da dəyişə bilərsiz. Məqalə(lər)ə gəldikdə. Məqalə müzakirə nəticəsində silinib. Müzakirədəki arqumentlər inadırıcıdı. Dünya çempionatı keçirilməyən ildə necə çempion ola bilər. Məşhurluq da göstərici deyil, əgər yenə də şəxsin VP:İDMANÇI şərtlərinə uyğun olduğunu düşünürsüzsə məqaləyə düzəliş edib və bunları təsdiləyəcək mənbələr əlavə edərək bərpa üçün təqdim edə bilərsiz. — Bikar müzakirə 07:27, 28 avqust 2024 (UTC)Cavabla
Salam. Hər vaxtınız xeyir.
Qeyd etdiyim kimi, ayrı-ayrı məşhur karate üslubları və stilləri üzrə hər il dünya və avropa çempionatları keçirilir. Bu haqda yerli və xarici mediada çoxsaylı məqalələr vardır. Shahriyar94 (müzakirə) 08:05, 28 avqust 2024 (UTC)Cavabla
Salam. Burada çatışmayan nə varsa deyin qeyd edək zəhmət olmasa. Shahriyar94 (müzakirə) 12:16, 28 avqust 2024 (UTC)Cavabla

Şərh Şərh: Məqalənin istinadları düzgün şəkildə göstərilməyib--A.Aida88 (müzakirə) 17:41, 14 noyabr 2024 (UTC)Cavabla

Fərhad Cabbarov

[mənbəni redaktə et]

Fərhad Cabbarov  • ( müzakirə | qeydlər | keçidlər | izlə | SNS-də axtar)  • [versiyalar]

Tarix elmləri doktorudur,Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavinidir. Tarixçi alim kimi yerli və xarici nəşrlərdə kitabları, məqalələri,televiziyada isə çıxışları vardır.H.Z.Tağıyevin irsinin araşdırmaçısıdır.Shafa Movsumov (müzakirə) 06:52, 17 oktyabr 2024 (UTC). Shafa Movsumov (müzakirə) 12:44, 19 sentyabr 2024 (UTC)Cavabla

Şərh Şərh::Məqalə ad fəzasına çıxarılmalıdır. A.Aida88 (müzakirə) 08:17, 27 sentyabr 2024 (UTC)  Cavab: Zəhmət olmasa, yardımçı olun (Shafa)Cavabla

@Shafa Movsumov Şəfa müəllim, arqumentinizdən sonra imza qoymaq üçün 4 dəfə ~ bu simvolu ard-arda bitişik yazın. bu formada: ~~~~. belə olduqda avtomatik həm tarix, həm də istifadəçi adınız düşəcək. Atakhanli (müzakirə) 19:29, 4 oktyabr 2024 (UTC)Cavabla
Təşəkkür edirəm Shafa Movsumov (müzakirə) 06:42, 17 oktyabr 2024 (UTC)Cavabla

Azər Xudiyev (politoloq)

[mənbəni redaktə et]

Qaralama:Azər Xudiyev (politoloq)  • ( müzakirə | qeydlər | tarixçə | keçidlər | izlə | SNS-də axtar)  • [versiyalar]

Azər Xudiyev Səhiyyə TV-nin rəhbəridir. Bu, onun media sektorunda nüfuzlu bir vəzifəni icra etdiyini göstərir. Kütləvi informasiya vasitələrinə rəhbərlik edən şəxslər ümumiyyətlə geniş auditoriyaya təsir edir və cəmiyyətin müxtəlif təbəqələrinə məlumat ötürür. Onun bu vəzifəsi media sahəsində tanınan və önəmli şəxs olduğunu sübut edir. Səhiyyə TV-nin başçısı kimi Azər Xudiyev, həm əhali arasında sağlam həyat tərzinin təbliği, həm də səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına yönəlmiş ictimai təşəbbüslərdə iştirak edir. Onun rəhbərlik etdiyi bu layihələr ictimaiyyətə müsbət təsir göstərir.

