İstifadəçi müzakirəsi:Cekli829/2015-Aprel

Vikipediya, azad ensiklopediya
Ən son rəy:9 il öncə, Cekli829 tərəfindən "Salam" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
2009 Fevral May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2010 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2011 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2012 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2013 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2014 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2015 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2016 Yanvar Fevral Mart Aprel May İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2017 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2018 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr

Vikianbara yüklə

[mənbəni redaktə et]

Salam. Bəzi şəkillər var ki (Məsələn bunun kimi), onlara baxan kimi aydın olur ki, bu şəkil yükləyən şəxsə məxsusdu və yaxşı olar ki, commonsda olsun. Ona görə də ya şəkli yükləyən özü ya da biz ora Vikianbara yüklə şablonu əlavə edilir. İndi mənə maraqlıdır ki, o şəkillər sonradan özü avtomatik keçir commonsa ya kimsə keçirməlidir ?--samral müzakirə 09:57, 2 aprel 2015 (UTC)Cavabla

Xeyr, özü avtomatik keçmir. Bu məsələdə maraqlı olan istifadəçilər tərəfindən müvafiq işlər görülür. AzVikidə hazırda azı 188 belə fayl var. Amma onların da müəyyən bir hissəsinə {{Vikianbara yüklə}} şablonu çox guman ki, yanlışlıqla əlavə olunub. Qeyd edim ki, bəzi vikilayhələrdə bu işlər xüsusi tədbirlər çərçivəsində həyata keçirilir. Məsələn, TrVikidə İş birliği projesi/2012/20. hafta. Bizdə də Mövzulu ay layihəsi çərçivəsində bu işləri görə bilərik. Hörmətlə, --►Cekli829 10:15, 2 aprel 2015 (UTC)Cavabla
Mən də bu məsələdə maraqlıyam. Əgər Cekli siz bir nümunə etsəydiz qaydanı bilib o üslubda sözügedən faylları commonsa yükləyərdik. --Araz Yaquboglu (müzakirə) 10:57, 2 aprel 2015 (UTC)Cavabla
@Araz müəllim, burada çoxlu nümunə var: Vikipedi:İş birliği projesi/2012/20. hafta/Cekli829 --►Cekli829 11:48, 2 aprel 2015 (UTC)Cavabla
Amma bəzən qarşınıza belə problemlər də çıxa bilər. --►Cekli829 11:51, 2 aprel 2015 (UTC)Cavabla
Cekli bəy məsələn bu şəkil dediyimiz formada yüklənib hə ?--samral müzakirə 17:26, 9 aprel 2015 (UTC)Cavabla
Bəli. --►Cekli829 17:30, 9 aprel 2015 (UTC)Cavabla
Anladım. Təşəkkürlər.--samral müzakirə 18:07, 9 aprel 2015 (UTC)Cavabla
İlkin olaraq bu şəkli bu formada yüklədim.--samral müzakirə 18:31, 9 aprel 2015 (UTC)Cavabla
bir tək qaldı Vikianbarda var şablonu yaradıb vikianbara köçürdüyümüz şəkilləri buradan silmək.--samral müzakirə 18:32, 9 aprel 2015 (UTC)Cavabla
✅Y Hazırladım: "Vikianbarda var"--►Cekli829 03:53, 10 aprel 2015 (UTC)Cavabla
Cekli bəy yaratdığınız şablona görə təşəkkür edirəm. Mən bu şəkli commonsa yükləsəm də "Orijinal yükləmə gündəliyi" başlığında yazdığım düzgün göstərilmir. Amma rusca vikidən yüklənmiş şəkildə yaxşı göstərir. Onu düzəldə bilərsizmi ?. Ya heç ona ehtiyac yoxdu ?--samral müzakirə 08:19, 13 aprel 2015 (UTC)Cavabla
Bunun səbəbi odur ki, RuVikidən yüklənən faylın Изображение şablonu olub. Amma AzVikidəkinin heç bir lisenziyası/şablonu olmayıb. Yaxşı olar ki, belə faylları yükləmə. Çünki metaməlumatlarına baxdıqda, onların silinmə ehtimalı yüksəkdir. --►Cekli829 15:40, 13 aprel 2015 (UTC)Cavabla
Şəklə baxan kimi hiss olunur ki, yükləyənin özünə aiddir. Silməzlər. Bu şəkil daha gözəl yüklənib vikidən commonsa məncə.--samral müzakirə 14:34, 14 aprel 2015 (UTC)Cavabla
Cekli bəy Commonsa yüklənən şəkil vikidən silinməlidir ya yox ? Mən fikir verdim ru və envikidən yüklənən şəkillərin heç birini vikidən silməyiblər.--samral müzakirə 19:30, 17 aprel 2015 (UTC)Cavabla
Silinməlidir. Mən mütəmadi olaraq, belə faylları təftiş edib silirəm. --►Cekli829 19:35, 17 aprel 2015 (UTC)Cavabla

