44°53′40″ şm. e. 37°19′00″ ş. u.HGYO

Anapa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pionerski
Анапа
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
44°53′40″ şm. e. 37°19′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1781
Sahəsi
  • 40 km²
Mərkəzin hündürlüyü 20 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 82.695 nəf. (2023)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86133
Poçt indeksi 353440–353458
Digər
anapa-official.ru
Pionerski xəritədə
Pionerski
Pionerski
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

AnapaRusiya Federasiyasının Krasnodar diyarında şəhər.

Симферопал шоссе
Анапан

Anapa – müasir Krasnodar ölkəsində liman şəhəridir. Qara dənizin şimal qərb sahilində yerləşir. 1475-ci ildə artıq güclü türk hərb qalası kimi məşhur idi. "Qala hünərli mühəndis əlindən çıxmışdır,"- deyə Övliya Çələbi qürurla qeyd edir. Tarixən ilk adı Buğurqala (Buğur çayı üzərində salındığına görə) olmuşdur[3]. 1. Bir neçə dəfə Anapada olmuş Övliya Çələbi bu qədim torpağın öz dürrü-gövhəri ilə məşhur olduğu barədə yazır.: Anapa limanında bir çeşid incilər çıxarılırmış; geniş bir təpə üzərindəki bu qalanı sarayının divarı, döşəməsi buradan çıxan ləl, yaqut, sədəf, əqiqlərlə bəzəndiyinə görə qalaya "Qalayi-gövhər" deyərmişlər. Tarixdə də bu şəkildə yazılmışdır. Qala Abaza ilə Çərkəz torpaqlarının hüdudunda sərt bir qaya üzərində yerləşir. Qalanın şimal tərəfi Anapa dağlarıdır. Qara dənizdən Azaka (Azov dənizi) gedən gəmilər bu dağları səmt tutub gedərdilər. Ulu dağlardır. Qalanın qapalı böyük bir limanı var ki, Qara dənizin heç bir yerində (Balaklavadan başqa) belə bir liman yoxdur. Qaladan xaricdəki yaşayış yerinin adı Kabak kəndi idi. 2. Çar hökuməti onu başa düşürdü ki, Qara dənizi rus dənizinə çevirmək üçün onun sahillərini də ələ keçirmək lazımdır. Bu zaman Qara dəniz xəttinin Gəlincik, Anapa qalası, Kuban çayı sahili boyunca Qafqaz vilayətləri sərhəddinədək olan torpalqlar təşkil edirdi. Anapa Rus-Türk müharibəsi gedişində 1781–82-ci illərin şətin döyüşlərində özünün yenilməz türk qalası şöhrətini təsdiq etdi. Belə ki, 1782-ci ildə ruslar bütöv Kırımı ələ keçirsə də Anapa və Sucuk Qalanı ala bilmədilər. Anapa birinci dərəcəli hərb qalası idi. 1788-ci ildə Rus- Türk müharibəsi gedişində Potyomkin general- anşef P.Tekelliyə Anapa və Sucuk Qalaya hücum etməyi tapşırsa da, belə qalaların rus gücünə yenilməyəcəyini görüb dayandılar. 3. 1790-cı ildə məşhur general Bibikov yüksək komandanlığın icazəsini gözləmədən ləl-gövhər kanı Anapaya hərəkətə kecdi və düz bir ay Anapanı mühasirədə saxladı. Itkiləri o qədər çox idi ki, çar hökuməti onu yersiz cəsarəti üstündə cəzalandırdı. 1791-ci ildə rus ordusu general Qudoviçin rəhbərliyi altında Temişbekdən hərəkətə başlayıb Anapaya hücuma kecdi. Onunla yanaşı Zaqrajski, general Şits də hücumda iştirak edirdi. Anapa qalasının qarnizonuna igid Mustafa paşa rəhbərlik edirdi. Qafqazı müqəddəs müharibə meydanı elan edən, müsəlmanları cihada çağıran Şeyx Mansur da onunla idi. Qala divarları təməlinə qədər yerlə yeksan edilmiş, şəhər yandırılmış, Anapanın 15 minlik müdafiəçiləri və dinc xalq qılıncdan keçirilmişdi, öz vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə Anapa sərəsgəri Sarı Abdulla paşa edam edildi. Bu son döyüşdə Qafqaz milli- azadlıq hərəkatı başçısı Şeyx Mənsur ruslara əsir düşmüş Peterburqa aparılıb Şlisselburq qalasında edam edilmişdir.4. Lakin Yassı sülhünə görə (2 yanvar 1792) Kuban nəhrinin işğal olunmuş sol sahillərilə birlikdə Anapa da geri qaytarıldı. 