Abdera
Naviqasiyaya keç
Axtarışa keç
Qədim şəhər | |
Abdera | |
---|---|
Άβδηρα | |
40°55′57″ şm. e. 24°58′31″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Abdera[2] (q.yun. Ἄβδηρα, lat. Abdera) — Egey dənizinə axan Mesta çayının mənsəbindən şərqdə, Bulustra burnunda,[3] Frakiyada qədim şəhər. Abderanın xarabalıqlarından 6 kilometr şimalda Yunanıstanın kiçik Avdira qəsəbəsidir.
Arxeoloji abidələr
[redaktə | mənbəni redaktə et]Abdera xarabalıqları salamat qalmışdır, həmçinin qüllələri və qapıları olan şəhər divarlarının qalıqları, teatr və Roma hamamları müəyyən edilmişdir. Dağıntıların tədqiqinə XIX əsrdə başlanılmışdır, 1950-ci ildən sistematik arxeoloji qazıntılar aparılmışdır. Qazıntılar zamanı çoxlu sayda yerli istehsal olan terakota heykəlcikləri, heykəllər və mozaika tapılmışdır. Arxaika və klassik dövrlərə aid nekropol tədqiq edilmişdir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Abdera // Реальный словарь классических древностей / авт.-сост. Ф. Любкер ; Под редакцией членов Общества классической филологии и педагогики Ф. Гельбке, Л. Георгиевского, Ф. Зелинского, В. Канского, М. Куторги и П. Никитина. — СПб., 1885. — С. 1—2.
- ↑ Ντίνα Καλλιντζή, Δόμνα Τερζοπούλου, Νίκος Ζήκος. "Τα Άβδηρα στην κλασσικη αρχαιότητα" (yunan). Δήμος Αβδήρων. 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-06.
- ↑ Абдера / Абрамов А. П. // А — Анкетирование. — М. : Большая российская энциклопедия, 2005. — С. 16. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 1). — ISBN 5-85270-329-X.