Afrikada heykəltaraşlıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Afrikada heykəltaraşlıq - Afrikada heykəltaraşlıq, əsasən, savanna və tropik meşələr arasındakı ərazilərdə yaşayan xalqlarda inkişaf etmişdir. Ağac üzərindəoyma sənətinin ən qədim nümunələri – sitayiş fiqurları və maskalar 16–17-ci əsrlərə aiddir. Afrika maskaları bəzən insanın baş və boynunu bütövlükdə örtür (maska-dəbilqə), bəzən də ucluqlarla tamam lanır. Ağac üzərində oyma ən çox üç zonada Qərbi Sudan, Qvineya sahilboyu və Konqo çayı hövzəsində inkişaf etmişdir.

Kubaların saray incəsənətində ağac heykəltaraşlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. 17–19-cu əsr hökmdarlarının 19 böyük ağac heykəlləri məlumdur. Nok mədəniyyətinə aid terra-kota nümunələri Tropik Afirkanın ən qədim heykəltaraşlıq abidələridir. Nigeriyanın terrakota heykəltaraşlığı ənənəsi İfe mədəniyyətində, akan xalqlarında, Qərbi Sudanda davam etdirilmişdir. Daşüzərində oyma abidələrinə 13–19-cu əsrlərə aid qədim heykəlciklər daxildir. Bəzi xalqlarda monumental qəbirüstü heykəltaraşlıq da inkişaf etmişdir.

Qərbi Afrikada tuncdan (İfe, İqbo-Ukvu, qədim Benin) və qızıldan tökmə nümunələr, fil dişi üzərində oyma yüksək inkişaf etmişdir. Afrikanın ənənəvi monumental memarlığı yaşayış evlərinin tikintisi ilə sıx bağlı olmuşdur Cənubi Afrikada gilmöhrə evlərin daxili və xarici divar rəsmləri, yaxud relyeflər, çini tavacıqlarla bəzədilmişdir. Qərbi Afrika şəhərləri üçün bir neçə otaqlı, həyəti olan hökmdar sarayları xarakterik idi.

Sudandakı ən qədim gilmöhrə məscidlər düzbucaqlı və ya kəsik piramida formasındadır. Orta əsrlərdən başlayaraq Sudan incəsənəti ərəb-müsəlman incəsənətinin təsirinə məruz qalmışdır. Efiopiyada BizansAvropa təsiri nəticəsində xristian boyakarlıq məktəbi formalaşmışdır. 15 əsrdən Avropa təsiri Tropik Afrika incəsənətində də özünü büruzə verir. 20 əsrdə xalq ənənələri əsasında yeni Afrika dövlətlərinin milli incəsənəti formalaşmağa başlamışdır. Peşəkar incəsənət, yerli bədii məktəblər (Konqo Demokratik Respublikasında yaranmışdır.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 138. ISBN 978-9952-441-02-4.