41°18′23″ şm. e. 44°12′03″ ş. u.HGYO

Aşağı Oruzman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aşağı Oruzman kəndi
gürc. სოფელი ქვემო ოროზმანი (sopeli kvemo orozmani)
ქვემო ოროზმანი
41°18′23″ şm. e. 44°12′03″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.220 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 361 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1715[2]
Xəritəni göstər/gizlə
Aşağı Oruzman kəndi gürc. სოფელი ქვემო ოროზმანი (sopeli kvemo orozmani) xəritədə
Aşağı Oruzman kəndi gürc. სოფელი ქვემო ოროზმანი (sopeli kvemo orozmani)
Aşağı Oruzman kəndi
gürc. სოფელი ქვემო ოროზმანი (sopeli kvemo orozmani)

Aşağı OruzmanGürcüstan Respublikasının Aşağı Kartli ölkəsinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Başkeçid şəhərindən 4 km güneydə dəniz səviyyəsindən 1220m yüksəklikdə yerləşir. Kənd qədim türk məskənidir. Bu toponim oğuzoğlu Uruzu xatırladır. 1536-cı ilin sənədlərində(Baratlıların bölgü kitabında) ORMOZON toponiminə rast gəlirik. Bu isə bu kəndin nə qədər qədim olduğunu sübut edir.Bunu rus,yunan,gürcü və.s mənbələri də təsdiq edir.

Kənd dağlıq yerdə yerləşir.Oruzman iki çay arasında (Təvədöy(Xram) və Qaraçay(Söyüdlü))hündür bir yerdə yerləşir.Kənd bir neçə kəndlə qonşudur. Bunlar: Yuxari Oruzman, Salxoz, Qarakilsə, Dəllər, Bəzəkli, Hamamlı, Başkeçid rayonu, Armudlu...

Məşğuliyyəti

[redaktə | mənbəni redaktə et]

Məşğuliyyəti əsasən maldarlıq qismən də əkinçilikdir. Maldarlıqla məşğul olanlar əsasən dağlara yaylağa çıxırlar. Bu dağlar: Leninovka, Qırxbulaq, Qaradağ, Qırmızı bulaq, Dağ Bəzəklisi, Əyriqar, Təpəldağ, Qoca qaçan, Şam duyə, Sənək uçan,və.s Əkinçiliklə məşğul olanlar əsasən kartofçuluqla, taxılçılıqla, məşğul olurlar.

Kənd təxminən 130-140 evdən ibarətdir.2002-ci ilin məlumatlarına görə kənd əhalisi 660 nəfər olub. Hazırda bəzi məlum problemlər üzündən cavan nəsil əhali kəndi tərk edib xaricə əsasən Rusiyaya, Azərbaycana, Türkiyəyə köç edir və orada işləyirlər.

  1. http://census.ge/en/home.
  2. http://www.gpost.ge.