1807-ci ildə admiral Pustoşkinin başçılğı altında rus eskadrası qalanı ələ keçirib divarlarını, silah anbarlarını partlatdılar. Qaladakı 80 su quyusunu lazımsız çuqun silahlarla basdırıb, bir çoxunu da partlatdılar. Qaladan heç nə qalmadı. Sağ qalan adamların sayı 20 idi. Tezliklə Anapa təkrar türklərə keçdi. Onlar gecə- gündüz bilmədən çalışıb qalanı əvvəlki halına gətirib, bərpa etdilər. 1809-cu ildə rus desantı yenə Anapanı ələ keçirdi. Lakin əldə saxlaya bilmədi. Orada bir qarnizon qoyub çəkildi. 1812-ci il müqaviləsinə görə Osmanlı dövlətinə geri verildi. 1828-ci ildə Anapaya 6-cı yürüş başlandı; 40 il idi ki, onun uğrunda döyüşlər gedirdi. Bu dəfə düşmənin planı, da əməli də qəti idi. General Menşikov və polkovnik Perovskinin qüvvələri tam 41 gün qalanı topa tutdu. Yerli türk və çərkəz qüvvələrinin başında acarlı Seyyid Əhməd paşa durmuşdu və bu hünərli sərkərdə çətin hücumları mətanətlə dəf edirdi. Temirük bəy qala xaricində müdafiədə durmaqla ona dəstək olurdu. Qarnizon rəisi isə Çatır Osmanoğlu idi. Anapa paşası vəziyyətin çıxılmaz olduğunu görürdü; qala 1828-ci il iyunun 13-də istila olundu. Yazıçı A. Qriboyedov (Rusiyanın İranda fövqaladə və səlahiyyətli səfiri) naşir F. Bulqarinə Stavropoldan göndərdiyi 28.06.1828-ci il tarixli məktubunda müjdə olraq xəbər verirdi: "Anapanın alınmasına əsil patriot kimi sevinirəm" və dərhal da döyüş meydanlarnda başlarını qoyan Kubanlı və dağlı müsəlmanların inadla müqavimət göstərmələrindən heyrətlə söz açırdı. Bununla Rusiya o vaxtlar üçün birinci dərəcəli sayılan türk qalası Anapanı tutaraq Qara dəniz sahillərinin strateji açarına sahib ola bildi. Anapa Ədirnə sülhü şərtlərinə görə Rusiyaya verildi. Bundan sonra dərhal bu qədim türk müsəlman şəhərinin xristianlaçması işinə başlanılır. Bu mıəqsədlə buraya ruslar, ermənilər köçürülür. 1846-cı ildə qala tezlikə şəhərə çevrilir. Çox keçmir ki, şəhərin ticarəti ermənilərin əlinə keçir. Anapanın alınması rus müstəmləkəçiliyi tədbirlərində əhəmiyyətli nöqtə idi. Anapa yürüşünə görə " Za vernost" ( sədaqətə görə) medalı buraxılır. 1830-cu ildə gözəl Qaqra şəhərini tutmaqla isə çərkəz qəbilərinin ardıcıl istilası başlayıtr. Puşkin 1829-cu ildə Ərzuruma səyahəti zamanı "Yol Qeydləri"ndə yazlrdı: çəkəzlər bizə nifrət edirlər. Biz onları geniş otlaqlardan sıxışdırmışıq. Onların aulları talan edilmiş; bütöv qəbilələr məhv edilmişdir. Onlar get-gedə saatbasaat dağlara çəkilir, orada basqınlarını gücləndirirlər. 1830-cu ildə Anapanın yeni sakinlərlə məskunlaşdırılması sürətləndirildi. Boşaldılmış şəhərə köç başlanmışdı. Anapanın sağ qalmış 4 min dinc sakini Rusiyanın içərilərinə sürülmüşdü. Anapa bu vaxtacan bir Şərq şəhəri idi. Onun elə küçələri vardı ki, burada iki atlı yan-yana gedə bilməzdi. Məhəbbəti. ünsiyyəti, qonşuluğu üstün tutan bu qocaman müsəlman şəhəri sökülür, geniş küçəli kilsəli şəhərə çevrilirdi. Kırım müharibəsi başlanarkən ruslar Anapanı dağıdıb oranı tərk edirlər.Sonrakı illərdə (1860) imperiya sərhədləri irəliyə doğru genişləndikcə Anapa strateji əhəmiyyətini, yəni sərhəd olmaq funksiyasını da itirir. Anapa Azərbaycan Dövlət Teatrının görkəmli artisti Əbülhəsən Anaplının ana vətəni olmuşdur. Onun babaları Anapadan qaçarkən Qubaya gəlib məskunlaşmışlar. Anaplı özü isə 28 yaşında 9 nəfər sənətkar yoldaşı ilə birlikdə Qarabağda konsert verdikdə gecə qaldıqları Keşiş kəndində başları kəsilmişdi. Sovet quruluşunun ilk günləri idi.

Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009, səh.29–32

  1. 1 2 ОКТМО. 185/2016. Southern FD.
  2. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  3. http://kzref.org/abague-iebague-abago-cherk.html?page=2 Arxivləşdirilib 2019-01-12 at the Wayback Machine В разное время Анапа была известна и под другими названиями: греч. Горгиппия, генуэзск. Мапа (или Maparium), тюрк. Бугуркала (см. Бугур).