İsmayıl ağa Kəngərli
İsmayıl ağa Kəngərli | |
---|---|
İsmayıl ağa Novruz ağa oğlu Kəngərli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan |
Vəfat tarixi | |
Vəfat yeri | Naxçıvan |
Atası | Novruz ağa Kəngərli |
Anası | Səkinə xanım |
Uşaqları | Şahbaz ağa (1860), Sultan ağa, Cümşüd paşa, Səlim bəy, Yusif paşa, Yaqub paşa Kəngərlinski, Cavid ağa, Əlimədət ağa, Fatma xanım, Cavahir xanım, Əzizə xanım və Bilqeyis xanım |
Dini | Şiə İslam |
İsmayıl ağa Novruz ağa oğlu Kəngərli — polkovnik, Bəhruz Kəngərlinin ana babası.
1831-ci ildə yazılan kameral siyahıdan məlum olur ki, İsmayıl ağa 1820-ci ildə Naxçıvanda doğulub. İsmayıl ağanın anası Səkinə xanım I Ehsan xanın qardaşı Fərəc ağanın qızıdır.
İsmayıl ağanın hələlikdə şəxsi xidmət kitabçası tapılmadığından onun harada təhsil alması haqqında ətraflı heç nə deyə bilmirik. Amma 1843-cü ildə yazılan arxiv sənədindən məlum olur ki, İsmayıl ağa Polşanın Varşava şəhərindəki Zaqafqaziya müsəlman süvari polkuna naiblik edib. Digər arxiv mənbələri də bunu təsdiqləyir. 1843-cü ildə Novruz ağanın qraf İ.Paskeviçə yazdığı məktubda deyilir ki, qardaşı Hüseyn Sultan çox döyüşlərin iştirakçısı olmuşdur. O qeyd edir ki, öz oğlu İsmayıl ağanı qraf İ.Paskeviçin yanına göndərir. Xahiş edir ki, qraf İ.Paskeviç gənclərə təmənnasız yardım etsin. Digər bir sənəd isə general-mayor I Ehsan xana aid olan sənəddir. I Ehsan xan yazır: “Onun atası Novruz ağa tayfanın vəkilidir, oğlu isə süvari döyüşçülərin vəkili təyin edilsin”. Qraf İ.Paskeviç də I Ehsan xanın yazdıqlarını nəzərə alaraq İsmayıl ağanı Varşavada süvari döyüşçülərin polkuna vəkil təyin edib.
İsmayıl ağa 1865-1867-ci illərdə İrəvan bəy komissiyasının Naxçıvan qəzası üzrə üzvü olub. Kameral təsvirlərdə İsmayıl ağanın Şahbaz ağa (1860), Sultan ağa, Cümşüd paşa, Səlim bəy, Yusif paşa, Yaqub paşa, Cavid ağa, Əlimədət ağa, Fatma xanım, Cavahir xanım, Əzizə xanım və Bilqeyis xanım adlı övladları qeyd edilmişdir. 1891-ci ilə aid məhkəmə sənədlərinə əsasən onun vəfat etməsinin tarixinin təxminən 1887, yaxud 1888-ci ilə aid olduğunu müəyyənləşdirdik.[1]