Xudiyev, siyasi şərhçi və politoloq kimi Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı müxtəlif mövzularda çıxışlar edir. Onun siyasi mövzularda təhlilləri, geniş ictimai və peşəkar auditoriyalar üçün maraq doğurur. Peşəkar siyasi analitiklərin Vikipediyada məqalələrinin olması, onların cəmiyyətə verdikləri töhfənin əhəmiyyətini göstərir. O, həm yerli, həm də beynəlxalq media qurumlarında ekspert kimi çıxış edib. Onun şərhləri və çıxışları müxtəlif KİV-lərdə yayımlanıb, bu da onun ensiklopedik dəyərinin göstəricisidir. Vikipediya meyarlarına görə, geniş ictimaiyyət tərəfindən tanınan şəxslər ensiklopedik şəxs hesab edilir. Azər Xudiyev bu şərtlərə tam uyğun gəlir, çünki onun fəaliyyəti media vasitəsilə geniş yayılır. Vikipediya qaydalarına görə, davamlı və ictimaiyyət üçün əhəmiyyətli fəaliyyət göstərən şəxslər ensiklopedik şəxs kimi qəbul olunur. VP:ŞEƏ-nin məşhurluq qaydalarını ödəyir --A.Aida88 (müzakirə) 16:43, 25 sentyabr 2024 (UTC)Cavabla

