40°10′58″ şm. e. 45°38′02″ ş. u.HGYO

Aşağı Zağalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
kənd
Aşağı Zağalı
40°10′58″ şm. e. 45°38′02″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Basarkeçər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.920 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.319 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Aşağı Zağalı xəritədə
Aşağı Zağalı
Aşağı Zağalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aşağı Zağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.[2] Zağalı (sonra Böyük Zağalı) kəndindən XIX əsrin əvvəllərində yaranmış məntəqədir.[3]

Rayon mərkəzindən 9 km qərbdə, Göyçə gölünün cənub-şərq sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Basarkeçər rayonunda XIX əsrdə yalnız Zağalı kəndi olmuşdur[5][6] Zağalı kəndinin sakinləri isə yalnız azərbaycanlılar olmuşlar.

Toponim Azərbaycan dilində "mağara", "kaha" mənasında işlənən zağa sözünə -lı şəkilçisinin artırılması əsasında yaranmışdır. Kənd dağlıq ərazidə, zağa olan yerdə salındığı üçün Zağalı adlandırılmışdır. Relyef əsasında yaranan toponimdir. Aşağı fərqləndirici əlamət bildirən sözdür. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.VIII.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsovak (Göllü) qoyulmuşdur.

Türkmənçay müqaviləsindən sonra 1828–29-cu illərdə Türkiyə və İrandan köçürülən ermənilərin bir hissəsi də Basarkeçər rayonu ərazisində yerləşdirilmişdir. Zağalı kəndinə isə ermənilər 1830-cu illərdən sonra köçürülmüşdür. Bura köçürülən ermənilər Zağalı kəndinin yaxınlığında ayrıca kənd salmış və Zağalı kəndindən fərqləndirmək üçün kəndi Aşağı Zağalı adlarıdırmışlar. Burada ermənilərlə yanaşı azərbaycanlılar yaşamışdır.1828–1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər də məskunlaşmış və azərbaycanlılarla qarışıq yaşamışlar. XX əsrin əvvəllərində onlar çıxardılmışdır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ашағы Зағалы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.94
  5. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.599–600
  6. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.94