İstifadəçi müzakirəsi:Ramil Cəbrayıl/Arxiv/5
Praqa qalası
[mənbəni redaktə et]Salam cənab Ramil c, Sizin yaratdığınız məqalə (Praqa qalası) barədə - çox xahiş edirəm məqalənin yaratma səbəbini mənə açıqlayardınız. Əvvəla məqalə sadəcə olaraq bərbaddır, ikincisi onun adı belə səhvdir, üçüncüsü məqalə səhvlərlə dolu və heç bir istinadı yoxdur. Siz nəyə görə məqaləni bərbad günə qoymusunuz? Mən burada praqanın görməli yerləri haqqda məqalələr yaradıram və onların hər biri unikaldır, onlar hətta Çex vikipediyasında yaradılan məqalələrdən böyük olur. Və bu məqalə mənim tərəfimdən yaradılmalı idi. Bunun üçün mən hətta ayrıca şablon yaratmışdım. Nəyə görə Siz mənim planlarımı alt-üst edirsiniz? Mən bu barədə idarəçilərə bildirəcəm. --Keete 37 (Farid Aliev) (talk) 16:44, 7 yanvar 2015 (UTC)
- Salam hörmətli Keete 37 (Farid Aliev). İlk olaraq deyim ki, mən hər hansı bir məqaləni yaradanda heç kimdən icazə almıram və belə bir qayda da yoxdur. Məqalənin adının səhv olması ilə isə razılaşmıram. Praqa qalası barədə digər dillərdə olan adları nəzərinizə çatdırıram. 1.Пражскі Град, 2.Prahan linna, 3.Prags borg, 4.Praga burgo, 5.Lâu đài Praha, 6.Pragako gaztelua, 7.Κάστρο της Πράγας, 8.Praagse burcht, 9.Пражский Град, 10.Prague Castle və s. İndi siz deyin, Azərbaycan dilində qalanının adının Praqa yazılmasının səhv olduğunu mənə necə izah edə bilərsiniz? Məqalənin pis olması haqqında fikrinizə yenə də hörmətlə yanaşıram. Bərbaddırsa siz redaktə edin və zənginləşdirin. Unutmayın ki, məqaləyə 18 mənbədən istifadə etmişəm. Mənim haqqımda idarəçilərdən Sefer azeriye şikayət edin, məni heç sevməz))).
Ramil c (talk) 0:10, 8 yanvar 2015 (UTC)
- Cənab Ramil - özünüz mənə xarici dillərdə misal gətirirsiniz - ingilis dilində yazılıb Prague Castle Castle - qəsr mənasını daşıyır, çünki bura Çex Respublikası Prezidentinin rəsmi iqamətgahı hesab olunur. Başqa dillərdə də həmin məna verilir. İkincisi - Siz bu cür məqalələri əslində nə üçün yaradırsınız? Məqalə bərbaddır, siz bununla öz qeyri-proffesional olduğunuzu nümayiş etdirirsiniz. Baxın da ingilis, rus, alman viki səhifələrə, oradakı məqalənin həcminə və sizin yaratdığınız məqalənin həcminə. Mən sizin fəaliyyətinizə, sizin nə yaradıb redaktə edəcəyinizə qarışmıram - bu sizin şəxsi işinizdi, lakin əgər bu mənim maraq dairəmdə olan məqalədirsə, mən əlbəttə ki, öz fikrimi bildirəcəm. Sizin o göstərdiyiniz mənbələr - məqər o mənbələrdə mövzuya dair mətn yoxdur? Siz sadəcə olaraq süni say artırma ilə məşğulsunuz, iki cümləlik məqalə yaradırsınız və hesab edirsiniz ki, vəssəlam məqalə hazırdı. Mən şəxsən sizin yaratdığınız mövzuya dair yeni və mükəmməl məqalə yaradacam və sizin yaratdığınız bərbad məqalənin silinməsini istəyəcəm. O ki qaldı cənab Sefer azeriyə - o çox professional idarəçidir, onun yaratdığı məqalələri heç görmüsünüz? Məncə burada artıq sözə ehtiyac yoxdur. Sizə uğurlar. --Keete 37 (Farid Aliev) (talk) 20:34, 7 yanvar 2015 (UTC)
- Hörmətli Keete 37 (Farid Aliev). Mən sefer azerinin profesional olmasına heç vaxt şübhə etmərəm. Sadəcə zarafatla kimə şikayət etməyi məsləhət bildim. Türk dilində olan bu məqalə məhz qala olaraq göstərilibdi, mən də ona görə qəsr yox, qala kimi qeyd etmişəm. Siz bir məqalə üçün niyə öznüzü bu qədər əziyyətə salırsınız? Bu qədər şikayət etməkdənsə məqaləni zənginləşdirsəniz daha yaxşı olar, həm də vaxtınız hədər getməz. Bilməyiniz vacib olan daha bir şey var. Mənim yaratdığım məqalə bir neçə dildə olduğu üçün silinməsi üçün səbəb yoxdur. Mən bilsəydim ki, sizə bu qədər pis təsir edəcək, heç yazmazdım.
