Əlif Hacıyev
Əlif Hacıyev | |
---|---|
Əlif Lətif oğlu Hacıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xocalı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Xocalı, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 1990–1992 |
Rütbəsi | Mayor |
Vəzifəsi | Xocalı Hava Limanı Xətt Daxili İşlər Bölməsinin Rəisi |
Döyüşlər | |
Təltifləri |
Əlif Hacıyev (24 iyun 1953, Xocalı, DQMV – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Erkən illəri
[redaktə | mənbəni redaktə et]Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulmuşdur.[1] O, ailənin üçüncü övladı idi.[2] Uşaqlıqdan çörək qazanardı və balıq tutardı.[2]
1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir.[1] 1971-ci ildə ordu sıralarına çağırılmışdır.[1] Hərbi xidməti Minsk şəhərində keçmişdir.[1] 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir.[1] 1974–1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir.[1] 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis məktəbinə daxil olmuşdur.[1] 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.[1]
DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır.[1] Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etmişdilər.[1] Ermənilər onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edib öz kabinetində həbs etdirdilər.[2] Cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərilmişdir.[2] 1987-ci ildə onun işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. O, 1989-cu ilin fevral ayının 20-də əfv olunaraq azadlığa çıxdı.[1][2]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]1981-ci ildə Əlif Hacıyev Qalina xanım ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.[2] Zərinə və İradə adlı qızları yadigar qalıb.[2][3]
Qarabağ müharibəsi və döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir.[4] O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir.[4] Eyni zamanda Xocalı hava limanının komendantı olur.[4] Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.[2][4]
Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər hava limanını zor gücü ilə ələ keçirməyə çalışırlar.[4] Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir.[4] Ermənilər hava limanını mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər.[4] O zaman Xocalı hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş var idi.[4] Hava limanını əldən verməmək üçün Əlif Hacıyev zirək üsul işlədir.[4] O, hava limanı binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr veririr ki, "filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin".[4] Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var.[4] Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar.[4]
Ölümü
[redaktə | mənbəni redaktə et]1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər.[5] Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi.[5] O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib.[2] Ona demişdi ki,
Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan.[2] |
Əlif Hacıyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilmədi. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdi.[5] Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi.[5] Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi.[5] Belə məqamda Hacıyev bir an belə dinclik tapmırdı, qətiyyətlə yenidən geriyə döndü.[5] Avtomatın darağını dəyişərkən erməni gülləsi Əlif Hacıyevin qəlbinə sancılır.[5]
Onun cəsədi Xocalıda 5 gün böyürtkən kolunun dibində qalmışdı.[2] Onun Nazim adında işçisi, Hacıyev vurulanda böyürtkən kolunun dibində onun yerini rahatlayıb, sırıqlısını da üstünə örtmüşdü.[2] Nazim oradan Əlif Hacıyevin cəsədini götürəndə ermənilərdən biri deyib ki: "Əgər bilsələr bu Əlifin meyididir, ermənilər onu sizə verməyəcəklər". Ona görə də, Hacıyevin cəsədini maşında o biri meyidlərin altında gizlədib gətirmişdi.[2]
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.[5]
İrsi və xatirəsi
[redaktə | mənbəni redaktə et]Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.[6] Haqqında "Əlif. Xocalı" adlı sənədli film çəkilib[7].
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[8]
- (6 iyun 1992) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Vüqar, Əsgərov. "Qarabağ cəngavəri". www.anl.az. www.anl.az. 27 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 ""Qayıtsam papağımı qaytararsan"". karabakhinfo.com. karabakhinfo.com. 20 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2016.
- ↑ AzTV. "Milli Qəhrəman Əlif Hacıyevin xatirəsi yad edildi" (az.). Youtube.com. 24.06.2023. 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-26.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Musaqizi, Lala. "Düşmənlərin qənimi". anl.az. anl.az. 4 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 "Xocalı səmasında sonuncu əməliyyat". www.anl.az. www.anl.az. 2017-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2016.
- ↑ Rzabəyli, Jalə. "Qəhrəmanlarımızla fəxr edirik". www.olimpnews.az. www.olimpnews.az. 2017-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2016.
- ↑ Mir24 TV. "Национальному герою Азербайджана Алифу Гаджиеву исполнилось 70 лет" (rus). Youtube.com. 23.06.2023. 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-26.
- ↑ "Azərbaycan Respublikası daxili işlər orqanlarının bir qrup əməkdaşına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 6 iyun 1992-ci il tarixli 831 nömrəli fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 06.06.1992. 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.06.1992.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Qarabağın görkəmli şəxsiyyətləri:Əlif Hacıyev(1953-1992)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
- Milli Qəhrəmanlarımız Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- 24 iyunda doğulanlar
- 1953-cü ildə doğulanlar
- 38 yaşında vəfat edənlər
- 25 fevralda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- Azərbaycan mayorları
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Xocalıda doğulanlar
- 26 fevralda vəfat edənlər
- Xocalıda vəfat edənlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Xocalı soyqırımında həlak olanlar
- Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)
- Birinci Qarabağ müharibəsində həlak olanlar