  • Hə Bərpa olunsun:- Təqdim edən istifadəçi kimi. Onun rəhbərliyi altında Səhiyyə TV-nin fəaliyyəti birbaşa ictimaiyyətə və dövlətin səhiyyə siyasətinə təsir edir, bu da onun Vikipediyadakı yerini əsaslandırır. --A.Aida88 (müzakirə) 16:45, 25 sentyabr 2024 (UTC)Cavabla
  • Hə Bərpa olunsun: Azərbaycanın tanınmış politoloqu və siyasi analitikidir. Fikrimcə onun Azərbaycanda və beynəlxalq arenada geniş tanınmışlıq səviyyəsinə malik olması onun ensiklopedik əhəmiyyətini təsdiqləyir. --NurAy (müzakirə) 05:39, 30 sentyabr 2024 (UTC) Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür. Cavabla
  • X Bərpa olunmasın: Şəxsin fəaliyyətini əhatə edən bircə dənə də olsun etibarlı mənbə mövcud deyil. Məqalədə göstərilən 5 istinaddan 3-ü şəxsin müsahibəsidir. Şəxsin fəaliyyəti ilə bağlı mənbə kimi göstərilmiş digər 2 istinad isə məlumatı elə Vikipediyadan copy-paste edib: hər iki yazı 6 noyabr 2023-cü ildə yayımlanıb və məqalənin 29 sentyabr 2023-cü ildə yaradılmış ilk versiyasındakı mətni copy-paste edib paylaşıblar. Xarici keçidlər bölməsində yenə, ikisi qurumla bağlı adının keçdiyi xəbər, ikisi də müsahibə. Yəni şəxsin faəliyyəti haqda məlumat verən yeganə mənbə Vikipediyadır. Vikipediyanın hansı mənbəyə əsaslandığı isə naməlumdur. Bunu göz ardına etsək, məqaləni oxuyub fəaliyyət olaraq dəyərləndirsək belə, şəxsi az-çox ensiklopedik edə biləcək əhəmiyyətdə heç bir fəaliyyət növü, vəzifə, mükafat, heç bir xüsusi əhəmiyyətli iddia mövcud deyil. Şəxslərin ensiklopedikliyinin ictimaiyyətdə geniş tanınması ilə heç bir şəkildə bağlı olmadığını, məşhurluqla ensiklopedikliyinin nə dərəcədə fərqli olduğunu artıq bütün azviki icması açıq-aşkar bilir, izaha heç bir ehtiyac yoxdur. Şəxsin ensiklopedikliyi ancaq məqalədə iddia edilə bilərdi, o da bu qədər yoxlanıla bilməyən, mənbəsiz məlumatlardan ibarət mətndə ensiklopediklik üçün hər hansı bir iddia belə olsun mövcud deyil. Qeyd edim ki, bu məqalədə ciddi VP:ÖR şübhələri olub. İndi də ehtimal ki, bu cür açıq-aşkar qeyri-ensiklopedik məqaləni maraq toqquşması çərçivəsində bu formada bərpa etdirməyə çalışırsınız. Belə olmaz. Keçən dəfə də qeyri-ensiklopedik məqaləni bir formada dəvətlərlə "bərpa etdirdiniz". Həmin məqaləni ehtimal ki, sifarişlə gəlib, yekunlaşdırıb getmiş inzibatçı belə doğru-düzgün açıqlama vermədi. Bu müzakirəyə gələcək olan adamları da bir-bir açıqlaya bilərəm. Belə etməyin. Bu formada icma artıq vaxtı ilə tənqid etdiyi, fikir birliyi ilə bloklanmasına qərar verdiyi istifadəçilərə çevrilməyə başlayır. Ümid edirəm düşərgənin bütün təşkilat komitəsini buraya yığmazsınız)) Belə baxıram Facebook-da icma haqda deyilənlər haqlıymış. Ortada VP:MT çərçivəsində bloklanan istifadəçilərə heyif... --Sura Shukurlu (müzakirə) 17:43, 30 sentyabr 2024 (UTC)Cavabla
    İddia 1: “Şəxsin fəaliyyətini əhatə edən bircə dənə də olsun etibarlı mənbə mövcud deyil.”
    Cavab: Azər Xudiyevin fəaliyyəti haqqında məlumatlar əsasən etibarlı media resurslarında, xüsusən Səhiyyə TV və digər xəbər portallarında yayımlanmışdır. Müsahibələr də etibarlı mənbə sayılır və şəxsin öz işini təsvir etməsi vacib faktlardan biridir. Müsahibələr, şəxsin fəaliyyəti ilə bağlı məlumatı təsdiqləyən əsas mənbələrdən biridir və ensiklopedik məqalələrdə buna yer verilə bilər.
