Şərq qapısı

Vikipediya, azad ensiklopediya
(Şərq qapısı (qəzet) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Şərq qapısı
Növ Rəsmi dövlət qəzeti
Format A2
Təsisçi Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir.
Yaranma tarixi 9 noyabr, 1921
Dil Azərbaycan dili
Baş ofis
serqqapisi.az

"Şərq qapısı" — ictimai-siyasi qəzet. Naxçıvan MR Ali MəclisiNazirlər Kabinetinin orqanı.

İlkin dövrlər

[redaktə | mənbəni redaktə et]

1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqan. Qəzet ilk dəfə "Cavanlar həyatı" adı ilə oxucuların görüşünə gəlmişdir. Həmin il dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək "Füqəra səsi", 1922-ci ilin aprelindən 1980-ci ilin yanvarınadək "Şərq qapısı", 1980-ci ildə "Sovet Naxçıvanı" adlandırılmış, rus dilində "Sovetskaya Naxiçevan" adlı dubilkatı ilə birlikdə buraxılmışdır. "Şərq qapısı" 1930-cu ilədək ərəb, 1930–1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən indiyədək latın qrafikalı əlifba ilə nəşr edilir. 1989-cu ildən qəzet fəaliyyətini "Şərq qapısı" adı ilə davam etdirir. Qəzetin təşəkkülünə, onun üçün jurnalist kadrların hazırlanmasına xalq yazıçıları M. İbrahimov və Ə. Vəliyev səy göstərmişlər. Ə. Vəliyev 1933–1934-cü illərdə qəzetin redaktoru olmuşdur. "Şərq qapısı" nəşrə başlayandan Naxçıvan MR-in ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatının güzgüsü olmuş, onun tərəqqi və yüksəlişində fəal və mühüm rol oynamışdır.[1] Qəzet 50 illik yubileyində "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. XX əsrin 70–80-ci illərində "Şərq qapısı" qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir.

"Şərq qapısı" qəzetinin baş qərargahı.

Qəzet 1970-ci ildən sonra yeni mərhələyə qədəm qoymuşdur. Ötən

XX əsrin 90-cı illərinin əvvəllərində "Şərq qapısı" qəzeti müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından sonra "Şərq qapısı"nın həyatında yeni dövr başlanmış, 1990–1993-cü illərdə qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizin düşdüyü bəlalardan yeganə xilas yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görmüş, bu mövzuda yazılarla çıxış etmiş, muxtar respublikanın düşdüyü informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında" 2000-ci il 29 mart tarixli Sərəncamından sonra "Şərq qapısı" mətbuat orqanının normal fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılmışdır.

2001-ci ildə qəzet həftədə 2 dəfə, 8 səhifə həcmində çıxır, tirajı isə 2000 nüsxə olurdu. 2005-ci ildə qəzet gündəlik, 6 səhifə həcmində, tirajı isə 5600 nüsxəsi dərc edilirdi. M. Tarverdiyeva, H. İbrahimov, M. Bəktaşı, S. Kərimova və başqa görkəmli mədəniyyət, maarif və mətbuat xadimləri müxtəlif illərdə qəzetin redaktoru olmuşlar.

2010-cu il iyulun 22-də – milli mətbuatımızın yaranmasının 135-ci ildönümü günündə qəzet redaksiyası üçün yeni bina istifadəyə verilmiş, qəzetin rəngli nəşrinə başlanılmışdır. Hazırda qəzet həftədə beş dəfə çıxır.

Təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir.[2]

  1. "Şərq qapısının tarixi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-09.
  2. NE, II cild,, 2005. səh. 304

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]