Kimyəvi reaksiya məqaləsi haqqında

[mənbəni redaktə et]

Salam. Mən Kimyəvi reaksiyaKimyəvi reaksiyalar məqaləsini birləşdirdim. Qısaca olaraq eyni məqalədən 2 ədəd oldu. Bu səhifələrdən birini silin. Təşəkkürlər. Elmar Haciyev (müzakirə) 16:08, 3 aprel 2015 (UTC)Cavabla

✅Y Məlumat verdiyiniz üçün təşəkkürlər! Hörmətlə, --►Cekli829 16:50, 3 aprel 2015 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam cənab Cekli, mənim sizdən xahişim var: cənab Aydın Məmmədov artıq uzun müddətdir ki, bizim idarəçilərimizi, xüsusən də cənab Sefer azerini təhqir edir. Mən bunun düzgün olmadığını artıq dəfələrlə ona bildirmişəm, o isə məni təhqir edir - məni işverən, "iftiraçı", "sayaqlamaq" kimi ifadələr yazır və buna heç kim nəzərə almır. Buna baxın zəhmət olmazsa - [1] Mən öz idarəçi heyətimizin tərəfində dururam və hansısa bir istifadəçidən buna görə təhqirlər alıram. O istifadəçi düz iki dəfə müddətsiz bloklanmışdı, çünki o destruktor fəaliyyəti ilə məşğuldur, məqalələri korlayır, insanlara xoşagəlməz sözlər yazır. Mən anlayıram, onun blokunu siz açmısınız və bu zaman mənə "qərəzli yanaşmağım" barədə yazmışdınız. Lakin siz özünüz də yəgin ki, görürsünüz - o istifadəçi mənə orada o cür sözlər yazıb, biz o sözlərlə nə edək? Elə-belə unudaq getsin? Heç mən ona bir pis söz orada heç yazmışammı? Mən sizdən artıq dərəcədə xahiş edirəm, əqər siz məni vikipediyada mütəmadi çalışan və bu vaxta kimi heç olmazsa bir az hörməti məhz idarəçilərdən (mənə istifadəçilərin mövqeyi maraqlı deyil, məhz idarəçilərin nöqteyi-nəzəri daha önəmlidir) əldə edən bir istifadəçi olduğumu düşünürsünüzsə, mənim xahişimi nəzərə alın, o istifadəçini bloklayın. Sizə hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 07:33, 9 aprel 2015 (UTC)Cavabla

İdarəçi heyətimizin tərəfində durmaq heç də zəruri deyil. Bu Sizdən tələb olunmur. Əgər hər hansısa idarəçi Sizi buna sövq edirsə, onunla bağlı vikiqaydalara uyğun olaraq ölçü götürülə bilər. Həmçinin, adını qeyd etdiyiniz istifadəçinin yazdıqlarına dərhal cavab verməyə borclu deyilsiniz. Bir-birinizlə nə qədər bu tonda yazışsanız, bir o qədər problem böyüyəcək. Mən istifadəçinin blokunu açarkən bunu saf niyyətlə etmişdim... Mövcud vəziyyətdə isə, nə Sizi, nə də onu bloklamağı məqsədəuyğun hesab etmirəm. Ona görə də hər ikinizə müzakirələrdən uzaq durmağı tövsiyə edirəm. Hörmətlə, --►Cekli829 08:21, 9 aprel 2015 (UTC)Cavabla

İdarəçilər arasında redaktə böhranı

[mənbəni redaktə et]