    İddia 2: “Məqalədə göstərilən 5 istinaddan 3-ü şəxsin müsahibəsidir.”
    Cavab: Müsahibələr, öz sahəsində mütəxəssis olan şəxslərin fikirlərini və fəaliyyətlərini əks etdirən əsas mənbələrdir. Əgər müsahibələr etibarlı media qurumları tərəfindən yayımlanıbsa, bu mənbələr Vikipediya qaydalarına uyğundur. Şəxs haqqında digər etibarlı mənbələr də əlavə edilib, mənbələrin müxtəlifliyi məqalənin ensiklopedikliyini artırır.
    İddia 3: “Xarici keçidlər bölməsində ikisi qurumla bağlı adının keçdiyi xəbər, ikisi də müsahibə.”
    Cavab: Xarici keçidlərdə adının keçməsi, şəxsin müvafiq sahədə fəaliyyət göstərdiyini təsdiq edir. Bu keçidlər, şəxsin fəaliyyəti ilə bağlı məlumatların müxtəlif mənbələrdə yer aldığını göstərir və onun sahəsində tanınan şəxs olduğunu vurğulamaq üçün istifadə olunur. Müsahibələr də şəxsin işlərini və fəaliyyətlərini əhatə edir, buna görə də xarici keçidlərə daxil edilməsi normaldır.
    İddia 4: “Yəni şəxsin faəliyyəti haqda məlumat verən yeganə mənbə Vikipediyadır.”
    Cavab: Məqalədə göstərilən mənbələr və xarici keçidlər şəxs haqqında məlumatların yalnız Vikipediyada olmadığını göstərir. Şəxsin fəaliyyəti ilə bağlı müsahibələr və xəbərlər Vikipediyadan kənar mənbələrdən toplanmışdır. Əgər hər hansı mənbə yetərli sayılmırsa, müvafiq mənbələr əlavə oluna bilər, ancaq bu, bütün məlumatların Vikipediyadan kopyalandığı anlamına gəlmir.
    İddia 5: “Məqaləni oxuyub fəaliyyət olaraq dəyərləndirsək belə, şəxsi az-çox ensiklopedik edə biləcək əhəmiyyətdə heç bir fəaliyyət növü, vəzifə, mükafat, heç bir xüsusi əhəmiyyətli iddia mövcud deyil.”
    Cavab: Azər Xudiyevin fəaliyyəti Səhiyyə TV-nin rəhbəri olması, media sahəsində apardığı işlər və ölkədə səhiyyə sahəsi ilə bağlı əhəmiyyətli mövzuları işıqlandırması ilə diqqət çəkir. Bu fəaliyyətlər onun sahəsində ensiklopedik şəxs olmasına kifayət edə bilər. Müvafiq sahələrdə əldə etdiyi mükafatlar və nailiyyətlər də bu məqalədə vurğulanmalıdır.
    İddia 6: “Məşhurluqla ensiklopedikliyinin nə dərəcədə fərqli olduğunu artıq bütün azviki icması açıq-aşkar bilir.”
    Cavab: Tamamilə doğrudur ki, məşhurluq ensiklopedikliklə eyni deyil. Lakin şəxsin ictimai sahədəki fəaliyyəti və qazandığı nailiyyətlər onun ensiklopedik əhəmiyyətini göstərir. Şəxsin fəaliyyəti, qazandığı təcrübə və rəhbərlik etdiyi layihələr ensiklopedik şəxs olmağı üçün kifayət qədər dəlil kimi qəbul oluna bilər.
    İddia 7: “Şəxsin ensiklopedikliyi ancaq məqalədə iddia edilə bilərdi, o da bu qədər yoxlanıla bilməyən, mənbəsiz məlumatlardan ibarət mətndə ensiklopediklik üçün hər hansı bir iddia belə olsun mövcud deyil.”
    Cavab: Ensiklopediklik yalnız məqalədə iddia edilmir. Azər Xudiyevin fəaliyyəti haqqında məlumatlar etibarlı mənbələrdə əks olunmuşdur və ensiklopediklik üçün əsas göstərilən meyarlara uyğun olaraq təqdim edilmişdir. Mənbələrdəki məlumatlar doğrulanabilir və araşdırıla bilər, bu səbəbdən məqalədə təqdim olunan faktlar ensiklopedik şəxsiyyət üçün lazımi dəlilləri təmin edir.
    İddia 8: “İndi də ehtimal ki, bu cür açıq-aşkar qeyri-ensiklopedik məqaləni maraq toqquşması çərçivəsində bu formada bərpa etdirməyə çalışırsınız.”
