Adi çivdimdik
Adi çivdimdik | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Adi çivdimdik |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Adi çivdimdik (lat. Crex crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin çivdimdik cinsinə aid heyvan növü.
Statusu
[redaktə | mənbəni redaktə et]Nadirdir.
Kateqoriyası
[redaktə | mənbəni redaktə et]Təhlükə vəziyyətindədir (EN). Qorunması gücləndirilməsə kritik vəziyyətə düşə bilər.
Qısa təsviri
[redaktə | mənbəni redaktə et]Ümumi rəngi bozumtul-kürəndir. Beli uzununa naxışlıdır. Qanadları pas kimi kürəndir. Boğazı ağımtıl, döşü və çinədanı isə açıq-bozdur. Bədəninin yanları köndələn ağ zolaqlı açıq-kürəndir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda Xəzər dənizi sahillərində və Kür-Araz ovalığında təsadüf olunur.
Yaşayış yeri və həyat tərzi
[redaktə | mənbəni redaktə et]Su hövzələrinin və çayların bitkilərlə sıx örtülmüş bataqlıq sahilləri əsas yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda miqrantdır. Yaz köçü aprel–may aylarında, payız köçü isə oktyabr–noyabr aylarında müşahidə olunur. Həşəratlar, onların sürfələri, molyusklar, bitki toxumları yeyir.
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Yaşayış yerlərində iribuynuzlu mal-qaranın kütləvi otarılması, su-bataqlıq biotoplarının qurudulması çivdimdiyi sıxışdırır.
Əhali üçün əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Elmi və estetik əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər
[redaktə | mənbəni redaktə et]Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və Dövlət Təbiət Yasaqlıqlarında nəzarət altında saxlanılır. Naxçıvan MR-in Qırmızı kitabına (2006), Bonn, Bern, Ramsar konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
[redaktə | mənbəni redaktə et]Kür deltasına və ona həmsərhəd bataqlıq sahələrinə yasaqlıq statusunun verilməsi məsləhətdir. Növü əhaliyə tanıtmaq vacibdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3