Salam cənab idarəçi. Sizinlə (Vikipediya:Ana Səhifə:Xəbərlər/17. Həftə 2015) bölməsi üzərində deyəsən kiçik bir anlaşılmazlıq yaşayırıq. Sizə məsələni sosial şəbəkə üzərindən ətraflı izah etsəmdə görünür sizin üçün bəzi qaranlıq məqamlar yaranıb. Bu səbəbdən məsələni bir daha izah etmək məcburiyyətindəyəm. Xəbərlər bölməsinə 5-6 xəbərdən çox məlumat əlavə edilməməlidir. Bundan daha çox əlavə edilən xəbər Ana səhifənin vizual baxımdan olan görünüşünü pozur. Xəbərlər əsasən lokal yox beynəlxalq əhəmiyyət daşımalıdır. Bütün bunlara baxmayaraq sizin tərəfinizdən əlavə edilən 2 xəbəri silmədim, sadəcə olaraq gələn (18-ci həftə üçün olan bölməyə) əlavə etdim. Siz isə israrla mənim tərəfimdən edilən əlavələri geri qaytarırsınız. Deyəsən mənim də sizin kimi idarəçi olduğumu və burada aşağı-yuxarı eyni texniki imkanlara sahib olduğumuzu unutmusunuz. Ümüd edirəm ki, yuxarıda yazılan məsələlərin hər biri sizə aydın oldun. Sizə hörmətlə:--Baskervill müzakirə 11:28, 25 aprel 2015 (UTC)Cavabla

Lokal və ya beynəlxalq əhəmiyyətindən asılı olmayaraq xəbərlər son yaradılan məqalələrdən seçilməlidir. Həm də əlavə etdiyim xəbərlər məhz bu həftəyə, konkret bu günə aiddir. Gələn həftə üçün aktual olmaya bilərlər. Köhnə xəbərləri gələn həftə üçün nəzərdə tutulan səhifəyə yerləşdirmək nə dərəcədə doğrudur? Vizual baxımdan isə mənim monitorumda heç bir problem görünmür. Bunun müxtəlif monitorlarda müxtəlif cür olması normaldır. Hörmətlə, --►Cekli829 11:35, 25 aprel 2015 (UTC)Cavabla
Xəbərlər bölməsi online sayt deyil. Biz baş verən hər bir hadisəni ora əlavə edə bilmərik. Bu barədə bir necə dəfə ətraflı şəkildə izahatlar vermişəm. Bir xəbər 2 gün ərzində öz aktuallığını itirirsə onun Azvikinin Ana səhifəsində nə işi var ?! Lütfən bu sualıma konkret formada cavab verin.

Xəbərlər bölməsindən istifadə barədə yaxın günlərdə qanunlar hazırlayacam və o zaman ümüd edirəm ki, belə problemlər baş verməyəcək. Tərəfinizdən əlavə edilən məlumatlar gərəksiz məlumatlardır. Xüsusi ilə ilk əlavə edilən məlumatı qeyd etmək olar. Niyə bu məsələ də bu qədər israr edirsiniz anlamaq olmur. Hörmətlə:--Baskervill müzakirə 11:37, 25 aprel 2015 (UTC)Cavabla

Düşünürəm ki, siz bölmənin təyinatı barədə düzgün informasiyaya sahib deyilsiniz. Xəbərlər bölməsinə 10 dənə xəbər əlavə etmək olmaz. Ora xəbərlərin online yayımladığı bir yer deyil. Həmin bölmə ingiliscə vikidə olan eyni adlı bölmə əsasında hazırlanıb. Baxın görün ora maksimum şəkildə necə xəbər əlavə edilir. --Baskervill müzakirə 11:41, 25 aprel 2015 (UTC)Cavabla

@Baskervill, Say görək neçə xəbər var? Mən deyim, cəmi 6ǃ --►Cekli829 11:43, 25 aprel 2015 (UTC)Cavabla

@Baskervill, həm də müvafiq layihədə "Son ölümlər" bölməsi olduğu halda bunu əlavə xəbər kimi vermək nə dərəcədə doğrudur? "Qanunlar" hazırlayarkən bunları da mütləq nəzərə al. --►Cekli829 11:48, 25 aprel 2015 (UTC)Cavabla