    Cavab: Maraq toqquşması ilə bağlı iddialar tam əsassızdır. Məqalənin bərpası məhz Vikipediya qaydalarına və mövcud mənbələrə uyğun şəkildə həyata keçirilib. Məqalə bərpa olunarkən bütün tərəflər şəffaf şəkildə iştirak edir və Vikipediya icmasının qərarına uyğun hərəkət edilir. Ensiklopedik şəxsiyyətin müəyyən edilməsi maraq toqquşmasına əsaslanmır, mənbələrin yoxlanılmasına əsaslanır.
    İddia 9: “Keçən dəfə də qeyri-ensiklopedik məqaləni bir formada dəvətlərlə "bərpa etdirdiniz". Həmin məqaləni ehtimal ki, sifarişlə gəlib, yekunlaşdırıb getmiş inzibatçı belə doğru-düzgün açıqlama vermədi.”
    Cavab: Vikipediyanın hər bir idarəçisi və inzibatçısı müstəqil qərarlar verir və onların işləri qaydalara uyğun olaraq həyata keçirilir. Əgər keçmişdə olan bərpa qərarları ilə bağlı suallar varsa, həmin qərarların izahı Vikipediya qaydalarına uyğun şəkildə verilib. Hər hansı sifariş və ya təzyiq iddiaları əsassızdır, çünki inzibatçılar müstəqil şəkildə fəaliyyət göstərir və qərarlarını obyektiv əsaslara dayanaraq verir.
    İddia 10: “Bu müzakirəyə gələcək olan adamları da bir-bir açıqlaya bilərəm. Belə etməyin.”
    Cavab: Vikipediya icmasının üzvləri müstəqil şəxsiyyətlərdir və onların müzakirələrə qatılması açıq, şəffaf və demokratik bir prosesin nəticəsidir. İstifadəçilər müzakirələrə dəvət edilə bilər, lakin bu, qaydalar çərçivəsində olur. Şəxsi ittihamlar və ya təhdidlər icma üzvlərinin müzakirə hüququna müdaxilə sayılmır, lakin bu cür yanaşmalar konstruktiv diskussiya mühitinə kömək etmir. Müzakirələr etik çərçivədə aparılmalıdır.
    İddia 11: “İcma artıq vaxtı ilə tənqid etdiyi, fikir birliyi ilə bloklanmasına qərar verdiyi istifadəçilərə çevrilməyə başlayır.”
    Cavab: İcma üzvlərinin müzakirə və təkliflər vermə hüquqları hər zaman mövcuddur. Fikir birliyi ilə qəbul edilən qərarlar hər bir iştirakçının obyektiv mülahizələrinə əsaslanır. Əgər şəxslərin bloklanması qərarı vaxtilə icma tərəfindən verilibsə, bu, konkret qayda pozuntularına görə olub və icma daxilində demokratik qərarların alınmasını əks etdirir. Bloklanma qərarları şəffaf şəkildə müzakirə olunmalıdır.
    İddia 11: “Ümid edirəm düşərgənin bütün təşkilat komitəsini buraya yığmazsınız))”
    Cavab: Müzakirələrə qatılan hər kəs fərdi olaraq Vikipediya icmasının üzvüdür və onların bu platformada öz fikirlərini bildirmək hüququ vardır. Burada əsas məqsəd obyektiv müzakirələr aparmaq və mövzuların qaydalara uyğun həll olunmasını təmin etməkdir. Təşkilat komitəsinin üzvlərinin bu müzakirələrdə iştirakı məsələsi ilə bağlı hər hansı bir şəxsi yanaşma yoxdur, hər kəs öz iradəsi ilə iştirak edir.
    İddia 12: “Facebook-da icma haqda deyilənlər haqlıymış.”
    Cavab: Vikipediya icması açıq, şəffaf və demokratik bir müzakirə məkanıdır. Facebook və digər sosial şəbəkələrdə deyilənlər fərdi fikirlər ola bilər, lakin Vikipediyanın prinsipləri və qaydaları məhz icmanın daxili müzakirələrinə və şəffaf qərarlara əsaslanır. Vikipediya qaydalarına əsaslanan qərarlar və müzakirələr burada prioritetdir, sosial şəbəkələrdəki fərdi şərhlər icmanın rəsmi mövqeyini əks etdirmir.
    İddia 13: “Ortada VP çərçivəsində bloklanan istifadəçilərə heyif...”