Biz Azərbaycan vikipediyaçıları olaraq hamımız çalışırıq ki, məqalələrin sayı daha çox və zəngin olsun. Bütün işlərinizdə sizə uğurlar arzulayıram. Hörmətlə Ramil Cəbrayıl (talk) 0:56, 8 yanvar 2015 (UTC).
- Salam, hörmətli Ramil c, mənim nə sizə, nə də başqa heç bir istifadəçiyə qarşı pis münasibətim yoxdu və sizlərin hər birinizin fəaliyyəti məni sevindirir. Lakin sizin məqalələrinizin iki çatışmayan cəhəti var məncə, birincisi, siz heç bir istinad göstərmirsiz və bu avtomatik olaraq məqaləni viki standartdan kənar, qaralama səhifə formasına salır, ikincisi isə adətən istifadə etdiyiniz mövzular haqqında tam məlumat əlavə etmədən yarımçıq və qısa həcmli məqalələr yaradırsız (əlbəttə ki, bu sizin haqqınızdı və istədiyiniz qədər geniş və ya qısa məqalə yarada bilərsiz, lakin mən ərk edib sizə səmimi fikrimi bildirirəm). Yuxarıda Farid bəyin məqalənin adı ilə bağlı qeydi ilə razıyam, məncə də məqalə Praqa qalası yox, Praqa qəsri adlandırılmalıdı. Həmçinin sizin fikrinizə də qatılaraq, hansısa problemin olmadığını və Farid byin də bu mövzu üzərində istədiyi kimi işləyə biləcəyini düşünürəm. Amma Farid bəyin məsələyə emosianal yanaşmasını da anlayıram, çünki həmin istifadəçi uzun müddətdir ki, Praqa abidələri xüsusilə qrad haqqında məqalələr yaradır, xüsusi şablon hazırlayıb və sizin yaratdığınız Praqa qəsri haqqında məqalənin yekunlayıcı məqalə kimi bir neçə dəfə böyük həcmdə olmasını nəzərdə tutmuşdu. Amma düşünürəm ki, Farid bəy planlaşdırdığı kimi nümunəvi məqalə yaradacaq. Hər birinizə hörmətlə--sefer azeri 12:41, 8 yanvar 2015 (UTC)
Şəkil
[mənbəni redaktə et]Salam Ramil bəy. Commonsda olan şəkilləri yükləməyə ehtiyac yoxdur. Oradakı faylın adını kopya edib məqalədə qoysaz görünəcəkdir. Məsələn Xalid Karsıalan adlı məqalədə mən etdiyim kimi. Şəkil burada idi. Sadə yolu isə odur ki, məqalənin digər dildə olan bölməsinə bax oradan da şəklin adını kopya edə bilərsən. Həmin məqalə üçün Commons keçidi məqaləyə qoyuram. Baxın aşağıda görünəcək. --Araz Yaquboglu (talk) 09:34, 14 yanvar 2015 (UTC)
Qaydalar
[mənbəni redaktə et]Salam. Lütfən məqalə yaratmamışdan əvvəl qaydalarla tanış olun. İlkin olaraq VP:VND qaydasını oxusanız çox yaxşı olar. Yaratdığınız məqalələrin bəziləri ensiklopedik xarakter daşımır. Bəziləri isə vikipediya standartlarına cavab vermir. Bu cür məqalələr zamanla vikipediyadan silinir. Əziyyətinizin hədər olmaması üçün, lütfən, qaydalara riayət edin. Hörmətlə --sefer azeri 12:46, 7 fevral 2015 (UTC)
- Hörmətli sefer azeri, mənim yaratdığım və sizin sildiyiniz Mehriban Zeynalova məqaləsi tam ensiklopedik məqalədir. Siz, Laçın abidələri məqaləsini də qeyr-ensiklpoedik məqalə hesab edərək silmişdiniz. Hörmətlə --Ramil c 22:37, 12 fevral 2015 (UTC)
Salam Ramil bəy. Məncə bu şəxs Bakıda doğulmayıb. Qoyduğunuz mənbələrin üzərində tıqladıqda heç biri açılmır. Bir daha dəqiqləşdirmənizi xaiş edirəm. --Araz Yaquboglu (talk) 11:10, 16 fevral 2015 (UTC)
Translating the interface in your language, we need your help
[mənbəni redaktə et]Please register on translatewiki.net if you didn't yet and then help complete priority translations (make sure to select your language in the language selector). With a couple hours' work or less, you can make sure that nearly all visitors see the wiki interface fully translated. Nemo 14:07, 26 aprel 2015 (UTC)
- Salam. Zəhmət olmasa burada keçirilən səsvermədə iştirak edin. Hörmətlə:--Baskervill müzakirə 10:34, 19 may 2015 (UTC)
Salam həmkar. Qədim şəhərlər üçün şablonda Aspendos adlı məqalədəki nümunədən istifadə edin. Şablondakı Ölkə sözünün qarşısında Türkiyə sözünü sadə şəkildə yazmaq lazımdır. --Araz Yaquboglu (müzakirə) 05:58, 30 avqust 2015 (UTC)