11 sentyabr terror aktları icraçılarının siyahısı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

"Hava quldurları" (ing. hijackers) kimi tanınan "Əl-Qaidə" ilə əlaqəli 11 sentyabr terror aktları icraçıları 19 nəfərdən ibarət idilər. Onlardan 15-i Səudiyyə Ərəbistanı, ikisi BƏƏ və daha biri Misir vətəndaşı idilər.[1][2] Hava quldurları dörd qrupa bölünmüşdülər, hər birinə təlim görmüş pilot başçılıq edirdi, hansı ki 3 və ya 4 "əzələli hava qulduru"nun (ing. muscle hijackers) dəstəyi ilə uçuşa nəzarət etməli idi. "Əzələli hava quldurları"nın funksiyaları içərisinə təyyarə pilotları, ekipaj və sərnişinləri fiziki saxlama və onlar üzərində nəzarəti təmin etmək daxil idi. Terrorist qruplarının hamısı müəyyən reysə təyin olunmuş və idarə etdikləri təyyarənin dəyəcəyi konkret nişanı almışdılar.[3]

Teraktları həyata keçirmək üçün ABŞ-yə gələn ilk hava quldurları Xalid əl-MihdarNəvaf əl-Həzmi oldular, onlar 2000-ci ilin yanvar ayında San Dieqoda məskunlaşmışdılar. Elə həmin ilin ortalarında Cənubi Floridada yay təlimindən keçmiş Məhəmməd Atta, Mərvan əl-ŞehhiZiyad Cərrah adlı üç quldur pilotu onların arxasıyca getdilər.[4] Dördüncü quldur pilotu Həni Hanjur San Dieqoya 2000-ci ilin dekabr ayında gəldi. Qalan "əzələli hava quldurları" 2001-ci ilin əvvəllərində və ya ortalarında ABŞ-yə çatmış idilər.[3]

Xalid əl-Mihdar və Nəvaf əl-Həzmi "Əl-Qaidə" lideri Üsamə bin Ladenin gözündə təcrübəli və hörmətli cihadçılar idilər. Hücumlarda iştirak etməli olacaq pilotlardan üçü Hamburq hücrəsi adlı radikal islamçılar qrupunun ən birinci üzvlərindən idilər (Məhəmməd Atta, Mərvan əl-Şehhi və Ziyad Cərrah).[5] Əfqanıstanda yerləşən "Əl-Qaidə" təlim düşərgələrində iştirak etdikdən sonra onlar əməliyyatın müvəffəqiyyətlə keçməsi şansını artıran Qərb mədəniyyəti sahələsində geniş məlumatlar və dil biliklərinə sahib olduqlarına görə bin Laden və "Əl-Qaidə"nin hərbi qanadı tərəfindən seçildilər. Ehtimal olunan dördüncü pilot və Hamburq hücrəsinin üzvü Rəmzi bin əl-Şibh də terror hücumlarında iştirak etmək üçün seçilmiş, lakin ABŞ-yə daxil olmaq üçün viza ala bilməmişdir. Sonradan onu Səudiyyə Ərəbistanı vətəndaşı Həni Hanjur əvəz elədi.[3][6]

Həmçinin, Xalid əl-Mihdar və Nəvaf əl-Həzmi də potensial quldur pilotları idilər, lakin San Dieqodakı ilk idarə etmə dərslərində müvəffəq olmadılar. Nəticədə onlar "əzələli hava quldurları" düşərgəsinə köçürüldülər. Onlardan başqa 2000-ci ilin sonu və ya 2001-ci ilin əvvəlində bu rol üçün daha 13 nəfər seçilmişdir. BƏƏ vətəndaşı olan Fəyaz Bənihəmməd istisna olmaqla, onların hər biri Səudiyyə Ərəbistanından idi.[3]

Teraktların baş verdiyi gündə FTB PENTTBOM (Pentagon / Twin Towers Bombing Investigation ingilis akronimi — "PentaqonƏkiz Qüllələr hücumunun təhqiqatı") əməliyyatını başlatdı, hansının ki keçirilməsinə 7.000 (fəaliyyətdə olan 11.000-dən) cəsus və yardımçı heyətinin bir neçə min siması cəlb olunmuşdur.[7] Sonradan FTB ona "tarixindəki ən mürəkkəb və geniş əməliyyat" tərifini vermişdir.[8] 14 sentyabr 2001-ci il tarixində 19 şübhəli müəyyən edildi[9], bu iş təyyarələr bortunda yer almış sərnişin siyahıları, qaçırma zamanı telefon danışıqları, bilet ödəmə əməliyyatları və digər sənəd növləri barədə məlumatlar əsasında görülmüşdür.[8] Şəxsi məlumatların dəqiqləşdirilməsi ilə adlar 27 sentyabr 2001-ci ildə təsdiqləndi.[10]