    Cavab: Vikipediya qaydaları (VP- Vikipediya: Maraq toqquşması) çərçivəsində bloklanan istifadəçilərin bloklanması məhz qaydalara uyğun olaraq həyata keçirilib. İstənilən bloklama qərarı, istifadəçinin qayda pozuntusu etməsinə əsaslanır və şəffaf şəkildə icma tərəfindən təsdiqlənir. Bu proseslərdə obyektiv qərarlar qəbul olunur və şəxsi təəssüflər üzərində qurulmur. Qaydalara əməl etmək, icmanın etibarlı və ədalətli mühitdə fəaliyyət göstərməsini təmin edir. Sizə niyə bu qədər təsir edirik? Bu hal  bütün istifadəçilər və inzibatçılar üçün keçərlidir
    QEYD
    Son olaraq qeyd edim ki, azad şəkildə məqaləyə şərh bildirin! Amma Sizə bunu heç kim ixtiyar və icazə vermir ki, düşərgənin təşkilat komitəsi və yaxud digər yerlərdə düşərgə haqqında nə istəyirsinizsə danışasınız. Olmadığınız bir düşərgədə Siz necə danışa bilərsiniz?. Bu fikirlərinizi artıq bir necə dəfədir ki, səsləndirisiniz. Əsassız şəkildə bir daha düşərgə və yaxud təşkilat komitəsi haqqında “əsaslı, tutarlı,” dəlil və yaxud sübutunuz olmadan fikir bildirsəniz, Sizi Metaya şikayət etmək məcburiyyətində qalacam.
    Ümumiyyətlə, Sizin son zamanalar daha sərt tonda münasibətiniz mənfi olmaqla yanaşı, mövzunu kənara qoyub, düşərgələri hər dəfə hədəf nöqtəsi edirsiniz. Sizi məqalənin obyektiv müzakirəsinə yönəldirəm və şəxsi hücumlara qarşı duruş sərgiləyinizi göz ardı edirəm. A.Aida88 (müzakirə) 06:32, 3 oktyabr 2024 (UTC)Cavabla
    Yazdıqlarınızı tam oxudum və mənə ChatGPT ilə yazılmış olduğu təsirini bağışladı. Eyni 2-3 cümlə təkar-təkrar müxtəlif formalarda yazılıb. Mətnin uzun olması arqumenti tutarlı etmir. Məni Meta ilə hədələməyin lütfən, həqiqəti demək bəzən acı ola bilir. Burada məqalə müzakirə olunur, mən yox. Lütfən yalnız məqalə haqda, tutarlı, qaydalar ilə ziddlik təşkil etməyən fikirlər bildirməyə çalışaq. Burada məqalə yox, başqa şey müzakirə olunsa idi, mənim də deyə biləcəyim çox şey var idi. Sura Shukurlu (müzakirə) 08:34, 3 oktyabr 2024 (UTC)Cavabla
    Fikrimi istədiyim uzunluqda və ya qısa şəkildə ifadə etmək üçün heç kimdən icazə almağa ehtiyac yoxdur. Məgər siz özünüz uzun cümlələrdən istifadə etmirsinizmi? Aqressiyanızı kənara qoyun. Heç kəsi hədələmək niyyətində deyiləm. Fikirlərimi bildirmək və qeyd etmək hədələmək kimi başa düşülməməlidir. ChatGPT ilə yazmağım vacib deyil, öz fikrimi ifadə edə biləcək qədər savadım var A.Aida88 (müzakirə) 08:52, 3 oktyabr 2024 (UTC)Cavabla
  • Hə Bərpa olunsun: Ensiklopedik məqaləyə bənzəyir. Məqalə üzərində müəyyən işlər aparılmalı və yeni mənbələr əlavə edilməlidir. Şəxsin fəaliyyəti isə ensiklopedikliyi təmin edir. ☞QRAF☜   (✉ → ♕) 06:29, 1 oktyabr 2024 (UTC) Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür. Cavabla
  • X Bərpa olunmasın: Əlavə edilən istinadlar şəxslərə aid forum saytlarda yayımlanıb, həmçinin şəxsin sadəcə səhiyyət tv rəhbəri olmasından başqa bir ensklopedik dəyər vəya əmək fəaliyyəti yoxdur. Əlavə olaraq qeyd edilən cümlələrə forum belə olsa adiyyatı olmayan mənbə verilirb.
    Misal : Ümumi iqtisadiyyat" ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır (Mənbədə klinka alıb amma) [[4]] Redivy (müzakirə) 08:32, 26 oktyabr 2024 (UTC)Cavabla

