İrşad Əliyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İrşad Əliyev | |
---|---|
10 aprel 2012 – 16 aprel 2014 | |
Əvvəlki | Fəxrəddin Məlikov |
Sonrakı | Ceyhun Cəfərov |
29 mart 2005 – 10 aprel 2012 | |
Əvvəlki | Xasay Əhmədov |
Sonrakı | Vaqif Abdullayev |
16 oktyabr 1994 – 23 oktyabr 2004 | |
Əvvəlki | Müzamil Abdullayev |
Sonrakı | İsmət Abasov |
21 dekabr 1992 – 16 oktyabr 1994 | |
Əvvəlki | Şakir Kərimov |
Sonrakı | Gülabbas Qəhrəmanov |
1991 – 6 avqust 1992 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Maşallah Abdullayev |
1991 – 1991 | |
1985 – 1991 | |
1983 – 1985 | |
Əvvəlki | Əjdər Əsədov |
Sonrakı | Bəxtiyar İslamov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 iyun 1944 (80 yaş) və ya 1944 |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
İrşad Nadir oğlu Əliyev (30 iyun 1944 və ya 1944, Gürzalılar, Qasım İsmayılov rayonu) — Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı (2012–2014), Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı (2005–2012), Azərbaycan Kommunist Partiyası Goranboy Rayon Partiya Komitəsinin birinci katibi (1991), Azərbaycan Kommunist Partiyası Ucar Rayon Partiya Komitəsinin birinci katibi (1985–1991), Azərbaycan Kommunist Partiyası Balakən Rayon Partiya Komitəsinin birinci katibi (1983–1985).
Həyatı
[redaktə | mənbəni redaktə et]İrşad Əliyev 1944-cü il iyunun 30-da Goranboy rayonu Gürzalılar kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1974-cü ildə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1961-ci ildə başlamışdır. 1961–1966-cı illərdə bir çox müxtəlif siravi vəzifələrdə çalışmışdır. 1966–1970-ci illərdə rayon kənd texniki təminat birliyində çilingər, "Oraq-Çəkic" kolxozunda mexanik işləmişdir.
Ailəlidir, üç övladı var.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Bəxtiyar İslamov 1970–1972-ci illərdə Azərbaycan LKGİ Şaumyan rayon komitəsində ikinci katib, 1974–1980-ci illərdə Şaumyan rayon partiya komitəsində təlimatçı, 1980–1982-ci illərdə rayon partiya komitəsində ikinci katib, 1982–1983-cü illərdə Azərbaycan KP MK-də inspektor, 1983–1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Balakən rayon komitəsinin birinci katibi, 1985–1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Ucar rayon komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Azərbaycan Kommunist Partiyasının Goranboy rayon komitəsinin birinci katibi, sonra isə Goranboy rayon İcra hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, 1992–1994-cü illərdə Azərbaycan Respublikasının Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri, 1994–2004-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, 2005–2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012–2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
XI–XII çağrış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- 30 iyunda doğulanlar
- 1944-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Goranboy rayonunda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları
- Bakı Ali Partiya Məktəbinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Goranboy Rayon İcra Hakimiyyətinin başçıları
- Beyləqan Rayon İcra Hakimiyyətinin başçıları
- Kürdəmir Rayon İcra Hakimiyyətinin başçıları
- Azərbaycanın kənd təsərrüfatı nazirləri
- Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları
- Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları
- Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrləri
- Çilingərlər