Şorca (Göyçə)
Şorca | |
---|---|
40°30′11″ şm. e. 45°16′13″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.915 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1316 |
Vikianbarda əlaqəli mediafayllar |
Şorca — Göyçə mahalıda Çəmbərək rayonuna aid bir kənddir. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri). Hazırda Geğarkunik marzında (vilayət) yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd.
Rayon mərkəzindən 13 km cənub-şərqdə Göyçə gölünün sahilində yerləşir.
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[2].
XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılmışdır.
Kəndin adı erməni mənbələrində Şor Əli, Şorjalı[3], rus mənbələrində Şorcalı (Şordjalu) formalarında[4] qeyd edilmişdir.
Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı -lı şəkilçsi sonralar ixtisar edilmiş və sənədlərdə Şorca kimi rəsmiləşmişdi. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]5 fеvrаl 1919-cu ildə erməni dаşnаk tеrrоr qrupu Şоrcа kəndinə bаsqın еtmişlər. Kənddəki bütün kişilər qılıncdın kеçirilmiş, uşаqlаrı isə təndirlərə аtmışlаr.
10 iyul 1988-ci ildə Şorca kəndindən olan, İrəvanda yaşayan mordvin oğlan Mişa öldürülür. Türklərin casusu adı altında.[5]
Görkəmli şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Tərlan Göyçəli - şairə,
- Ramiz Məmmədrza oğlu Zeynalov - elmlər doktoru, alim,
- Məhərrəm Abbasəli oğlu Hüseynov -elmlər doktoru, alim,
- Məhəmməd Əliəkbər oğlu Qasımov - nevropotoloq-psixiatr həkim,
- Qasım Hümbət oğlu Qasımov - dövlət qulluqçusu,
- Rəhim Əliəkbər oğlu Qasımov - atmosfer proseslərinin peyk və radar müşahidələri, onlara fəal təsir sistemləri və innovativ texnologiyaları üzrə mütəxəssis ekspert,
- Zirəddin Əmirəhməd oğlu Qasımov - fəlsəfə doktoru, alim
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.297
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.32
- ↑ Cборник cведений o Kaвказе, т. V, Тифлис, 1879, № 1368
- ↑ Eldar İsmayıl. "Ermənistan türklərinin 1988-ci il soyqırımı" (yenidən işlənmiş ikinci nəşri); Redaktor: Arif Məmmədli. Bakı, "Səda" nəşriyyatı, 2014. ISBN 5-86874-125-0. səh.227