Fariz Xəlilli

[mənbəni redaktə et]

Fariz Xəlilli  • ( müzakirə | qeydlər | keçidlər | izlə | SNS-də axtar)  • [versiyalar]

Fariz Xəlilli tanınmış tarixçidir. Azərbaycan Müəllimlər İnsitutunun elmi işlər üzrə prorektoru, Gəgəli bələdiyyəsinin sədri, Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru olmuşdu. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədridir, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisidir. Çox saylı araşdırmaları və layihələri var.
Fikrimcə, məqalə bərpa olunmalıdır. Zohrab javad (müzakirə) 06:38, 18 oktyabr 2024 (UTC)Cavabla

Qaralama:Nadir Süleymanov

[mənbəni redaktə et]

Salam. Məqalə SNS-ə çıxarılmadan silinib, müzakirə üçün yenə də bura təqdim etməyi doğru hesab etdim. Şəxs professor olub, öz sahəsində araşdırmalar aparıb. Azərtacdakı mənbədə "yeni elmi-tədqiqat metodu " hazırladığı qeyd olunub, ,düzü o məzmunu tərəfli hesab edirəm. — Bikar müzakirə 09:41, 25 oktyabr 2024 (UTC)Cavabla

@Bikar Yazdığı əsərlər və kitablar barəsində detallı mənbələr əlavə edin zəhmət olmazsa yenidən göz gəzdirilsin. Redivy (müzakirə) 08:39, 26 oktyabr 2024 (UTC)Cavabla
  • Hə Bərpa olunsun: Nadir Süleymanov fizika-riyaziyyat elmləri doktorudur və professor elmi adına malikdir. Bu dərəcələr, onun elmi və akademik dünyada tanınmış bir şəxs olduğunu göstərir və ensiklopedik əhəmiyyət daşıyır.--A.Aida88 (müzakirə) 17:28, 14 noyabr 2024 (UTC)Cavabla

Qaralama: Nihad Qulamzadə

[mənbəni redaktə et]

Nihad Qulamzadə  • ( müzakirə | qeydlər | keçidlər | izlə | SNS-də axtar)  • [versiyalar]

Salam. Nihad Qulamzadə teatr sahəsində kifayət qədər tanınan rejissordur. Uzun illərdir inklüziv ƏSA Teatrının rəhbəridir, həmçinin Akademik Milli Dram Teatrının rejissorudur. Yerli və beynəlxalq uğurlar əldə edib. Mediada tanınır. 2020-ci ildə səhifəsi silinib. Mən onun səhifəsini yenidən yaratmışam amma yenə silindi. Xahiş edirəm bərpa edəsiniz. İndiki yaratdığım məqalə də düşünürəm ki, bütün şərtlərə cavab verirdi. Artsmaker (müzakirə) 19:36, 25 oktyabr 2024 (UTC)Cavabla