Digər 3 qrupdan fərqli olaraq qrupların biri 4 nəfərdən ibarət olması iddia olunan "iyirminci hava qulduru" nəzəriyyəsini ortaya çıxardı, hansı ki hər-hansısa səbəbə üzündən terror aktının həyata keçirilməsində iştirak edə bilməmişdir. Hücumlarda iştirak etməyən, lakin hücumların hazırlanmasında dərindən iştirak edən bir şəxsin mövcudluğu geniş müzakirə olunur. Çox sayda ad çəkilir. onlar arasında ABŞ-yə viza ala bilməyənlər şəxslər yer alır, hansılar ya əməliyyatların hazırlanmasında kifayət qədər etibarlı olmamışdılar, ya da iştirak etmək istədiklərini ifadə edən "Əl-Qaidə" üzvləri idilər.[11]

Siyahıda 11 sentyabr 2001-ci il tarixli terror aktlarının 19 icraçısı təqdim olunub. Siyahıda onların ərəb dilində (hər biri üçün doğma idi) adları, fotoşəkilləri, teraktların baş verdiyi gündə yaşları (terrorçuların hamısı həmin gün öldü) və doğum tarixi, vətəndaşlıq, hücumlarda iştirak etmək üçün ABŞ-yə gəlmə tarixi, gəlişdən sonrakı dövrdə və terror hücumlarına qatılmadan əvvəl ABŞ-də əsas qaldıqları yerlər qeyd olunub. Qeydlər təqdim olunan məlumatları təsdiqləyən mənbələrə istinadları ehtiva edir.

Siyahıdakı terrorçular ələ keçirtdikləri aviareyslərə görə qruplaşdırılıb. Qrupda ilk öncə pilotlar qeyd olunub, sonra isə "əzələli hava quldurları". Qruplar qəcb etdikləri təyyarələrin məhv olma xronoloji qaydasında sıralanıb.