Sizin lokal əhəmiyyət daşıyan xəbərinizi gələn həftəyə əlavə etməklə onun daha çox Ana səhifədə görünməsini istəmişdim. Ancaq düşündüm ki, siz həmin xəbəri bu həftə üçün olan bölməyə əlavə etməklə tamamilə düzgün iş görümsünüz. Belə xəbərlər uzağı 1-2 gün Ana səhifədə görünməlidir. Ona görə də gərəksiz olaraq hesab etdiyim xəbəri 18-ci həftə üçün olan bölmədən çıxardım. Ölümlər barədə olan sualınız isə proses barədə ətraflı məlumatlı olmadığınızı göstərir. Xəbərlər bölməsi ingiliscə vikidə olan eyni adlı bölmənin əsasında yaradılıb və diqqətlə fikir versəniz Recent deaths həmin bölmənin sonunda belə bir hissə var. --Baskervill müzakirə 14:02, 25 aprel 2015 (UTC)Cavabla
Proses barədə ətraflı məlumatlı olmasaydım o layihəyə yaxın durmazdım. Sadəcə mənim sualımı düzgün anlamadınız. "Son ölümlər" bölməsinin orada qalmasında heç bir problem yoxdur. Lakin "Son ölümlər" bölməsində adı qeyd olunan şəxsin vəfatı barədə əlavə xəbər vermək nə dərəcədə zəruridir? Məsələn, "Bəstəkar Ramiz Mirişli 81 yaşında Bakı şəhərində vəfat edib" və ya "Nobel mükafatı laureatı, Tənəkə təbili romanı ilə məşhur olan yazıçı Günter Qrass 87 yaşında vəfat edib"; altda isə belə "Son ölümlər: Günter Qrass, Elməddin Əlibəyzadə, Tomas Tranströmer, Kayahan, Nəriman Məmmədov, Hardis Baumanis, Ramiz Mirişli". Belə təkrarlamaları o layihədən yığışdırmaq lazımdır. Amma konkret hadisə ilə bağlı ölümləri isə qeyd etmək olar. Məsələn, bunun kimi "Azərbaycanlı futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində etnik zəmində qətlə yetirilib". --►Cekli829 14:11, 25 aprel 2015 (UTC)Cavabla
Sözü gedən xəbərləri bölməyə mən əlavə etməmişəm. Bunu bölmə ilə maraqlanan digər idarəçilər ediblər. Əlbəttə də məntiqlə bir şəxsin ölümü barədə xəbəri bölməyə əlavə xəbər kimi yerləşdirmək düzgün deyil. Çünki həmin şəxsin ölümü barədə xəbəri daha öncədə aşağıda göstərilib. Məsələnin digər iki idarəçimizin (Araz YaqubogluSefer azeri) diqqətinə çatdırmaqda fayda var. --Baskervill müzakirə 15:08, 25 aprel 2015 (UTC)Cavabla
Həmkarım Baskervill, mən söhbət gedən bölümdə ancaq indiyəcən Son ölümlər olan hissəyə ad əlavə etmişəm. Xəbər bölümünə nəsə əlavə etdiyimi xatırlamıram. --Araz Yaquboglu (müzakirə) 15:20, 25 aprel 2015 (UTC)Cavabla

Translating the interface in your language, we need your help

[mənbəni redaktə et]
Hello Cekli829, thanks for working on this wiki in your language. We updated the list of priority translations and I write you to let you know. The language used by this wiki (or by you in your preferences) needs about 100 translations or less in the priority list. You're almost done!
Tərcümə etmək üçün, MediaWiki tərcümə layihəsi olan translatewiki.net saytını istifadə edin.

Please register on translatewiki.net if you didn't yet and then help complete priority translations (make sure to select your language in the language selector). With a couple hours' work or less, you can make sure that nearly all visitors see the wiki interface fully translated. Nemo 14:06, 26 aprel 2015 (UTC)Cavabla

Salam

[mənbəni redaktə et]

Salam. Mən İstifadəçi:Samral/Oxuduğum kitablar və ya İstifadəçi:Samral/Baxdığım filmlər formasında məqaləciklər yarada bilərəm ?--samral müzakirə 18:36, 26 aprel 2015 (UTC)Cavabla

Əlbəttə. Amma belə səhifələrin yaradılması vaxt itkisindən başqa bir şey deyil. --►Cekli829 04:10, 27 aprel 2015 (UTC)Cavabla