@Artsmaker Zəhmət olmazsa VP:ŞEƏ-ni detallı analiz edin çünki xahiş ilə vikipedia daxilində məqalə bərpa edilmir. Redivy (müzakirə) 08:45, 26 oktyabr 2024 (UTC)Cavabla
Hər-halda etik qaydalardan məlumatı olan adam bilməlidir ki, yuxarıdakı xahiş ifadəsi hörmət əlaməti olaraq qeyd olunub. Məqalə bərpa olunmalıdır, çünki Vikipediyanın ensiklopedik əhəmiyyətlilik şərtlərinə tam cavab verir. Nihad Qulamzadə adını google-da axtarışa vermək kifayətdir. 2020-ci ildə deputatlığa namizəd idi deyə, "PR edir" adı ilə məqaləni sildilər. İndi 2020-ci ilin müzakirəsinə əsasən məqaləni yenidən silmək və ya bərpa etməmək ortaya qərəz çıxarır. Və bu yaxınlarda vikipediya redaktorlarına yaxın bir şəxsin Nihad Qulamzadəni tənqid edən facebook statusu yazması, bu statusdan sonra 2 aydır aktiv olan məqalənin birdən-birə yeni müzakirə olmadan silinməsi, məqalənin sifarişlə və yaxud qərəzli şəkildə silinməsinə əsaslı şübhələr yaradır. Hörmətlə, Artsmaker (müzakirə) 16:41, 28 oktyabr 2024 (UTC)Cavabla
Nihad Qulamzadə Azərbaycanın ilk inklüziv teatrının təsisçisi və rəhbəridir. Teatr 8 ildir fəaliyyət göstərir və dövlət tərəfindən tanınır. Ciddi layihələr icra edib. Mətbuatda kifayət qədər çıxışları, müsahibələri var. Hal-hazırda ölkənin ən aktiv teatr xadimi olan bu gənc necə olur ki, ensiklopedik hesab olunmur? Əgər bu məqalə ensiklopedik hesab olunmursa, deməli vikipediyadakı 90% rejissor və aktyorların, teatr xadimlərinin məqalələri də silinməlidir. Bu isə ağılasığmazdır. Mən burda başqa məqalələrlə müqayisə aparmaq istəmirəm. Amma kim istəsə, xırda bir araşdırma apara bilər. Aşağıda fəaliyyəti ilə bağlı qısa xülasəni qeyd edirəm.
2018-ci ildə ABŞ Dövlət Departamentinin IVLP proqramının məzunu olub. Proqram çərçivəsində amerikalı investorlara ƏSA Teatrının "İnklüziv Yaradıcılıq Mərkəzi" adlı layihəsi təqdim olunub. Rəsmi Konqress hesabatlarında Nihad Qulamzadənin fəaliyyəti və dövlət proqramındakı iştirakı haqda məlumat dərc olunub.
2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriyada iştirak edib.
Nihad Qulamzadə, 2013-cü ildən etibarən peşəkar teatr fəaliyyətinə başlayıb.
İlk dövrlərdə müstəqil teatr fəaliyyəti ilə məşğul olub. Əməkdar Artist İlqar Cahangirin yaratdığı teatr qrupuna qoşulub. Daha sonra müstəqil Oda Teatrının yaradılmasında iştirak edib.
2016-cı ildə Azərbaycanda ilk və yeganə inklüziv teatr olan ƏSA Teatrını təsis edib. Həmin ildən teatrın rəhbəridir. Burada "Dumb", "Adamlar və siçanlar", "Göy quş", "Sirri-Ənəlhəq", "Xəsisin andı", "Qonşu", "Çıxış yoxdur", "Hamlet" və tamaşalar hazırlayıb.
2023-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadənin dəvətilə Akademik Milli Dram Teatrına dəvət olunub. Burada uzun illərdən sonra Şıxəli Qurbanovun "Sənsiz" dramına qurulub verib. Daha sonra müəllifi olduğu "Müharibə" tamaşasını hazırlayıb.
  • Amerika Birləşmiş Ştatlarının “Open World” Liderlik Mərkəzinin məzunudur. Washington D.C., San-Fransisko və Reno şəhərlərində bir çox təlim və seminarlarda iştirak edib. (2018)
  • Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən respublika üzrə keçirilən, "4.4 Qısa Tamaşalar Festivalı" iştirak edib və "Qonşu" tamaşası ilə birinci yerin qalibi olub. (2021)
  • “Caspian Event Organisers” tərəfindən keçirilən fərqli inkişaf özəllikləri olan insanlara həsr olunmuş 3-cü "Fərqli fərdlər" konqressində spiker kimi çıxış edib.
  • İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq İzmir Teatr Festivalında "Çıxış yoxdur" tamaşası ilə Azərbaycanı təmsil edib. (2022)
  • “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumunda ekspert qismində çıxış edib. (2023)
  • Qazaxıstanda keçirilən MDB və Baltikyanı ölkələrin gənclərinin V Teatr Forumunda ölkəmizi təmsil edib. (2024)
Artsmaker (müzakirə) 16:55, 28 oktyabr 2024 (UTC)Cavabla