Legenda
طيار Pilot
Ad Şəkil Yaş (doğum tarixi) Vətəndaşlıq ABŞ-yə gəliş[12] ABŞ-də qalma yeri Qeydlər
Amerika Hava Yolları reys 11
طيار
Məhəmməd Atta
ərəb. محمد عطا
33
(1 sentyabr 1968)
 Misir 3 iyun 2000 Cənubi Florida [13][14]
Əbdüləziz əl-Öməri
ərəb. عبد العزيز العُمري
22
(28 may 1979)
 Səudiyyə Ərəbistanı 29 iyun 2001 Nyu-Cersi [13][15]
Vail əl-Şəhri
ərəb. وائل الشهري
28
(31 iyul 1973)
 Səudiyyə Ərəbistanı 8 iyun 2001 Cənubi Florida [13][16]
Valid əl-Şəhri
ərəb. وليد الشهري
22
(20 dekabr 1978)
 Səudiyyə Ərəbistanı 23 aprel 2001 Cənubi Florida [13][17]
Sətəm əs-Suqami
ərəb. سطام السقامي
25
(28 iyun 1976)
 Səudiyyə Ərəbistanı 23 aprel 2001 Cənubi Florida [13][18]
Yunayted Hava Yolları reys 175
طيار
Mərvan əl-Şəhhi
ərəb. مروان الشحي
23
(1 sentyabr 1968)
 BƏƏ 27 may 2000 Cənubi Florida [13][19]
Fəyaz Bənihəmməd
ərəb. فايز بني حماد
24
(19 mart 1977)
 BƏƏ 27 iyun 2001 Cənubi Florida [13][20]
Mohand əl-Şəhri
ərəb. مهند الشهري
22
(7 may 1979)
 Səudiyyə Ərəbistanı 28 may 2001 Cənubi Florida [13][21]
Həmzə əl-Qəmdi
ərəb. حمزة الغامدي
20
(18 noyabr 1980)
 Səudiyyə Ərəbistanı 28 may 2001 Cənubi Florida [13][22]
Əhməd əl-Ghamdi
ərəb. أحمد الغامدي
22
(2 iyul 1979)
 Səudiyyə Ərəbistanı 2 may 2001 Cənubi Florida [13][23]
Amerika Hava Yolları reys 77
طيار
Həni Hanjur
ərəb. هاني حنجور
29
(30 avqust 1972)
 Səudiyyə Ərəbistanı 8 dekabr 2000 San-Dieqo [13][24]
Xalid əl-Mihdar
ərəb. خالد المحضار
26
(16 may 1975)
 Səudiyyə Ərəbistanı 15 yanvar 2000 San-Dieqo [13][25]
Məjed Moqed
ərəb. ماجد موقد
24
(18 iyun 1977)
 Səudiyyə Ərəbistanı 2 may 2001 Totova (Nyu-Cersi) — ? [13][26]
Nəvaf əl-Həzmi
ərəb. نواف الحازمي
25
(9 avqust 1976)
 Səudiyyə Ərəbistanı 15 yanvar 2000 San-Dieqo [27][28]
Səlim əl-Həzmi
ərəb. سالم الحازمي
20
(2 fevral 1981)
 Səudiyyə Ərəbistanı 29 iyun 2001 Paterson (Nyu-Cersi) [27][29]
Yunayted Hava Yolları reys 93
طيار
Ziyad Cərrah
ərəb. زياد جراح
26
(11 may 1975)
 Livan 27 iyun 2000 Cənubi Florida [27][30]
Əhməd əl-Həznəvi
ərəb. احمد الحزناوي
20
(11 oktyabr 1980)
 Səudiyyə Ərəbistanı 8 iyun 2001 Cənubi Florida [27][31]
Əhməd əl-Nami
ərəb. أحمد النعمي
24
(17 avqust 1977)
 Səudiyyə Ərəbistanı 28 may 2001 Cənubi Florida [27][32]
Səid əl-Həmdi
ərəb. سعيد الغامدي
21
(21 noyabr 1979)
 Səudiyyə Ərəbistanı 27 iyun 2001 Cənubi Florida [27][33]
İyirminci hava qulduru [11]
  1. "DCI Testimony Before the Joint Inquiry into Terrorist Attacks Against the United States" Arxivləşdirilib 2010-03-24 at the Wayback Machine Arxivləşdirilib 2010-03-24 at the Wayback Machine, June 18, 2002.
  2. "ФБР опубликовало фотографии 19 угонщиков, устроивших крупнейшие в истории теракты" (ingilis). newsru.com. 2021-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#apostrophe_markup)
  3. 1 2 3 4 "9-11 Commission Report" (PDF). National Commission on Terrorist Attacks Upon the United States. 2018-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-09-11.
  4. "Первый приговор по делу о терактах 11-го сентября". dw.com. 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#apostrophe_markup)
  5. "Теракты в Нью-Йорке и Вашингтоне были спланированы в Гамбурге". lenta.ru. İstifadə tarixi: 2021-01-05. (#apostrophe_markup)
  6. "The Hamburg connection". BBC News. August 19, 2005. 2013-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11.
  7. "Timeline". Federal Bureau of Investigation Official Site. 2020-11-25 tarixində arxivləşdirilib. (ing.)
  8. 1 2 "Facts and Figures 2003 — Counterterrorism Case: PENTTBOM". Federal Bureau of Investigation Official Site. 2020-11-17 tarixində arxivləşdirilib. (ing.)
  9. "FBI Press Response September 14, 2001" (PDF). FBI National Press Office. 2020-10-23 tarixində arxivləşdirilib (PDF). (ing.)
  10. "The FBI Releases 19 Photographs of Individuals Believed to be the Hijackers of the Four Airliners that Crashed on September 11, 2001 /". FBI National Press Office. 2020-10-19 tarixində arxivləşdirilib. (ing.)
  11. 1 2 Sciutto, Jim; Koran, Laura. "New allegations of Saudi involvement in 9/11". CNN. 2020-11-25 tarixində arxivləşdirilib. (ing.)
  12. "11 September 2001 Hijackers" (PDF). Testimony by George Tenet before the Joint Inquiry into Terrorist Attacks Against the United States. Federation of American Scientists (FAS). 2002-06-18. 2008-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-09-11. (ing.)
  13. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Gary D. Joiner, 2016. səh. 69
  14. "Mohamed Atta" (ingilis). globalsecurity.org. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  15. "Abdulaziz al-Omari" (ingilis). globalsecurity.org. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)[ölü keçid]
  16. "Wail al-Shehri" (ingilis). globalsecurity.org. 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  17. "Waleed al-Shehri" (ingilis). globalsecurity.org. 2019-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  18. "Satam al-Suqami" (ingilis). globalsecurity.org. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)[ölü keçid]
  19. "Marwan al-Shehhi" (ingilis). globalsecurity.org. 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  20. "Fayez Banihammad" (ingilis). globalsecurity.org. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)[ölü keçid]
  21. "Mohand al-Shehri" (ingilis). globalsecurity.org. 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  22. "Hamza al-Ghamdi" (ingilis). globalsecurity.org. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  23. "Ahmed al-Ghamdi" (ingilis). globalsecurity.org. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  24. "Hani Hanjour" (ingilis). globalsecurity.org. 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  25. "Khalid al-Mihdhar" (ingilis). globalsecurity.org. 2019-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  26. "Majed Moqed" (ingilis). globalsecurity.org. 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  27. 1 2 3 4 5 6 Gary D. Joiner, 2016. səh. 70
  28. "Nawaf al-Hazmi" (ingilis). globalsecurity.org. 2020-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  29. "Salem al-Hazmi" (ingilis). globalsecurity.org. 2020-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  30. "Ziad Jarrah" (ingilis). globalsecurity.org. 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  31. "Ahmed al-Haznawi" (ingilis). globalsecurity.org. 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  32. "Ahmed al-Nami" (ingilis). globalsecurity.org. 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  33. "Saeed al-Ghamdi" (ingilis). globalsecurity.org. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11. (#apostrophe_markup)
  • Gary D. Joiner, Alexander Mikaberidze, W. Christopher Hale, Michael Bronner, Ashley Dean, Warren Ward, W. Lane Callaway, Dennis Pinner. 9/11: A Brief History and A Case Study of America’s Worst Terrorist Attack. Report of SAC LSUS for the 9/11. Symposium, September 10, 2016. 2016. (ing.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "11 September 2001 Hijackers" (PDF). Testimony by George Tenet before the Joint Inquiry into Terrorist Attacks Against the United States. Federation of American Scientists (FAS). 2002-06-18. 2008-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-09-11. (ing.)