Aşağı Qarabulaq
Aşağı Qarabulaq | |
---|---|
ქვემო ყარაბულახი | |
41°26′02″ şm. e. 44°07′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.340 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1709[2] |
Aşağı Qarabulaq — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabulaq kənd inzibati-ərazi dairəsinə daxildir.[3]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 22 km qərbdə, Qarabulaq çayının sahilində yerləşir.[4] Qaraxaç silsiləsininnın şərq ətəklərində yerləşən kənd coğrafi cəhətdən rayonun Qızılhacılı, İpnari və Hüseynkənd kəndləri ilə qonşu, Yuxarı Qarabulaq kəndi ilə iç-içədir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Borçalı bölgəsində Qarabulağın adı 1701-ci il əhalisayımında çəkilib, Yuxarı Qarabulaqda 8 nəfər, Aşağı Qarabulaqda 7 nəfər əhali qeyd edilib.[4]
Əhali
[redaktə | mənbəni redaktə et]Müxtəlif tarixlərdə keçirilmiş əhali sayımları zamanı kənd əhalisinə dair məlumatlar bəzən vahid Qarabulağ kəndi adı ilə ümumi, bəzən isə ayrı kəndlər olaraq aşağı və yuxarı Qarabulaq kəndləri adı ilə verilmişdir.
1886-cı ildə Böyük Qarabulaqda 32 ailədə 155 nəfər, İkiqapılı-Qarabulaqda 8 ailədə 37 nəfər, Bala Qarabulaqda 6 ailədə 45 nəfər, 1926-cı ildə ümumi Qarabulaq kəndində 110 ailədə 765 nəfər azərbaycanlı yaşayırdı.[5]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 333 nəfər əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.[6][7]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 386 nəfər əhali yaşayır.[3]
Təhsil
[redaktə | mənbəni redaktə et]Kənddə ilk dünyəvi məktəb 1921-ci ildə yaradılıb.[5] 2006-cı ildə kənddə bir ibtidai məktəb fəaliyyət göstərirdi və məktəbdə 16 şagird təhsil alırdı.[5] Hazırda bu məktəbin fəaliyyəti dayandırılmışdır.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://census.ge/en/home.
- ↑ http://www.gpost.ge.
- ↑ 1 2 დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
- ↑ 1 2 Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 33 Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
- ↑ 1 2 3 Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 34 Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
- ↑ National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine
- ↑ The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005
- ↑ Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: Образование: Школы:[ölü keçid] 3.Публичные школы муниципалитета Дманиси